Azərbaycan XİN Uqandaya başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məktəbdə törədilən terror aktı ilə əlaqədar Uqandaya başsağlığı verib.
Başsağlığı mətni nazirliyin sosial şəbəkə hesabında paylaşılıb.
"Uqandada məktəbdə terror hücumunu şiddətlə qınayırıq. Şagirdlərin həyatını itirməsindən dərin kədər hissi keçirir, həlak olanların ailələrinə başsağlığı verir və yaralananlara tezliklə şəfa diləyirik", - XİN-dən bildirilib.
Qeyd edək ki, iyunun 17-də Uqandada silahlı şəxslərin orta məktəblərdən birinə hücumu nəticəsində azı 25 nəfər öldürülüb.
Hüquq-mühafizə orqanları hücumu ekstremist "Demokratik güclər alyansı" qruplaşmasının həyata keçirdiyini açıqlayıb. Hadisə zamanı, həmçinin yataqxananın yandırıldığı və ərzaq mağazasının qarət edildiyi bildirilir.
Xatırladaq ki, Uqanda hakimiyyətinə müxalif olan "Demokratik qüvvələr alyansı" 1995-ci ildən ölkənin qərbində fəaliyyət göstərir. 2003-cü ildə Uqanda ordusunun zərbələri nəticəsində qruplaşma Konqo Demokratik Respublikasının qərb rayonlarına çəkilib.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1228 Tarix: 17 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc
17 sentyabrRegionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir
Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını
17 sentyabrPrezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin
19 sentyabrİlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı
Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı
19 sentyabr