Magistratura səviyyəsinə imtahan vermiş bakalavrlarların NƏZƏRİNƏ
Bakalavrlar xüsusi qabiliyyət tələb edən ixtisaslaşma üzrə keçirilən imtahana buraxılış vərəqələrini çap edə bilərlər.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, müsabiqə şərtlərini ödəyən və ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 68 (Musiqi sənəti istiqaməti) saylı proqramına aid ixtisaslaşmasına qabiliyyət imtahanı 23 iyunda, 69 (Teatr, kino və xoreoqrafiya sənəti istiqaməti) saylı proqrama aid ixtisaslaşmasına qabiliyyət imtahanı 24 iyun, 70 (Təsviri sənət istiqaməti) saylı proqrama aid xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların qabiliyyət imtahanı isə 21 iyun tarixində keçiriləcək.
İmtahan saatı və yeri haqqında məlumat bakalavrın "İmtahana buraxılış vərəqəsi"ndə qeyd olunub.
Bakalavrlar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- imtahana buraxılış vərəqəsini;
- şəxsiyyəti təsdiq edən sənədin əslini:
- əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
İmtahan binasına mobil telefon, ağıllı saat və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, çanta, məlumat kitabçası, xarici yaddaş qurğuları və başqa yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək qadağandır.
Musiqi sənəti istiqamətinin ixtisasları üzrə qeydiyyatdan keçmiş abituriyentlər üçün səhifələrinə "İmtahan proqramı" forması da yerləşdirilir. Bakalavr ixtisasına uyğun olan formanı çap etməli, ifa edəcəyi proqramı həmin formaya yazmalı və qabiliyyət imtahanına gələrkən komissiyaya təqdim etməlidir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA
Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək
Pensiyalar bu tarixdə ödəniləcək
Bakıda yeni dəmir yolu tıxacları azaldacaq? - Ekspertdən AÇIQLAMA
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Avtobuslar qarajda, sərnişinlər dayanacaqda: Sürücülər niyə işləmək istəmir? - İQTİSADÇIDAN AÇIQLAMA
Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Bakının altı rayonunda su niyə hələ də verilməyib?
Ölkədə qızıl ucuzlaşdı, yoxsa bahalaşdı?
Şəkidəki hadisə Ermənistanda generalın istefasına səbəb oldu: Növbə MN-dədir
Qızlar "kişi peşələri"nə üz tutur: Əmək bazarında nələr dəyişəcək?
Türkiyə müharibənin astanasında? Qara dənizdə hücumlar, Səudiyyədə hərbi hazırlıq
Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib
Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb