"Azərbaycanla Pakistan arasında sərmayə, enerji və müdafiə sahələrində böyük layihələrin həyata keçirilməsi nəzərdə tutulub"- Deputat

"Azərbaycanla Pakistan arasında sərmayə, enerji və müdafiə sahələrində böyük layihələrin həyata keçirilməsi nəzərdə tutulub"- Deputat"Pakistan işğal dövründə hər zaman bütün beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləmiş, 44 günlük Vətən Müharibəsində ölkəmizin yanında olmuşdur. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi səbəbindən Pakistan Ermənistanla diplomatik əlaqələr yaratmamış və onun müstəqilliyini tanımamışdır".

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a deyib.
"Azərbaycanla Pakistan arasında sərmayə, enerji və müdafiə sahələrində böyük layihələrin həyata keçirilməsi nəzərdə tutulub"- DeputatO qeyd edib ki, Azərbaycanla Pakistan arasında sərmayə, enerji və müdafiə sənayesi sahələrində yaxın gələcəkdə böyük layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Ölkələrimiz arasında digər sahələrlə yanaşı təhsil sahəsində də əməkdaşlığın genişləndirilməsi haqqında müzakirələr aparılmışdır:

"Azərbaycana dost və qardaş ölkələrdən biri də Pakistan İslam Respublikasıdır. Ölkələrimiz və xalqlarımız arasında münasibətlər birgə tarix, mədəniyyət, din və qarşılıqlı dəstək üzərində qurulub. Azərbaycanla Pakistan bütün beynəlxalq təşkilatlarda vahid siyasi mövqedən çıxış edir, ölkələrimiz arasında sıx siyası, iqtisadi əlaqələr mövcuddur.
Cari ilin iyun ayının 15-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəri iki ölkə arasında mövcud əlaqələrin genişlənməsinə böyük təkan verəcək. İki dövlətin liderlərinin təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdən sonra mətbuata bəyanatla çıxış etdilər. Prezident cənab İlham Əliyev çıxışında Azərbaycanla Pakistan arasında mövcud iqtisadi, siyasi əlaqələr və gələcəkdə bu istiqamətdə görüləcək birgə layihələr barədə məlumat verdi. Pakistan işğal dövründə hər zaman bütün beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləmiş, 44 günlük Vətən Müharibəsində ölkəmizin yanında olmuşdur. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi səbəbindən Pakistan Ermənistanla diplomatik əlaqələr yaratmamış və onun müstəqilliyini tanımamışdır. Azərbaycan da Kəşmir məsələsində hər zaman beynəlxalq təşkilatlarda Pakistanın mövqeyini dəstəkləmişdir. Ölkələrimiz arasında bu cür sıx siyasi münasibətlər xalqlarımız arasında da dostluq əlaqələrini möhkəmləndirmişdir.
Bu gün Pakistan ordusu dünyada ən güclü ordular sırasında ön yerlərdə qərarlaşmışdır. Azərbaycan Ordusu ilə Pakistan Ordusu birgə hərbi təlimlər keçirir və bu təlimlər orduların peşəkarlığının artmasına öz töhfəsini verir. İqtisadi sahədə də əlaqələrin genişləndirilməsi və ticarət dövriyyəsinin artırılması istiqamətində iki ölkə arasında bir çox sənədlər imzalanmışdır. Azərbaycanla Pakistan arasında sərmayə, enerji və müdafiə sənayesi sahələrində yaxın gələcəkdə böyük layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Ölkələrimiz arasında digər sahələrlə yanaşı təhsil sahəsində də əməkdaşlığın genişləndirilməsi haqqında müzakirələr aparılmışdır. Azərbaycanla Pakistan arasında mövcud dostluq, qardaşlıq əlaqələri möhkəm təməl üzərində qurulmuş və gələcəkdə daha yüksək səviyyəyə qalxacaq".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1777   Tarix: 19 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Prezident sloveniyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musara təbrik məktubu ünvanlayıb. -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Sloveniya Respublikasının milli bayramı - Dövlətçilik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan v

25 iyun
.

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşası, daha 100-nün bərpasına dəstək verəcək. "Report" xəbər verir ki, bunu Suriya parlamentinin hələbli deputatı Tarık Sulo Cevizci "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, QHT-lərə Dövlət Dəstəyi Agentliyini

25 iyun
.

"Bakının Türk dünyasının əsas siyasi və mədəni platformalarından birinə çevrilməsi təsadüfi deyil" - AÇIQLAMA

Birinci Türkoloji Qurultay Türk dünyasının taleyini müəyyənləşdirən addım olub. Bunu TÜRKSOY-un Baş katibi Sultan Raev Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində "Türk dünyası bir ailə kimi: ortaq məqsədlər namin

29 iyun
.

"Cənubi Qafqazın ortaq rifah zonasına çevrilməsi prosesi geri dönməz xarakter alıb" - AÇIQLAMA

Türkiyə Azərbaycan və Ermənistan arasındakı sülh və normallaşma prosesində əldə olunan irəliləyişdən məmnundur. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla Moskvada birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, Lavrovla Cənubi Qafqazdakı son prosesləri d

16 iyun
.

Paşinyan Azərbaycan üzərindən Ermənistana internet kabelin çəkilməsi ilə bağlı: "Risk görmürük"

"Ermənistan internet trafikinin Azərbaycan üzərindən tranziti halında şəxsi məlumatlar üçün hər hansı risk və ya təhdid görmür". -ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin baş naziri Nikol Paşinyan hökumət iclasından sonra bildirib. Daha əvvəl məlum olduğuna görə, "Teleco

25 iyun
.

Əli Əsədov Şimali Kiprin Baş naziri ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 13-də Şimali Kiprin Baş naziri Ünal Üstel ilə görüşüb. Bu barədə "Report"a Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, görüşdə Azərbaycan ilə Şimali Kipr arasında yüksək səviyyəli təmasların dinamikası, parlamentlərarası əlaqələrin və siyas

13 iyun
.

Prezident Lyayen ilə geniş tərkibdə görüşdü - Fotolar

Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə geniş tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

1 iyul
.

Prezident portuqaliyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev Portuqaliya Respublikasının Prezidenti Antoniu Joze Sequruya təbrik məktubu ünvanlayıb. -a istinadən xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab prezident, Portuqaliya Respublikasının milli bayramı münasibətilə sizi və sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbayca

10 iyun
.

"Bu tarix xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin canlı salnaməsidir" - DEPUTAT

"Müstəqil dövlətimizin və xalqımızın təhlükəsizliyinin təmin olunmasında Azərbaycan Ordusunun rolu əvəzsizdir. Bu gün xalqımız güclü və rəşadətli ordusu, qəhrəman əsgər və zabitləri ilə qürur duyur. 26 İyun - Silahlı Qüvvələr Günü hər il böyük sevinc, yüksək vətənpərvərlik ruhu və fərəh hissi il

25 iyun