Netanyahu: "Rusiyada baş verənlər ölkənin daxili işidir"
"Rusiyada baş verənlər ölkənin daxili işidir".
Bu barədə İsrailin baş naziri Benyamin Netanyahu operativ müşavirədə bildirib.
"İsrailin bununla heç bir əlaqəsi yoxdur, lakin hadisələri diqqətlə izləməyə davam edəcək", - Netanyahu deyib.
Operativ müşavirədə İsrailin müdafiə naziri Yoav Qalant, ordu və kəşfiyyat orqanlarının rəhbərləri, xarici işlər naziri Eli Koen, repatriasiya və inteqrasiya naziri Ofir Sofer və bəzi digər yüksək vəzifəli rəsmilər iştirak ediblər.
Xatırladaq ki, "Vaqner" Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin "Vaqner" muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir".
Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə "Vaqner"in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Nazirlik eyni zamanda "Vaqner" döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb.
Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib. O deyib ki, bütün zəruri tədbirlər görüləcək.
Daha sonra Belarus Prezidenti Aleksandr Lukaşenkonun Priqojinlə danışıqlar apardığı barədə məlumat yayılıb. "Vaqner" Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq və gərginliyi azaltmaqla bağlı təklifini qəbul edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 974 Tarix: 25 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ-İran müharibəsində gərginlik artır: Hörmüz boğazında tankerə hücum
ABŞ və İran arasında davam edən hərbi qarşıdurmada gərginlik yenidən yüksəlib. Reuters-ə istinadən xəbər verir ki, son hadisələr əsasən Hörmüz boğazında baş verən hücumlar, ABŞ-ın hərbi hazırlığı və Tehranla Vaşinqton arasında nüvə proqramı ilə bağlı fikir ayrılıqları ətrafında cərəyan edir. Hörmüz boğazında
7 oktyabr76 ilin iqlim rekordu qırıla bilər - "El Nino" ilə bağlı xəbərdarlıq
Tropik Sakit Okeanda təsirini artıran güclü "El Nino" iqlim hadisəsi dəniz səthinin temperaturunu rekord səviyyələrə çatdırıb. Mütəxəssislər qarşıdakı payız və qış aylarında hadisənin "çox güclü" ola biləcəyi barədə xəbərdarlıq edirlər. "El Nino" göstəricilərinin ölçüldüy
7 oktyabrCümə günü ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - 12 saat davam edəcək...
Günəşdə baş verən aktivlik Yer kürəsində maqnit qasırğasına səbəb ola bilər. xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının məlumatına görə, cümə günü Yer kürəsində G1-G2 səviyyəli maqnit qasırğası gözlənilir. Mütəxəssislərin hesablamaların
7 oktyabrThe Guardian: "Cənubi Koreyadan Rusiyaya yanacaq daşınması üzə çıxıb"
The Guardianın araşdırmasına görə, Cənubi Koreyadan Rusiyanın uzaq şərq limanlarına böyük həcmdə yanacaq daşınıb. Nəşrin liman sənədləri və gəmi izləmə məlumatları əsasında apardığı təhlilə görə, iyul və avqust aylarında Cənubi Koreyanın bir neçə limanından Rusiyaya 176 min tondan çox yanacaq, əsasə
6 oktyabr25 il sonra yenidən "Mumiya"da - Foto
Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O’Konnell" obrazına qayıdıb. Axşam.az xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişləri zamanı Böyük Britaniyada görüntülənib. Filmdə Freyzerl
7 oktyabrABŞ Fransada olan vətəndaşlarına xəbərdarlıq edib
ABŞ-nin Fransadakı səfirliyi ölkədə baş verən iğtişaşlarla əlaqədar amerikalıları ehtiyatlı olmağa çağırıb. Bu barədə diplomatik nümayəndəliyin saytında məlumat dərc olunub. "Fransanın hər yerində şagirdlərin etirazları davam edir və bəzi etirazlar iğtişaşlara çevrilib. Yürüşlər məktəb şəhərciklərində
6 oktyabr