Ukrayna Təhlükəsizlik Şurası: "Belarusun "Vaqner" qiyamında əli ola bilər"
"Belarusun "Vaqner" qiyamında əli ola biləcəyini istisna etmirəm".
Bu fikri Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının sədri Oliksiy Danilov deyib.
Danilov bildirib ki, Belarus lideri "vaqnerçi"lərə kömək edə bilər.
Xatırladaq ki, "Vaqner" Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin "Vaqner" muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir".
Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə "Vaqner"in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Nazirlik eyni zamanda "Vaqner" döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb.
Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib. O deyib ki, bütün zəruri tədbirlər görüləcək.
Daha sonra Belarus Prezidenti Aleksandr Lukaşenkonun Priqojinlə danışıqlar apardığı barədə məlumat yayılıb. "Vaqner" Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq və gərginliyi azaltmaqla bağlı təklifini qəbul edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1162 Tarix: 25 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Paşinyan hərbçimizlə bağlı sualı cavabsız qoydu: "Cümə axşamını gözləyin"
Azərbaycanlı hərbçi Nəsimi Musayevin taleyi barədə jurnalistlər Ermənistan lideri Nikol Paşinyanın mövqeyini öyrənməyə cəhd ediblər. xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumat verilib. Yerli KİV nümayəndələri baş nazirdən azərbaycanlı hərbçinin taleyinin necə olacağı və bununla bağlı hansıs
6 oktyabrThe Guardian: "Cənubi Koreyadan Rusiyaya yanacaq daşınması üzə çıxıb"
The Guardianın araşdırmasına görə, Cənubi Koreyadan Rusiyanın uzaq şərq limanlarına böyük həcmdə yanacaq daşınıb. Nəşrin liman sənədləri və gəmi izləmə məlumatları əsasında apardığı təhlilə görə, iyul və avqust aylarında Cənubi Koreyanın bir neçə limanından Rusiyaya 176 min tondan çox yanacaq, əsasə
6 oktyabrTramp: Dövlət hesabına yayımlanan reklamları siyasi fond ödəyəcək
ABŞ Prezidenti Donald Tramp vergi ödəyicilərinin vəsaiti hesabına yayımlanan və onun siyasətini təbliğ edən televiziya reklamları ilə bağlı qərarını dəyişib. xəbər verir ki, Trampın sosial media hesabında yazdığına görə, bundan sonra bu cür reklamların xərclərini onun siyasi Siyasi Fəaliyyət Komitəs
6 oktyabrTürkiyədə 17 bələdiyyə işçisi rüşvət ittihamı ilə saxlanılıb
Türkiyənin İstanbul əyalətinin Esenyurt bələdiyyəsində bəzi tenderlərdə saxtakarlıq edildiyi və podratçılardan rüşvət alındığı iddialarına yönəlik istintaq çərçivəsində keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb. xəbər verir ki, məlumatı "Haber Global" yayıb. Məlumata görə, sözügedən cinayə
7 oktyabrABŞ çağırış etdi: Rusiyanı dərhal tərk edin!
İrkutsk vilayətində taun ehtimalı ilə bağlı məlumatlar fonunda ABŞ-ın Rusiyadakı səfirliyi hazırda ölkədə olan Amerika vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb. xəbər verir ki, bu barədə səfirliyin yaydığı bəyanatda qeyd olunub. "Hazırda Rusiyada olan ABŞ vətəndaşları ölkəni dərhal tər
7 oktyabr25 il sonra yenidən "Mumiya"da - Foto
Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O’Konnell" obrazına qayıdıb. Axşam.az xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişləri zamanı Böyük Britaniyada görüntülənib. Filmdə Freyzerl
7 oktyabrSaturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?
Günəşdən Yerdən təxminən 10 dəfə uzaqda yerləşən nəhəng planet Saturn oktyabrın 4-də "qarşıdurma" (oppozisiya) mərhələsinə çatıb. Bu zaman Yer Günəşlə Saturnun demək olar ki, tam arasında yerləşir. Bu səbəbdən qarşıdakı günlər Saturnu müşahidə etmək üçün ilin ən əlverişli dövrlərindən bir
6 oktyabr