Bazar günləri parkinqlər pulsuz olacaq - RƏSMİ
Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-dək, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmayacaq.
Sonxeber.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği"nin təsdiq edilməsi haqqında" qərarda əksini tapıb.
Qərara əsasən, eyni zamanda "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin XV hissəsinə əsasən, ödənişli parklanma
yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmayacaq. Nəqliyyat vasitəsi 15 dəqiqədən artıq parklandıqda ödəniş tam məbləğdə hesablanır.
Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-dək, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 aprel tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası"na uyğun olaraq fərdi parklanma talonu verilmiş şəxslər nəqliyyat vasitələrini yalnız talonda göstərilən parklanma ərazisində müəyyən olunmuş yerlərdə ödənişsiz əsaslarla saxlayırlar.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 773 Tarix: 25 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
48 aptekdə yoxlama - Nöqsanlar tapıldı
2026-cı ilin yanvar ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 48 əczaçılıq müəssisəsində yoxlama aparılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə AEM məlumat yayıb. Bildirilib ki, yoxlamalardan 10-u Bakı şəhərində, 38-i isə respublikanın digər şəhər və rayonlarınd
26 fevralLeyla Əliyeva iftar məclisində - Fotolar
Ötən gün Leyla Əliyeva Qubada şəhid ailələri və rayon ictimaiyyəti ilə birlikdə iftar məclisinə qatılıb. "Qafqazinfo" xəbər verir ki, əvvəlcə Leyla Əliyeva "Bizim Mətbəx" layihəsinin könüllüləri ilə birlikdə yeməklərin iftar süfrəsi üçün hazırlanmasında yaxından iştirak edib. Müqəddə
25 fevralSaleh Məmmədovun fəaliyyəti araşdırılır - Ciddi pozuntular aşkarlanıb
Azərbaycan Avtomobill Yolları Dövlət Agentliyində (AAYDA) yoxlamalar aparılır. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, yoxlamalar ötən ilin dekabrından başlayıb və Saleh Məmmədovun AAYDA-nın İdarə Heyətinin sədri olduğu dövrü əhatə edir. Məlumatda bildirilir ki, yoxlamalar hələ bir müddət davam edəcək
26 fevral"Həm adaşıq, həm də yaşıd..."
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüblər. "Qafqazinfo"nun məlumatına görə, Prezidentlə sakin arasında maraqlı dialoq yaşanıb:. Prezident İlham Əliyev: Çox sağ olun, sizə cansağlığ
25 fevralXırdalanda 13-cü mərtəbədən yıxılan oğlan sağ qaldı
Gecə saatlarında Xırdalanda 22 yaşlı oğlan binadan yıxılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə Xırdalandakı "Kristal Abşeron" kompleksində baş verib. Saat 02 radələrində 2004-cü il təvəllüdlü Nihad Yunus oğlu Vəliyev yaşadığı 16 mərtəbəli binanın 13-cü mərtəbəsinin eyvanından yıxılıb
26 fevral"Mən sizi televizorda görəndə çox sevinirəm" - Video
Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı rayonunun Xanabad kəndinə etdikləri səfər çərçivəsində kənd sakini Əmrah Sahiblinin evində olublar. "Qafqazinfo"nun məlumatına görə, dövlət başçısı ilə Sahibli ailəsinin kiçi
26 fevral