Moldova səmasını NATO qoruyacaq?

Moldova səmasını NATO qoruyacaq?Rusiyanın dövlət çevrilişi etmək istəyi barədə məlumatlar Moskva və Kişineu arasında münasibətləri daha da gərginləşdirib. Ukraynadan sonra Rusiyanın növbəti hədəfinin Moldova olacağı açıq şəkildə ifadə edilir.

Moldova ilə Rusiya arasında gərginlik artmaqdadır. Qərbpərəst hökumətin son addımları onu deməyə əsas verir ki, Kişineu Moskva ilə əlaqələri birdəfəlik kəsmək niyyətindədir. Bu istiqamətdə konkret addımlar da atır - Konstitusiya Məhkəməsi rusiyayönümlü "Şor" Partiyasının qanunsuz elan edilməsilə bağlı qərar qəbul edir, Moldovanın mümkün qədər tez MDB-dən çıxması barədə bəyanatlar səslənir. Hətta iqtisadi inkişaf naziri Dmitri Alayba deyib ki, "Moldovanın MDB-dən çıxması qaçılmazdır, bu, Avropa İttifaqına (Aİ) üzvlüklə bir araya sığmır və yəqin ki, son ana qədər gözləmək səhv və səmimiyyətsizlik olardı. Moldova xalqının seçimi aydındır". Daha sonra Moldova MDB çərçivəsində iki sazişi denonsasiya da edib. XİN-dən bildirilib ki, "MDB üzvləri təbii fəlakətlərlə bağlı az əməkdaşlıq etdiyi üçün bu saziş onlara lazım deyil. Moldovanın nüvə silahı olmadığı üçün strateji silahlı qüvvələr haqqında saziş də əhəmiyyətsizdir".

Dərhal da rusiyapərəst qüvvələr hərəkətə keçib. Onlara rəhbərliyi Moldovanın keçmiş prezidenti, Sosialist Partiyasının lideri İqor Dodon edir. O bildirib ki, Moldovanın MDB çərçivəsində imzalanmış sazişlərdən çıxması iqtisadiyyata mənfi təsir göstərəcək. "MDB ilə müqavilələrin ləğvi Moldova iqtisadiyyatına, kənd təsərrüfatına, sənayesinə ağır, bəlkə də ölümcül zərbə olacaq. Əgər Rusiya bazarı yoxdursa, biz mallarımızla nə edəcəyik? Avropa onları almayacaq", – siyasətçi bildirib.

Moldova hakimiyyətinin antiRusiya ritorikasını gücləndirməsi Kremli özündən çıxarır. Ölkə əhalisi də, əvvəlki kimi Rusiyaya rəğbət bəsləmir. Ukraynaya müdaxilə onları qəflət yuxusundan oyadıb. Anlayırlar ki, belə getsə, növbəti hədəf Moldova olacaq.

Mövzu ilə bağlı "Kaspi" qəzetinin yazısını təqdim edirik:

"Rusiya təcavüzkardır, çıxış yolu Avropaya inteqrasiyadır"
Beləliklə, prezident Mayya Sandu başda olmaqla qərbpərəst qüvvələr açıq şəkildə Rusiyanı təcavüzkar ölkə adlandırır, onu Kişineu üçün ciddi təhlükə olacağını deyirlər. Prezidentin Moskvanın Moldovada dövlət çevrilişi cəhdini davam etdirəcəyini iddia etməsi qalmaqala səbəb olub. Reallıq odur ki, Ukraynaya Rusiya təcavüzündən dərs çıxaran rəsmi Kişineu çıxış yolunu Avropa İttifaqına üzvlükdə görür. Sandu bəyan edib ki, məhz bu, Moldovanın çıxış yolu olacaq. "Mövcud geosiyasi vəziyyət göstərir ki, Rusiya uzun illər böyük qeyri-sabitlik mənbəyi olaraq qalacaq. Rusiya demokratiyamız üçün təhlükədir. Biz inanırıq ki, Aİ-də demokratiyamız daha təhlükəsiz olacaq", - deyə Sandu bildirib. Prezident qeyd edib ki, Rusiyanın dezinformasiyası və təbliğatı Moldova demokratiyasına böyük ziyan vurur: "Lakin Moldova rus təbliğatının qarşısını alacaq. Moldova Rusiyanın dövlət çevrilişi cəhdinin qarşısını ala bilib. Lakin bu o demək deyil ki, Kreml gələcəkdə belə cəhdlər etməyəcək". Prezidentin qənatəincə, Moldova işğal olunmuş ərazilərini geri qaytarmaq üçün Ukraynaya hər cür dəstək verməlidir. Sandu hesab edir ki, Rusiya Ukraynanın işğalını yekunlaşdırandan sonra onun dövlətinə hücum edə bilər.

Moldova səmasını NATO qoruyacaq?

Belə olan halda, Moldovanın ümidi NATO-ya qalır. Artıq NATO-nun baş katibi Yens Stoltenberq də Moldovanın alyansın çoxdankı tərəfdaşı olduğunu və "bu tərəfdaşlığın intensivləşdirilməsinə" qərar verildiyini bəyan edib. O, NATO-nun Moldova səmasının təhlükəsizliyini təmin edəcəyini bildirib. Moldovanın keçmiş müdafiə naziri Vitali Marinuta hesab edir ki, "Rusiya raketi"ndən qorunmaq üçün izləmə və məhvetmə sistemlərinə ehtiyacları var. Xatırladıb ki, hələ ötən əsrin 90-cı illərində Moldova NATO-nun nəzarətində olan BMT-nin sülhməramlı missiyalarında fəal iştirak etməyə başlayıb. "Moldova mütləq alyansın üzvü olacaq, amma indi yox. Bunun baş verməsi üçün respublikaya siyasi iradə və lazımi şərait lazımdır", - deyə sabiq nazir bildirib. O, neytral Moldovanın Konstitusiya Məhkəməsinin NATO ilə əlaqələri təsdiqlədiyinə diqqət çəkib. Moldovalı generalın fikrincə, regiondakı təhlükəli vəziyyət qoruyucu tədbirlər tələb edir: "Bizə həm izləmə, həm də məhvetmə sistemləri lazımdır. Məsələn, səmada bir rus raketini izlədik - bəs sonra? Mən Zelenskinin təhlükəsizliyimizi yaxşılaşdıra biləcək "Patriot" koalisiyasının yaradılması təklifini dəstəkləyirəm". V.Marinuta xatırladıb ki, Sandu respublikanın Ukraynadakı hərbi münaqişəyə qarışmayacağını bəyan edib. Lakin Moldova Ukrayna üçün ərzaq tədarükü, qaçqınların saxlanması, orduya yanacaq tranziti istiqamətində kömək etməyə davam edəcək.

Ukrayna sağ qalsa, Moldova da mövcud olacaq

Moldova üçün yeganə qurtuluş imkanı Ukraynanın Rusiyanın təzyiqinə tab gətirməsi və müharibədə qalibiyyəti ola bilər. Düzdür, Moldovanın Rumıniya ilə yaxınlığı müdaxiləni çətinləşdirir. Lakin Rusiya üçün heç bir cizgi yoxdur. Həqiqətən də Avropa onilliklərdir ki, Moldovaya kömək edir, Rusiya tərəfdən isə ancaq separatizm dəstəklənir. Ən mühüm amil həm də odur ki, Moldova bu gün Ukraynanın təhlükəsizlik qalxanı altındadır - Ukrayna sağ qalsa, Moldova da mövcud olacaq.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 798   Tarix: 26 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

ABŞ-İran müharibəsində gərginlik artır: Hörmüz boğazında tankerə hücum

ABŞ və İran arasında davam edən hərbi qarşıdurmada gərginlik yenidən yüksəlib. Reuters-ə istinadən xəbər verir ki, son hadisələr əsasən Hörmüz boğazında baş verən hücumlar, ABŞ-ın hərbi hazırlığı və Tehranla Vaşinqton arasında nüvə proqramı ilə bağlı fikir ayrılıqları ətrafında cərəyan edir. Hörmüz boğazında

7 oktyabr
.

76 ilin iqlim rekordu qırıla bilər - "El Nino" ilə bağlı xəbərdarlıq

Tropik Sakit Okeanda təsirini artıran güclü "El Nino" iqlim hadisəsi dəniz səthinin temperaturunu rekord səviyyələrə çatdırıb. Mütəxəssislər qarşıdakı payız və qış aylarında hadisənin "çox güclü" ola biləcəyi barədə xəbərdarlıq edirlər. "El Nino" göstəricilərinin ölçüldüy

7 oktyabr
.

Cümə günü ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - 12 saat davam edəcək...

Günəşdə baş verən aktivlik Yer kürəsində maqnit qasırğasına səbəb ola bilər. xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının məlumatına görə, cümə günü Yer kürəsində G1-G2 səviyyəli maqnit qasırğası gözlənilir. Mütəxəssislərin hesablamaların

7 oktyabr
.

The Guardian: "Cənubi Koreyadan Rusiyaya yanacaq daşınması üzə çıxıb"

The Guardianın araşdırmasına görə, Cənubi Koreyadan Rusiyanın uzaq şərq limanlarına böyük həcmdə yanacaq daşınıb. Nəşrin liman sənədləri və gəmi izləmə məlumatları əsasında apardığı təhlilə görə, iyul və avqust aylarında Cənubi Koreyanın bir neçə limanından Rusiyaya 176 min tondan çox yanacaq, əsasə

6 oktyabr
.

25 il sonra yenidən "Mumiya"da - Foto

Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O’Konnell" obrazına qayıdıb. Axşam.az xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişləri zamanı Böyük Britaniyada görüntülənib. Filmdə Freyzerl

7 oktyabr
.

Vens: "İran müharibəyə son qoymaq üçün uranın zənginləşdirilməsini azaltmalıdır"

İran ABŞ-la müharibəyə son qoymaq üçün uranın zənginləşdirilməsi imkanlarını əhəmiyyətli dərəcədə azaltmalıdır. "Report"un məlumatına görə, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens "Reuters"ə müsahibəsində deyib. "Əgər nüvə silahı istəmirsinizsə, onda uranı niyə 60 faizə qədə

7 oktyabr
.

Ursula fon der Lyayen: Aİ 2027-ci ilin sonunadək Rusiya qazından imtina edəcək

Avropa İttifaqı Rusiya qazının idxalını 2027-ci ilin sonunadək tamamilə dayandırmaq niyyətindədir. xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bu gün Avropa Parlamentində çıxışı zamanı bildirib. O qeyd edib ki, dörd il əvvəl Rusiya Aİ-ni enerji ilə bağlı şantaj etməy

6 oktyabr
.

BBC: "Süni intellektin nəzarətdən çıxması ilə bağlı yeni ssenarilər araşdırılır"

BBC-nin son materiallarında süni intellekt sistemlərinin gözlənilməz davranışları və AI agentlərinin insan nəzarətindən kənara çıxması ilə bağlı risklər araşdırılır. BBC-nin "Unexpected Elements" proqramında da AI agentinin nəzarətdən çıxması ssenarisi ayrıca müzakirə olunub. BBC-yə istinadə

7 oktyabr
.

ABŞ Fransada olan vətəndaşlarına xəbərdarlıq edib

ABŞ-nin Fransadakı səfirliyi ölkədə baş verən iğtişaşlarla əlaqədar amerikalıları ehtiyatlı olmağa çağırıb. Bu barədə diplomatik nümayəndəliyin saytında məlumat dərc olunub. "Fransanın hər yerində şagirdlərin etirazları davam edir və bəzi etirazlar iğtişaşlara çevrilib. Yürüşlər məktəb şəhərciklərində

6 oktyabr