Tural Əsədbəyli: "Məqsəd "Yaşma"nın fəlsəfəsini gələcəyə ötürməkdir" - MÜSAHİBƏ

Tural Əsədbəyli: "Məqsəd "Yaşma"nın fəlsəfəsini gələcəyə ötürməkdir" - MÜSAHİBƏ"Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələr Manevr Doktrinasını özünəməxsus formada çox mükəmməl şəkildə tətbiq etdi. 2020-ci il noyabr ayının 5-də təxminən saat 23 radələrində Xüsusi Təyinatlı Qüvvələrin komandanının radiostansiyada səsləndirdiyi mərdanə mühakimə ən bariz nümunə kimi qiymətləndirilə bilər".

Bu sözləri "Report"a müsahibəsində "Manevr Doktrinası" kitabının müəlliflərindən olan Tural Əsədbəyli deyib. Müsahibəni təqdim edirik:

- Müəlliflərindən biri olduğunuz "Manevr Doktrinası" kitabı nədən bəhs edir?

- Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsi zamanı həm siyasi arenada, həm də döyüş meydanında xalqımız parlaq qələbə qazandı və torpaqlarımız işğaldan azad edildi.

Müharibədən sonra Azərbaycan Respublikasının Silahlı Qüvvələri qarşısında duran ən vacib vəzifə döyüşlərdə qazanılmış unikal təcrübələri gələcək nəsillərə ötürmək, 44 günlük müharibədən düzgün nəticələr çıxarmaq və gələcəkdə ölkəmizə qarşı təxribatlara yol verməyəcək hazırlıqlı qüvvələr yetişdirməkdir.

Müasir təhlükəsizlik mühitində mövcud yeni reallığa əsasən hazırlanmış bu kitab Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) tətbiq etdiyi döyüş üslubunu, Manevr Doktrinasının nəzəriyyəsini izah etdiyinə görə gələcək nəsillər üçün dəyərli miras olacağına, həmçinin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin qarşısında duran növbəti vəzifələri layiqincə yerinə yetirmək üçün tədris vəsaiti kimi istifadə ediləcəyinə ümidliyəm.

- "Manevr Doktrinası"nın ərsəyə gəlməsindəki əsas qayə nədir? Başqa sözlə desək, kitabla bağlı vurğunun səbəbini nə ilə izah edirsiniz?

- Bildiyimiz kimi, insan əsasən əqli, mənəvi və fiziki komponentlərin məcmusundan ibarətdir. Həmin üç komponentin dinamikası və keyfiyyətləri insanın ümumi xarakteristikasının təcəssümüdür. Necə ki, bəzi insanları ağıllı, fiziki olaraq güclü, mənəvi olaraq dözümlü kimi xarakterizə edirik, eyni şəkildə orduları da onların əqli (konseptual), fiziki və mənəvi tərəflərini qiymətləndirməklə xarakterizə etmək olar.

44 günlük Vətən müharibəsindən sonra apardığımız uğurlu döyüşlər həm xarici, həm də yerli mütəxəssislər tərəfindən müxtəlif cəhətdən analiz edildi. Qərb ölkələrinin hərbi ekspertləri əsasən Azərbaycan Ordusunun texnoloji üstünlüklərini şərh edən məqalə və kitablar yazdılar. Dünyanın müxtəlif təhsil müəssisələrində bu mövzular dərindən tədris edildi. Yerli hərbi ekspertlər öz çıxışlarında daha çox Azərbaycan Ordusunun yüksək döyüş hazırlığına üstünlük verərək, döyüşçülərimizin sarsılmaz iradəsindən, sönməz xalq və yurd sevgisindən, misilsiz şücaətindən söz açdılar. Ordumuzun fiziki və mənəvi keyfiyyətləri haqqında kifayət qədər təhlil işi və analizlər aparıldı, amma şanlı ordumuzun əqli komponentindən nisbətən az bəhs edildi.

XTQ-nin üstün mənəvi gücü, dövlətə sədaqəti, texnoloji üstünlükləri qabarıq şəkildə açıqlansa da, döyüşün aparılması üslubu üzrə onların düşüncə və yanaşma tərzi elmi cəhətdən tam açıqlanmadı.

Bu kitabın ərsəyə gəlməsində başlıca qayə məhz XTQ komandanı general-leytenant Hikmət Mirzəyevin rəhbərliyində döyüş hazırlığı, Vətən müharibəsi kontekstində şəxsi yaradıcı təfəkkürü, fərdi yanaşması, fərqli döyüş tərzi və təməlini qoyduğu "Yaşma" məktəbinin fəlsəfəsi barədə nəzəri bilgiləri institutlaşdıraraq gələcək nəsillərə ötürməkdir.

- Vətən müharibəsində ordumuz və Xüsusi Təyinatlı Qüvvələr hansı döyüş üslubunu tətbiq etdilər?

- Vətən müharibəsində XTQ Manevr Doktrinasını özünəməxsus formada çox mükəmməl bir biçimdə tətbiq etdi. 2020-ci il noyabr ayının 5-də təxminən saat 23 radələrində XTQ komandanının radiostansiyada səsləndirdiyi mərdanə mühakimə ən bariz nümunə kimi qiymətləndirilə bilər: "Həm Xankəndi, həm də Laçın yolunu bağlayın, bu gecə Şuşada onların nəfəsini kəsəcəyik". Bu tapşırıq tamamilə Manevr Doktrinasından irəli gələn təfəkkürün təzahürüdür. XTQ komandanı Vətən müharibəsinin hər bir epizodunda düşməni dilemma qarşısında qoyur, onu öhdəsindən gələ bilməyəcəyi təlatümlü vəziyyətə salır, cəmləşdirilmiş və gözlənilməz sürətli hərəkətlərin kombinasiyası vasitəsilə vəhdətini darmadağın edirdi. Bu kitabda XTQ-nin müharibədəki hərbi əməliyyatları hansı formada icra etməsindən konkret bəhs olunmur. Başlıca vəzifə kimi icra edilən həmin fəaliyyətlərin fəlsəfəsi müvafiq prinsiplərlə şərh olunur.

- Ümumiyyətlə, kitabın adından – "Manevr Doktrinası"ndan bəhs edə bilərsinizmi? Silahlı Qüvvələr sözügedən manevri necə tətbiq etdi?

- Qərb ölkələrinin tədris vəsaitlərində Manevr Doktrinasından geniş bəhs olunur, lakin dünyada həmin doktrinanı mükəmməl formada tətbiq edən çox nadir ordular var. Həmin doktrinanın tətbiqi, bir qayda olaraq, yüksək intellektual, yaradıcı və tənqidi düşüncəyə malik olan peşəkar liderin formalaşdırılmasını, eyni zamanda, əqli möhkəm, mənəviyyatı sağlam və fiziki cəhətdən dözümlü, zəruri məziyyətləri özündə ehtiva edən sarsılmaz iradəli döyüşçünün yetişdirilməsini tələb edir.

Manevrin ənənəvi tərifi yalnız coğrafi məkanda düşmənə nəzərən daha əlverişli vəziyyətin tutulması məqsədi ilə həyata keçirilən hərəkətlə ifadə olunur. Lakin 2-ci Qarabağ müharibəsində XTQ düşmənə nisbətdə sürətli temp inkişaf etdirərək, zaman məkanında da üstünlük qazanmağın mümkünlüyünü isbat etdi.

Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin başlıca məqsədi düşmənin ayaqlaşa biləcəyindən daha sürətli, gözlənilməz hadisələr törətmək və onu təhdidamiz dilemmalar qarşısında qoymaq idi. Düşmənə vəziyyətin nəinki pisləşdiyini, hətta artan sürətlə bərbad hala gəldiyini göstərirdilər. Nəticədə müqavimət qabiliyyətini itirmiş düşməni iflic və təlaşlı vəziyyətə salırdılar. Burada əsas məqsəd düşmənin mənəvi, əqli və fiziki vəhdətindən əmələ gələn döyüş gücünü (sistemini) sarsıtmaqla, onu müqavimət göstərə bilmə qabiliyyətindən məhrum etməkdir.

Misal olaraq, xüsusi təyinatlılar tərəfindən icra edilən Hadrut əməliyyatı ilə düşmənin funksionallığını iflic edən vəziyyət (şərait) yaradıldı. Həmin anda XTQ düşmənin ayaqlaşa biləcəyindən daha sürətli və gözlənilməz manevrlər etməklə onu təhdidamiz dilemmalar qarşısında qoydu.

Əslində, düşmənin iflic və təşviş vəziyyətinə salınmasına müharibənin başından etibarən təşəbbüsü ələ keçirməklə nail olduq, şərtlərimizi diqtə etdik və düşmənin tarazlığını pozmaqla onda qeyri-müəyyənliyi artırmaq üçün sürətlə hərəkətə keçdik. Düşmənin hər hərəkətimizə qarşı reaksiyası gecikdiyi üçün onun ayaqlaşa bilmədiyi bir temp yaratdıq.

Manevr Doktrinasına xas digər element isə düşməni aldada bilməkdir ki, bu da öz növbəsində basqın effekti yaradır.

Məsələn, Şuşa əməliyyatında düşmənin bizdən ehtimal etdiyi hərəkət tərzini onun üçün şəkilləndirdik. Belə ki, düşmən bizi gözlədiyi yerdə ona istədiyini verdik, lakin düşmənə gözləmədiyi yer və zamanda zərbə vurmaqla onun ehtimalını istismar etdik. Burada "istifadə etdik" demirəm, "istismar etdik" deyirəm. Biz bu termini olduğu kimi kitabda qeyd etmişik. Çünkü lüğətdə istismar etmək ondan sona qədər istifadə etmək mənasını daşıyır.

Manevr Doktrinasının bir başqa xüsusiyyəti yaranmış fürsəti istismar etməkdir. Biz də düşmənə qarşı yaranmış hər fürsəti istismar etməklə belə fürsətcil olduğumuzu göstərdik və hazırda ordumuz bu cür davranır. Kitabda bu məsələni xüsusilə qeyd etmişik. Manevr Doktrinası düşmənə təkcə problem yaratmaq deyil, həm də onu uduzmaqla uduzmaq arasında seçim qarşısında qoymaqdır.

Bu, düşməni iflic etmək, çaş-baş salmaq, onun ən güclü tərəfindən ötmək, sürətli və aqressiv şəkildə həssaslığını istismar etmək, eləcə də onu ən çox yaralayacaq tərzdə zərbə vurmaqla mənəvi və fiziki cəhətdən darmadağın etmək üçün köklənmiş qətiyyətli ruh halıdır.
Bir sözlə, Manevr Doktrinası mümkün olan ən az xərclə düşmənə qarşı ən böyük, qətiyyətli, həlledici təsiretmə və ağıllı döyüş fəlsəfəsidir.

- Azərbaycan Ordusunun döyüş təfəkkürü və ya fəaliyyətlərin icra edilməsindəki yanaşma tərzi kitabda necə izah olunub?

- İlk olaraq bildirməliyəm ki, kitab tərtib olunarkən məhz "deskriptiv", yəni "təsvir etmə" üslubundan istifadə edilib.

Dünya təcrübəsində doktrinaların "deskriptiv" və "preskriptiv" olmaqla 2 fərqli yazılış üslübü var. Dünyada doktrinalar ya "təsvir etmə", ya da "göstəriş vermə" üslüblarından istifadə edilməklə hazırlanır. Göstəriş vermə üslubu daha çox nə düşündüyümüzü diqtə etdiyi halda, təsvir etmə üslubu necə düşündüyümüzü göstərir.

Xüsusiyyət olaraq göstəriş vermə üslubu ilə hazırlanmış doktrinalar fəaliyyətlərin necə icra edilməsi haqqında konkret qayda və prosedurlar müəyyən edir. Bu, öz növbəsində komandirlərin və döyüşçülərin yaradıcı, tənqidi düşünmə, mühakimə etmə qabiliyyətlərinin məhdudlaşdırılmasına səbəb olur.

Lakin kitabda diqqət konkret proseduru, qaydaları izah etmək əvəzinə, "təsvir etmə" üslubu ilə daha çox təfəkkür tərzinin şərh edilməsinə yönəlib. Bu səbəbdən kitabda daha çox fəlsəfi fikirlər yer alır. Nəticə olaraq, kitabın Silahlı Qüvvələrin istər sülh, istərsə də müharibə dövründə düşmənə, qeyri-müəyyən vəziyyətlərə qarşı daim innovativ, qeyri-standart, yaradıcı həll yolları ortaya çıxaran növbəti addımları təxmin edilməyən müasir tipli bir ordu olmasına töhfə vermək üçün köməkçi dərs vəsaiti kimi istifadəsinə çalışmışıq.

- Silahlı Qüvvələrin sadəcə müharibə aparmadığını kitabda nə üçün vurğulamısınız?

- Bizim qanunlar dinc və müharibə olmaq üzrə 2 dövrü müəyyən edir. Əgər şərti müstəvidə bu iki dövrü təsəvvür etsək, müstəvinin sol ucunda müharibə, sağ ucunda isə dinc dövr yer alar. Lakin praktikada tam (mükəmməl) sülh və ya tam müharibə dövrü çox nadir hallarda olur. Tərəflər arasında iqtisadi, siyasi, ideoloji, texnoloji və s. müstəvidə müxtəlif formalarda rəqabət daim davam edir.

Bu səbəbdən, Silahlı Qüvvələrin bütün şəxsi heyəti, xüsusilə rəhbərlik dinc dövrü ancaq müharibə dövrünə hazırlaşmaq üçün yaranmış tam münbit şərait kimi dəyərləndirməməlidir.

Əksinə, Silahlı Qüvvələrin rəhbər heyəti dinc dövrü real və ya potensial düşmənlərə qarşı rəqabətin davam etdiyi dövr kimi qiymətləndirməli və bu dövrdə ölkənin yürütdüyü ümumi siyasəti dəstəkləməli, ona töhfə verməli və bu məqsədlə tapşırıqlar icra edilməlidir.

- Silahlı Qüvvələr Azərbaycan Respublikasının Prezidentinin yürütdüyü siyasətə necə töhfə verir?

- Silahlı Qüvvələr Azərbaycanın potensial və ya real düşmənlərlə rəqabət apardığı mühitdə müxtəlif formalarda iştirak edir və töhfə verir. Silahlı Qüvvələrin rəqabət mühitində iştirak formalarından ən başlıcası daim silahlı mübarizə aparmağa hazır olmaq, silahlı mübarizə aparmaq və qalib gəlməkdir.

İkincisi, sadəcə Silahlı Qüvvələrin mövcudluğu milli maraqlarımızın qorunması naminə müharibə edəcək qədər milli iradəmizin olmasının ifadəsidir.

Üçüncüsü, Silahlı Qüvvələrə ayrılan diqqət və vəsait milli maraqların təmin edilməsinə olan qətiyyətimizin nişanəsidir.

Son olaraq, döyüş gücümüzün artırılması və icra edilən müştərək təlimlər sayəsində potensial rəqiblərimizi silahlı zorakılıq həddini aşmaqdan çəkindiririk.

- Manevr Doktrinası komandirlərdən nə tələb edir?

- Manevr Doktrinası bütün rəhbər heyətdən (liderlərdən) yüksək peşəkarlıq tələb edir. Ölkənin müdafiəsi kimi şərəfli və məsuliyyətli bir vəzifənin etimad edildiyi bütün rəhbər heyətdən (liderlər) müharibənin aparılmasında əsl mütəxəssis olmaları tələb edilir.

Komandirlər əməlləri və zəka ilə verilmiş tapşırığın öhdəsindən gəlmə ilə yanaşı, hərb sənəti üzrə natiqlik bacarığına da sahib olmalıdırlar. Hər bir kollektivin rəhbəri qərarlarında qətiyyətli olmaq və özünə inam bəsləməklə yanaşı, enerjili və icraatda israrlı olmalıdır.

Hərb düşünməyi tələb edən peşədir. Xüsusilə zabitlərdən hərbi nəzəriyyədə möhkəm təməl, hərb tarixi ilə bağlı biliklərə yiyələnmək və ondan əldə edilən əbədi ibrət, dərslərin öyrənilməsi tələb olunur.

Nəticə etibarilə, Silahlı Qüvvələrin tətbiq etdiyi döyüş üslubu ən aşağı səviyyəyə qədər cəsarətli və təşəbbüskarlığa meyilli zəkalı liderlərin olmasını tələb edir.

Son olaraq fürsətdən istifadə edib, ehtiyatda olan zabit kimi Azərbaycan xalqını və ordusunu 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edir və daim qələbə arzulayıram.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 512   Tarix: 26 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Estoniya Rusiya ilə sərhəddə hərbi şəhərcik inşa etmək niyyətindədir

Estoniya hakimiyyəti Rusiya ilə həmsərhəd Narvada ilk hərbi şəhərcik inşa etmək niyyətindədir və burada Müdafiə Qüvvələrinin təxminən 200 hərbi qulluqçusundan ibarət bölməsinin yerləşdirilməsi planlaşdırılır. "Report" xəbər verir ki, bu barədə ERR agentliyinə müsahibəsində Estoniya Müdafi

12 iyul
.

Kral ailəsi qələbəyə belə sevindi - Video

İspaniya millisinin 2026-cı il dünya çempionatının finalına yüksəlməsi ölkədə böyük sevinc yaradıb. "Qafqazinfo" xəbər verir ki, kral ailəsinin də İspaniyanın DÇ-nin finalına vəsiqə qazanmasını sevinclə qarşıladığını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilir ki, Kral V

15 iyul
.

Günəşdə güclü partlayışlar ola bilər

13-14 iyul tarixlərində Günəşdə partlayış aktivliyinin aşağı olacağı, eyni zamanda sondan əvvəlki güc sinfinə məxsus partlayışların ola biləcəyi gözlənilir. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib. "13 və 14 iyul tarixlərində Günəşdə partlayı

13 iyul
.

Fransa mediası süni intellektlə dezinformasiya yayır?

Fransa kütləvi informasiya vasitələri saxta məlumatlar yaratmaq məqsədilə süni intellektdən (Sİ) istifadə edərək Mali dövlətinə qarşı dezinformasiya kampaniyası həyata keçirir. xəbər verir ki, bu barədə Keçid Şurasının müdafiə komissiyasının vitse-prezidenti Fuseynu Uattara bildirib. Fransız mətbuatın

12 iyul
.

İran ABŞ ilə birbaşa danışıqlar tələbini təkzib etdi

Rəsmi Tehran danışıqların bərpası üçün ABŞ prezidenti Donald Trampa müraciət etməyib, lakin vasitəçilər vasitəsilə əlaqələrə müsbət yanaşır. xəbər verir ki, IRIB teleradioşirkəti adı açıqlanmayan rəsmi mənbəyə istinadən məlumat yayıb. "Biz Birləşmiş Ştatlarla yeni danışıqlar mərhələsi tələb etməmişik

12 iyul
.

Abbas Əraqçi ABŞ-nin sanksiyalarına etiraz edib

ABŞ Maliyyə Nazirliyinin İranla əlaqəli olduğu ehtimal olunan şəxs və şirkətlərə qarşı sanksiya tətbiq etməsi Tehranda etirazla qarşılanıb. "Report" xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi buna görə ABŞ-ni İslamabad Anlaşma Memorandumunu pozmaqda günahlandırıb. "Qarşılıql

12 iyul
.

"Reuters" Ukraynada "Patriot" raketlərinin istehsalı ilə bağlı detalları açıqlayıb

"Patriot" kompleksləri üçün raketlər, çox güman ki, Ukraynada deyil, Almaniyada istehsal olunacaq. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Reuters" agentliyi yazıb. Nəşrin həmsöhbətləri qeyd ediblər ki, ələkeçirici raketlər, Almaniyada və ya başqa bir Avrop

12 iyul
.

İrandan ABŞ-yə çağırış: "Ya memoranduma əməl edin, ya da bədəlini ödəyin"

İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf ABŞ-ni Tehranla imzalanan anlaşma memorandumunun müddəalarına əməl etməyə çağırıb. xəbər verir ki, Qalibaf bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb. "Birtərəfli razılaşmalar dövrü başa çatıb. Biz demişdik: sözünün üstündə dur

12 iyul
.

"Çelsi"nin keçmiş sahibi vəfat etdi

İngiltərənin "Çelsi" futbol klubunun sabiq sahibi Ken Beyts 94 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb. Onun ölümünün səbəbi barədə məlumat verilmir. "Ken Beytsin vəfat etməsini dərin kədər hissi ilə bildiririk. Klub onun həyat yoldaşına

12 iyul