Banka borcu olanların, qurban kəsmək əvəzinə pul paylayanların qurbanı qəbul olunur?

Banka borcu olanların, qurban kəsmək əvəzinə pul paylayanların qurbanı qəbul olunur?"Maddi imkanı, şəraiti olan, iqtisadi vəziyyəti yaxşı, dolanışığı qaydasında olan şəxslər qurban kəssələr, bu, savabdır. Hər bir ailə başçısı öz adından bir qurbanlıq kəsə bilsə, Allah yanında böyük mükafat ala bilər, savab qazanar".

Bu fikirləri Oxu.Az-a Qurban bayramında qurban kəsilməsinin qaydaları haqqında danışarkən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədrinin müavini hacı Fuad Nurullayev deyib. O qeyd edib ki, qurbanlıq xırdabuynuzlu heyvanlardan başlayaraq, iribuynuzlu heyvanlara və dəvəyə qədər yüksələ bilir. Amma xırdabuynuzlu heyvandan aşağı heyvanın qurban kəsilməsi dinimizdə qəbul olunmur:

"Bəzən el arasında deyirlər ki, məsələn, filankəs bir hindtoyuğu, ya da xoruz qurban kəsdi. Bunlar qurbanlıq hesab olunmaz. İmkanı olan insan minimum xırdabuynuzlu heyvandan qurban kəsə bilər. Xırdabuynuzlu heyvan isə hər bir fərd, bir ailə üçün bir qurbanlıq rolunu icra edə bilər. Yəni bir xırdabuynuzlu qurbanlığa kənar insanların da şərik olması qeyri-mümkündür. Bu, şəriətdə qəbul olunmur. Amma iribuynuzlu heyvanların şərikliklə qurban kəsilməsi icazəlidir. Məsələn, bir dana, yaxud bir öküz qurban kəsilirsə, buna bir neçə adam şərik ola bilər. Dinimizdə bildirilir ki, bir qurbanlığa yeddi adamdan çox şərik olmasa, yaxşıdır. Bir neçə adam çox olsa belə, yenə də bu da icazəlidir və bundan yuxarı dəvə kəsilə bilər. Dəvəni bir adam tək, yaxud digərləri ilə şərikli kəsə bilər.

Burada incə məqam da ondan ibarətdir ki, qurban kəsilən heyvanların yaşı gözlənilməlidir. Xırdabuynuzlu heyvanlardan keçi, qoç və qoyun kəsilə bilər. İribuynuzlu heyvan, təbii ki, dana, öküz, cöngə ola bilər. Heyvanın yaşı səkkiz ay - bir il olsa, daha yaxşıdır. İribuynuzlu heyvan mütləq bir ildən yuxarı olmalıdır. İlyarım, iki il olsa, daha yaxşıdır. Qurban kəsilən dəvənin mütləq beş yaşı olmalıdır. Beş yaşdan aşağı dəvələr üçün qurbanlıq icra oluna bilməz".

Qurban kəsməyin həcdə olan insanlar üçün vacib buyurulduğunu vurğulayan Fuad Nurullayev qeyd edib ki, onlar mütləq qurbanı icra etməlidirlər. Hacının sözlərinə görə, buna baxmayaraq, həcdə olmayan insan, öz Vətənində, öz ölkəsində olan adam imkan və şəraiti, niyyəti varsa, qurban kəsə bilər:

"Qurbanlıq əti mütləq üç hissəyə bölünməlidir. Bunun bir hissəsini insan özü, ailəsi istifadə edə bilər. Qalan iki hissəsi mütləq yaxın qohum-əqrəbadan başlayaraq, qonşulara, kənar insanlara, yoxsullara, imkansızlara paylanmalıdır.
Ən çox verilən suallardan biri də odur ki, qurban ətinin, qurbanlığın pulunu bu şəkildə yoxsullara paylamaq olarmı? Yaxud ərzaq alıb, qurbanın dəyəri qədər ərzağı Qurban bayramı günü paylamaq olarmı? Xeyr, dinimiz buna icazə vermir. Bunun da fəlsəfəsi var. Elə ölkələr, yerlər, ailələr var ki, həddindən artıq yoxsulluq içərisindədirlər. Ailələr ilboyu ət alıb, qazanında bişirmək imkanına sahib deyillər. Ehtiyacı olan kasıb ailələr gözləyirlər ki, Qurban bayramında insanlar qurban kəsəcəklər və bizim də qapıya pay gətirəcəklər ki, biz də həmin qurbanlıq ətindən qazanımızda qaynadaq. Qurbanlıq ətindən bişmiş yeməyi süfrəyə qoyarıq və balalarımız da ondan dadarlar. Ona görə birmənalı olaraq islamda qurbanlıq dedikdə mütləq heyvan kəsilməsi qəbul olunur, onu heç bir başqa vasitə ilə əvəz etməyə icazə verilmir".

Din xadimi söyləyib ki, dişi heyvanı qurban kəsmək olar:

"Amma daha çox erkəyə üstünlük verilir. Çünki bir sürüdə bir neçə erkək heyvan varsa, nəsil artırmaq üçün kifayətdir. Amma dişi bala dünyaya gətirir. Ona görə məsləhət görülür ki, qurbanlıqda da erkək heyvanı kəssinlər. Amma dişi heyvanı da qurban kəsmək olar, dini cəhətdən heç bir maneəsi yoxdur.

Kredit borcu olan insanların qurban kəsə bilmələri barədə sual verilir. Adam borcunu vaxtlı-vaxtında ödəyirsə, əlində də əlavə pulu qalırsa, qurban kəsə bilər. Amma kimsə hər ay kredit ödəyir, borcunu vermək üçün əlində pulu qalmırsa, qurban kəsə bilməyəcək. Maddi problemə düşməyən adam qurban kəsə bilər. Qurban kəsmək vacib deyil, müstəhəbdir, savabdır, gözəl işdir. İnsanın maddi durumu normaldırsa, maddi səviyyədə ailəsini, özünü maddi cəhətdən çətin duruma salmayacaqsa, qurban kəsə bilər. Allah hər kəsin qurbanını qəbul etsin!"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1279   Tarix: 26 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video

Ukraynadan İtaliyaya taxıl daşıyan "Royad Məmmədov" yük gəmisinin PUA hücumuna məruz qalmasının anbaan görüntüləri yayılıb. həmin görüntüləri təqdim edir:. Xatırladaq ki, hücum nəticəsində gəminin kapitanı Rüstəm Həsənov həlak olub və aşpaz Məhəmməd Süleymanzadə isə itkin düşüb. Həmçinin on

7 oktyabr
.

Korrupsiya xəbərini verən işçiyə təzyiqin qarşısı necə alınacaq?

Korrupsiya barədə məlumatlara 20 iş günü ərzində baxılacaq. Qaynarinfo-nun məlumatına görə, sözügedən məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan "Korrupsiya ilə əlaqədar hüquqpozmalarl

6 oktyabr
.

İlqar Mustafayevin oğlu məhkəmədə nəyi etiraf etmədi?

Dənizkənarı Bulvar İdarəsində mənimsəmədə təqsirləndirilən İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və "GİRASOL" MMC-nin direktoru Fuad Babayevin məhkəməsinin növbəti iclası keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanı

7 oktyabr
.

Bakıda kirayə evlər bahalaşır: Tələbələr üçün hansı ərazilər münasibdir?

Yeni tədris ilinin başlaması ilə Bakıda kirayə mənzil bazarında ənənəvi mövsümi canlanma müşahidə olunur. Xüsusilə bölgələrdən paytaxta gələn tələbələrin mənzil axtarışlarının artması 1 və 2 otaqlı, metroya və ali təhsil müəssisələrinə yaxın mənzillərə tələbi yüksəldir. Tələbin artması fonunda bəzi ərazilərd

6 oktyabr
.

Aqşin Fatehə ağır itki

Meyxanaçı Aqşin Fatehə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib. Bu haqda Aqşin Fateh özü məlumat yayıb. Allah rəhmət eləsin!

7 oktyabr
.

Bakının bu yollarında hərəkət məhdudlaşdırılacaq

Bakının Binəqədi və Sabunçu rayonlarında yolların təmiri ilə əlaqədar oktyabrın 7-dən nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, təmir işlərinə oktyabrın 7-də saa

7 oktyabr
.

Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA

Əllərin gündəlik gigiyenasında sabundan istifadə vacibdir. Amma seçim qarşısında qaldıqda bir sual ortaya çıxır: mayə əl sabunu daha yaxşıdır, yoxsa bərk sabun? Hansı variant əlləri daha effektiv təmizləyir və gigiyena baxımından daha təhlükəsiz hesab olunur?. Bu iki sabun növü arasında həqiqətən fər

7 oktyabr
.

Məktəb bufeti və toylarda zəhərlənmə halları: İnsanlar özünü necə qoruya bilər? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Məktəb bufetində şagirdlərin, ardınca toy mərasimində onlarla insanın zəhərlənməsi qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Gəncədə məktəb bufetində zəhərlənmə hadisəsindən sonra obyektin fəaliyyəti məhdudlaşdırılıb, Kürdəmir rayonunda isə toy mərasimindən sonra 92 nəfər zəhərlənmə şübhəs

6 oktyabr
.

Bakının altı rayonunda su niyə hələ də verilməyib?

Oktyabrın 6-da Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərinin su təminatında fasilə yaranacağı ilə bağlı məlumat verilib. Suyun verilişini

7 oktyabr