Şoyqu Priqojinin qiyamından sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı - VİDEO
Rusiyanın Müdafiə Nazirliyi qurumun rəhbəri Sergey Şoyqunun "Qərb" qoşun qrupunun "Ön xətdə idarəetmə məntəqəsi"nə baş çəkdiyini əks etdirən video yayıb.
Videonun dəqiq nə vaxt çəkildiyi və səfərin nə vaxt baş verdiyi məlum deyil.
Ancaq bildirilir ki, bu, "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin qiyam qaldırıb sonra da geri qayıtmasından sonra Şoyqunun ictimaiyyət arasında ilk görüntüləridir.
Xatırladaq ki, iyunun 23-də Priqojin Rusiyanın hərbi rəhbərliyini "Vaqner" düşərgələrinə hücumda və döyüşçüləri öldürməkdə günahlandırdı, buna cavab verəcəyini vəd etdi. Müdafiə Nazirliyi bu məlumatı təkzib edərək, təxribat kimi qiymətləndirdi. Ertəsi gün səhər Priqojin Rostovdakı və Voronejdəki hərbi obyektlərə nəzarəti və ÖHŞ döyüşçülərinin Moskvaya getmək niyyətini açıqladı. Amma axşam saatlarında bu planlarından əl çəkdi. Bundan əvvəl Minsk Priqojinin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə danışıqları haqqında məlumat verdi. Bildirildi ki, danışıqlar zamanı ÖHŞ döyüşçüləri üçün təhlükəsizlik zəmanəti ilə razılıq əldə edilib. Kremldən onların məsuliyyətə cəlb edilməyəcəyi, Priqojinə qarşı silahlı qiyamın təşkili ilə bağlı (Cinayət Məcəlləsinin 279-cu maddəsi) cinayət işinə xitam veriləcəyi və onun Belarusa gedə biləcəyi vədi verildi.
Mənbə: Biznes online
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1578 Tarix: 26 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cümə günü ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - 12 saat davam edəcək...
Günəşdə baş verən aktivlik Yer kürəsində maqnit qasırğasına səbəb ola bilər. xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının məlumatına görə, cümə günü Yer kürəsində G1-G2 səviyyəli maqnit qasırğası gözlənilir. Mütəxəssislərin hesablamaların
7 oktyabrİrəvan və Yeni Dehli Pinaka Mk-II raketlərinin istehsalını müzakirə edirlər
Ermənistan və Hindistan Ermənistanda "Pinaka Mk-II" raketlərinin istehsalını və yığılmasını təşkil etmək imkanlarını müzakirə edirlər. xəbər verir ki, bu barədə Hindistanın IDRW hərbi portalı məlumat verib. Qəzetin məlumatına görə, mümkün razılaşma iki ölkə arasında hərbi-sənaye əməkdaşlığınd
7 oktyabrİranda son 9 ayda 70 siyasi məhbus edam edilib
İranda bu ilin yanvar ayından etibarən, son 9 ayda azı 70 siyasi məhbus edam edilib, daha 194 nəfər ölüm cəzasına məhkum olunub. xəbər verir ki, bu barədə İranın insan hüquqları müdafiə təşkilatları bildirib. Hüquq-müdafiə təşkilatlarının və ictimai fəalların məlumatına görə, reallıqda edam edilənləri
6 oktyabrFoto və güzgüdə niyə fərqli görünürük: Hansı görüntü həqiqətə daha yaxındır?
Yəqin ki, hər kəsin başına belə bir vəziyyət gəlib: evdən çıxarkən güzgüyə baxırsan və görünüşünün Olimpiya tanrıları ilə rəqabət apara biləcəyini düşünürsən. Qaynarinfo xəbər verir ki, sonra həmin gün foto çəkdirirsən, şəkilə baxanda isə hər şeyin niyə bu qədər pis göründüyünü anlamayaraq təəccüblənirsən
5 oktyabrİran Hörmüz boğazına nəzarəti tamamilə itirib - Rubio
İran Hörmüz boğazına nəzarəti tam itirib. "Al-Jazeera" telekanalının məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib. Onun sözlərinə görə, İran nüvə proqramı ilə bağlı ABŞ ilə razılaşma əldə etmək üçün yaranmış "bir çox imkanlardan" istifadə edə bilməyib. O, Yunanıstand
7 oktyabrYəməndə müharibə yenidən qızışır
Husilər Səudiyyə Ərəbistanına və Ədən hava limanına raket hücumları həyata keçirdiklərini açıqlayıblar. Reuters-ə istinadən xəbər verir ki, Ər-Riyadda raketin ələ keçirildiyi bildirilir. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]
7 oktyabr76 ilin iqlim rekordu qırıla bilər - "El Nino" ilə bağlı xəbərdarlıq
Tropik Sakit Okeanda təsirini artıran güclü "El Nino" iqlim hadisəsi dəniz səthinin temperaturunu rekord səviyyələrə çatdırıb. Mütəxəssislər qarşıdakı payız və qış aylarında hadisənin "çox güclü" ola biləcəyi barədə xəbərdarlıq edirlər. "El Nino" göstəricilərinin ölçüldüy
7 oktyabr