Toydan sonra hoteldə dünyasını dəyişən Bakı sakini yüksəkvəzifəli məmur imiş - YENİLƏNİB

Toydan sonra hoteldə dünyasını dəyişən Bakı sakini yüksəkvəzifəli məmur imiş - YENİLƏNİBOğuzda hoteldə dünyasını dəyişən şəxs yüksəkvəzifəli məmur imiş.

Bu barədə "Qafqazinfo" yazıb. Qeyd olunub ki, Sübhan Quliyev əvvəllər xüsusi xidmət orqanlarında çalışıb. O, pensiyaya çıxdıqdan sonra, 2020-ci ildə Azərbaycan Dövlət Turizm Agentliyinin sədrinin müşaviri vəzifəsinə təyin edilib və dünənədək həmin vəzifəni icra edirmiş.

İlkin məlumata görə, S.Quliyev yüksək qan təzyiqindən əziyyət çəkirmiş və hadisə də qan təzyiqinin yüksəlməsi səbəbindən baş verib.

10:04
Oğuz rayonunda hoteldə ölüm hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhər ərazisində yerləşən "Səma" hotelində qeydə alınıb.

Belə ki, Bakı şəhəri Yasamal rayon sakini, 1966-cı il təvəllüdlü Sübhan Ağakişi oğlu Quliyev bu gün səhər hoteldə ürək çatışmazlığından vəfat edib.
Məlumata görə, 57 yaşlı S.Quliyev Bakıdan Oğuza toy şənliyində iştirak etmək üçün gedib. Toydan çıxıb hotelə dönüb, burada özünü pis hiss edib. Gecə saatlarında ona təcili tibbi yardım çağırılaraq iynə də vurulub. Bu gün səhər isə hotel əməkdaşları onu otağında ölmüş vəziyyətdə aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 4144   Tarix: 27 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı

Bakıda kişi arvadını ayağından bıçaqlayıb. -a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Lütfi Zadə küçəsində qeydə alınıb. 32 yaşlı Tahir Quliyev (şərti adla) aralarında yaranmış mübahisə zamanı əlindəki bıçaqla arvadının ayağına xəsarət yetirib. Fakt əsasında Tahir polis əməkdaşları tərəfində

3 oktyabr
.

Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi

Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək, zərərçəkən

3 oktyabr
.

SON DƏQİQƏ: Kiyev yaxınlığında azərbaycanlıların olduğu bazara DRON HÜCUMU: Ölən və yaralananlar var

Ukraynanın paytaxtı Kiyev yaxınlığında yerləşən "Stolıçnı" kənd təsərrüfatı bazarı Rusiya ordusunun dron hücumuna məruz qalıb. "Report"a istinadən xəbər verir ki, hücum nəticəsində Azərbaycan vətəndaşı, Kürdəmir rayon sakini, 1978-ci il təvəllüdlü Abbas Abbasov həlak olub. O, bazard

27 sentyabr
.

Qızı ilə çörək almağa gedən ata motosikletin qurbanı oldu - VİDEO

İstanbulun Başakşehir rayonunda 45 yaşlı Mehmet Kartop 12 yaşlı qızı ilə çörək almağa gedərkən motosikletin vurması nəticəsində yaralanıb. Hadisə anı təhlükəsizlik kamerasına düşüb. xarici mediaya istinadla xəbər verir ki, sürətlə hərəkət edən və nömrəsi müəyyənləşdirilməyən motosiklet Kartopa çırpıldıqda

29 sentyabr
.

Gəncədə zəhərlənən şəxslərin adları məlum oldu

Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Faktl

4 oktyabr
.

İnfarkt keçirən kişi yanaraq öldü - Təfərrüat

Bakının Xətai rayonunda köşkdə ölümlə nəticələnən yanğınla bağlı detallar məlum olub. APA-ya istinadən xəbər verir ki, köşkün gözətçisi olan Ağayar Əliyev ürək tutması nəticəsində yanan sobanın üzərinə yıxılıb. Nəticədə köşkdə yanğın baş verib. Gözətçinin yanaraq öldüyü bildirilir. Faktla bağlı Xəta

3 oktyabr
.

Xaçmazda 9 nəfərin xəsarət alması ilə nəticələnən AĞIR QƏZA: Vəziyyətləri açıqlandı - FOTO/VİDEO

Xaçmaz rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti məlum olub. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, xəsarət alan doqquz nəfər (dörd kişi, beş qadın) Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub

28 sentyabr
.

Bakı sakininin maşını Şuşada minaya düşdü

İşğaldan azad edilmiş Şuşa rayonunun Cəmillər kəndi ərazisində 2026-cı il 28 sentyabr tarixində mina partlayışı hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb. Bildirili

28 sentyabr
.

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Lerikdə zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.2, dərinliyi isə 23 km olub

27 sentyabr