Yardıma çağırış: "Bizim uşaqla birlikdə orada müalicə olunan uşaqlardan çoxu artıq həyatda deyil" - FOTO
Bakı şəhər sakini Vəfa Cəfərova onkoloji xəstəlikdən əziyyət çəkən nəvəsinə yardım edilməsini istəyib.
Doqquz yaşlı Ülvi İsmayılov 2020-ci ildən kəskin limfoblastik leykozdan (qan xərçəngi) əziyyət çəkir. Əsas xəstəliklə yanaşı uşaqda bir sıra yan patoloji xəstəliklər də baş qaldırıb. Belə ki, ona Hepatit C diaqnozu qoyulub və davamlı olaraq aparılan müalicə nəticəsində ayaqlarında süstlük əmələ gəlib. Ülvini böyüdən nənəsi və anası 2,5 il ərzində bu xəstəliklə mübarizə aparırlar və onların hazırda maddi imkanları qalmayıb. Uşağa isə yeni reseptləri yazılır və müntəzəm olaraq testlər və prosedurlar tələb olunur.
"Ülvi Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda ağır kimya terapiyası alır. Orada bizim uşaqla müalicə olunan uşaqların bir çoxu artıq həyatda deyil... O, bizim yeganə övladımızdır, qızımla mən onun həyatı üçün mübarizə aparırıq. Amma hazırda maliyyə vəziyyətimiz olduqca çətinləşib. Elmi-tədqiqat institutunda müalicənin pulsuz olmasına (dövlət hesabına) baxmayaraq, biz müxtəlif növ analizlərə külli miqdarda pul xərcləmişik, məsələn, təkcə genetik analizə 450 manat vermişik.
Bundan əlavə, uşağın qəbul etdiyi çox sayda dərmanlar onun ayaqlarında süstlük əmələ gətirməyə başlayıb. Daim yıxılır, ayaqları heç tutmur.
Ülvi qanköçürmə zamanı yoluxduğu Hepatit C xəstəliyindən əziyyət çəkdiyi üçün qaraciyərin müayinə və müalicəsi artıq onun şəxsi hesabına başqa klinikalarda aparılır. Ülviyə sağalmaq üçün bahalı dərmanlar yazılır. Həmçinin ona ayaqlarının funksiyasını bərpa etmək üçün masaja getməsi tövsiyə olunur.
Biz ən azı 3 min manat toplamalıyıq ki, Ülvinin vəziyyəti bir az stabilləşsin. Belə olan halda o, xərçənglə mübarizəni davam etdirə biləcək", - deyə Vəfa Cəfərova bildirib.




Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1935 Tarix: 28 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
AzTV 1 milyon manatlıq nə alır?
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti tərəfindən televiziya avadanlıqları və onların ehtiyat hissələrinin satın alınması ilə bağlı tender elan edilib. -ın əldə etdiyi məlumata görə, tenderin ehtimal olunan qiyməti 1 milyon 188 min manat təşkil edir. Satınalma çərçivəsind
6 oktyabrSabahın hava proqnozu açıqlandı
Bakıda və Abşeron yarımadasında oktyabrın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var
7 oktyabr"Müəllimlərin maaşı mənim dövrümə nisbətən artıb" - Misir Mərdanov
"Elə bir ölkə yoxdur ki, onun təhsil sahəsində problemi olmasın. Mən işləyən dövrdə də olub, bu gün də var, gələcəkdə də olacaq. Ancaq fikrimcə, təhsildə ən ciddi problemlərdən biri müəllimlərin əməkhaqqı məsələsi idi". Qaynarinfo xəbər verir ki, bu barədə AZƏRTAC-a müsahibəsində keçmiş təhsi
6 oktyabrTələbənin ölümünə səbəb olan sürücüyə cəza verildi - Təfərrüat
Abşeron rayonunda tələbənin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Yaqub Məmmədovun (soyad şərtidir - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. -a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökm
6 oktyabrFərdi ev tikənlərə XƏBƏRDARLIQ: Bu səhvlər faciəyə səbəb ola bilər
Fərdi yaşayış evlərinin tikintisi zamanı təhlükəsizlik qaydalarına əməl olunmaması həm tikinti prosesində işçilərin həyat və sağlamlığı üçün, həm də sonradan evdə yaşayan insanların təhlükəsizliyi üçün ciddi risklər yarada bilər. Xüsusilə bünövrə və daşıyıcı konstruksiyaların düzgün qurulmaması, elektri
7 oktyabrBakıda yeni dəmir yolu tıxacları azaldacaq? - Ekspertdən AÇIQLAMA
Bakıda yeni dəmir yolu xəttinin tikintisi şəhərdaxili sərnişindaşıma imkanlarının genişləndirilməsi və nəqliyyat yükünün daha səmərəli bölüşdürülməsi baxımından əhəmiyyətli ola bilər. Sərnişinlərin şəxsi avtomobillərdən dəmir yoluna keçidinin artması şəhərin əsas yollarında nəqliyyat sıxlığının azalmasın
6 oktyabrPensiyalar bu tarixdə ödəniləcək
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının oktyabrın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətləri
7 oktyabrBDYPİ-dən sürücülərə XƏBƏRDARLIQ
Respublika ərazisində keçirilən "Təmiz hava" aylığı çərçivəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarət tədbirləri davam etdirilir. Bu barədə -a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, tədbir zamanı nəqliyyat vasitələrinin texnik
6 oktyabrNigar Camal heyvanlara zülm edənlərə dair: "Cəzalar artırılmalıdır"
Nigar Camal heyvanlara qarşı amansız rəftara görə tətbiq olunan cəzaların sərtləşdirilməsini tələb edib. "Yeni Sabah" xəbər verir ki, o, hamilə itin öldürülməsi ilə bağlı paylaşımında cərimələrin ən azı 3-5 dəfə artırılmalı olduğunu vurğulayıb. Müğənni qeyd edib ki, itin bətnində ən azı 6 bal
6 oktyabr