Sel fəlakətindən sonra İsmayıllıda vəziyyət necədir? - AÇIQLAMA
Ötən gün gələn sel İsmayıllı rayonunun Cülyan kəndinə ciddi ziyan vurub. Sel suları İsmayıllıda Lahıc yolunu dağıdıb və qəsəbənin İsmayıllı rayonu ilə əlaqəsi kəsilib.
Sel suları ilə bağlı sosial şəbəkələrdə müxtəlif videolar paylaşılıb. Hazırda İsmayıllı-Lahıc yoluna tökülən qaya parçaları təmizlənərək hərəkət bərpa olunub.
Vətəndaşlar sel sularının ətrafdakı istirahət mərkəzlərinə, nəqliyyat vasitələrinə və çay kənarındakı yaşayış evlərinə ziyan vurduqlarını yazıblar.
Sel sularının İsmayıllı rayonuna, xüsusilə Cülyan kəndinə vurduğu zərərlə bağlı dəqiq məlumat əldə etmək üçün İsmayıllı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
İsmayıllı Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə İş Şöbəsinin müdiri Namiq Kərimov məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, ötən gün yağan güclü yağışlar rayonun bir sıra kəndlərində müxtəlif fəsadlara yaradıb:
"Çayda suyun səviyyəsinin artması nəticəsində gələn sel suları Cülyan kəndində də fəsadlar törədib. Kənddə Bakıdan istirahət üçün gələn sakinin "Mercedes" markalı nəqliyyat vasitəsini sel aparıb. Maşında elə ciddi ziyan olmayıb, su olduğu yerdən 200 metr irəliyə aparıb. Eləcə də bir sıra su xətlərində problem yaranıb. Kəskin hava şəraiti ilə bağlı ötən gün heç bir addım atmaq mümkün deyildi. Hazırda yaranmış problemlərin həlli istiqamətində müvafiq tədbirlər görülür.
Cülyanla yanaşı, Köhnədaxar kəndində də yolda problemlər olmuşdu. Artıq ərazidə çalışan texnikalar nəqliyyatın hərəkətində yaranmış maneələri tam aradan qaldırıb. Başqa ərazilərdə hər şey qaydasındadır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1660 Tarix: 01 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda yeni dəmir yolu tıxacları azaldacaq? - Ekspertdən AÇIQLAMA
Bakıda yeni dəmir yolu xəttinin tikintisi şəhərdaxili sərnişindaşıma imkanlarının genişləndirilməsi və nəqliyyat yükünün daha səmərəli bölüşdürülməsi baxımından əhəmiyyətli ola bilər. Sərnişinlərin şəxsi avtomobillərdən dəmir yoluna keçidinin artması şəhərin əsas yollarında nəqliyyat sıxlığının azalmasın
6 oktyabrKimlərin kredit borcu SİLİNƏ BİLƏR? - Ekspertdən AÇIQLAMA
Kredit borcunun silinməsi ilə bağlı müxtəlif hallar mövcud olsa da, borcalanın sadəcə maddi çətinlik yaşaması borcun avtomatik olaraq ləğv edilməsi üçün əsas sayılmır. Borcalanın vəfat etməsi, kreditin sığortalanması, bankın borcu bağışlaması, dövlət tərəfindən xüsusi qərarın qəbul edilməsi, iddia müddətini
5 oktyabrSürücülər üçün sığorta haqları ARTACAQ? - Ekspertdən AÇIQLAMA
Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin icbari sığortası üzrə yığımların 10,7 faiz, sığorta ödənişlərinin isə 20,2 faiz artması avtomobil sığortası bazarında ödənişlərin daha sürətli yüksəldiyini göstərir. Ödənişlərin yığımlardan daha sürətlə artması sığorta şirkətlərinin maliyyə yükünə və gələcəkd
5 oktyabrPakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana qayıdıb
"Pakistanda üç nəfərin təcavüzünə məruz qalan azərbaycanlı Diana Bağıyeva nəhayət Pakistanı tərk edib və polisin müşayiəti altında Bakıya yola düşüb. xəbər verir ki, bu barədə "Daily Pakistan" nəşri yazıb. Qeyd edilib ki, Diana Bağıyevanın oktyabrın 3-də Bakıya yola salınması planlaşdırılıb
5 oktyabrQeysəriyyə əməliyyatından sonra qadının ölməsi ilə bağlı yeni detallar
Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişən Zərdab rayon sakini, 31 yaşlı Səkinə Yusifovanın ölümü ilə bağlı bəzi detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, S.Yusifova kor bağırsağında olan problemdən əziyyət çəkib. İlk övladı dünyaya gələn zaman həkimi ikinci doğuşun həyat
6 oktyabrSabah intensiv yağış yağacaq
Bakıda və Abşeron yarımadasında oktyabrın 6-dan 7-nə keçən gecə və səhər saatlarında yağışın intensivləşəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, bəzi yerlərdə qısamüddətə güclü olacağı ehtimalı var. Günün ikinci yarısından yağış tədricə
6 oktyabrXalq artisti evdə yıxılıb xəsarət aldı
Xalq artisti, aparıcı Ofeliya Sənani ötən gün xəstəxanalıq olub. axşam.az-a istinadən xəbər verir ki, aparıcı evində yıxılıb. Hadisə ilə bağlı təcili tibbi yardım çağırılıb. Yıxılma nəticəsində O. Sənaninin ayağı zədələnib. Hazırda vəziyyətinin yaxşı olduğu bildirilir. Qeyd edək ki, Ofeliya Sənani dah
6 oktyabr