Kimlər ali məktəblərə müsabiqədənkənar qəbul olunurlar?
Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarına uyğun olaraq, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.
Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri dedikdə, aşağıdakı şəxslər nəzərdə tutulur:
- beynəlxalq fənn olimpiadasının qızıl, gümüş və ya bürünc medalı ilə təltif olunmuş şəxslər;
- IX-XI sinif şagirdləri arasında keçirilən respublika fənn olimpiadasında birinci, ikinci və üçüncü yer tutmuş şəxslər;
- beynəlxalq müsabiqənin və ya yarışın (15 yaşdan yuxarı yaş qrupunda) laureatı olmuş (ali mükafat, birinci, ikinci və üçüncü yerlər) şəxslər.
Beynəlxalq və respublika fənn olimpiadasının qalibinin tam orta təhsil səviyyəsini bitirdikdən sonrakı növbəti iki tədris ili üçün, beynəlxalq müsabiqənin və ya yarışın qalibi isə tam orta təhsil səviyyəsini bitirməklə qalibiyyət əldə etdikdən sonrakı növbəti beş tədris ili üçün ali təhsil müəssisəsinə tələbə qəbulunda yalnız bir dəfə müsabiqədənkənar qəbul olunmaq hüququ var.
Müsabiqədənkənar qəbulun aparıldığı ixtisaslar, beynəlxalq və respublika fənn olimpiadalarının siyahısı, beynəlxalq müsabiqələrin və yarışların siyahısı Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarında əks olunub.
Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri (indiyədək müvafiq sənədlərini DİM-ə təqdim etməyənlər) 3 – 21 iyul 2023-cü il tarixlərində aşağıda göstərilən sənədlərin fotosurətlərini Dövlət İmtahan Mərkəzinə (Bakı ş., akad.H.Əliyev küç. 299) və ya onlayn qaydada ([email protected] poçtuna mövzu hissəsinə "müsabiqədənkənar qəbul" yazmaqla) təqdim etməlidirlər:
- ümumi qaydada təsdiq olunmuş "Abituriyent elektron ərizəsi" formasının surəti;
- beynəlxalq fənn olimpiadasının, yaxud respublika fənn olimpiadasının, beynəlxalq müsabiqənin və ya yarışın qalibi olduğunu təsdiq edən sənədin fotosurəti;
- müvafiq tədbirin keçirildiyi ölkə, tarix və nəticələrin əks olunduğu rəsmi sayt barədə məlumat.
Mərkəz göstərilən sənədlərin həqiqiliyini və onu təqdim edən şəxsə məxsus olmasını həmin olimpiadaların, müsabiqələrin və yarışların keçirildiyi ölkənin müvafiq qurumlarının və ya onları təşkil edən qurumların (o cümlədən, beynəlxalq qurumların) olimpiadaların, müsabiqələrin və yarışların qaliblərinə dair məlumat bazası üzərindən yoxlamaq hüququna malikdir.
Beynəlxalq fənn olimpiadasının, beynəlxalq müsabiqə və yarışın qalibi olan Azərbaycan Respublikasının vətəndaşı yuxarıda qeyd olunan sənədlərin fotosurəti ilə yanaşı, həmin sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini də Mərkəzə göndərməlidirlər.
Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmaq istəyənlər yuxarıda göstərilən sənədlərlə yanaşı, Tələbə Qəbulu Qaydalarının 2.3-cü bəndinə əsasən, həmin təhsil müəssisəsində yaradılmış Sənəd Qəbulu Komissiyasına sağlamlıq və fiziki vəziyyətləri haqqında arayış, tərcümeyi-hal və həmin təhsil müəssisəsinin Nizamnaməsində nəzərdə tutulmuş digər məlumatları təqdim etməlidirlər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Maaş və pensiyalar ARTIR: Əhalinin alıcılıq qabiliyyəti necə dəyişəcək? - Ekspertdən AÇIQLAMA
Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi
Kimlərin kredit borcu SİLİNƏ BİLƏR? - Ekspertdən AÇIQLAMA
Alim Qasımovun meneceri Pünhan Piriyevə cavab verdi: "Bunu ona yaraşdırmadım"
Azərbaycanda qızıl kəskin bahalaşdı
Müəllim olmaq ÇƏTİNLƏŞİR: "Artıq təkcə bilik yox, dünyagörüşü də yoxlanılır"
Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək
Bakıda yeni dəmir yolu tıxacları azaldacaq? - Ekspertdən AÇIQLAMA
Bakıda tanınmış restoranda biabırçılıq
Tarixin ən böyük avtomobil tıxacı 12 gün davam edib: Harada baş verib?
Xalq artisti evdə yıxılıb xəsarət aldı
"WhatsApp"da yeni funksiya
Ramil Usubovun kürəkəni vəfat edib - Foto
"Neptun"dakı endirim narazılıq yaratdı - Foto