Bu kəndlərin suyunu "Azərsu" yox, eşşəklər təmin edir - VİDEO
Yardımlının Separadi kəndində insanları suyu hələ də ulaqla daşıyırlar.
Qaynarinfo-nun məlumatına görə, kənd sakinləri bu barədə sosial şəbəkələrdə də video müraciət paylaşıblar.
Onların yay gəldikdən sonra kənddə içməli su qıtlığının olduğunu dilə gətiriblər.
Sakinlər "Azərsu"nun vəzifəli şəxslərindən kəndi nəzarətə götürməyi, ən azından artizan quyuları ilə su təminatına şərait yaradılmasını tələb ediblər.
Ətraflı
Kənd sakinlərindən biri bildirir ki, demək olar bütün günü ulaqlarla su daşımaqla məşğuldurlar: "Bizi illərdir aldadırlar ki, su çəkiləcək. Su boruları çəkilib. Amma 5 ildən artıqdır ki, borularından su gəlmir. Dəfələrlə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhimdar Cəmiyyətinin keçmiş sədri Asif Əsgərovun qardaşı, Yardımlı rayonun icra başçısı Ayaz Əsgərova və digər dövlət qurumlarına müraciət ünvanlasaq da, şikayətimizə baxan olamayıb. Bizi isə yola verirlər. Su sahəsinə cavabdeh qurumlar isə hələ də bu cür kəndlərin su təminatı ilə bağlı hər hansı işlər görməyə cəhd etmirlər".
Sosial şəbələlərdə həmçinin bildirilib ki, Tovuz rayonun Ağacqala kəndində də bu cür vəziyyət höküm sürür.
Qaynarinfo problemlə bağlı Yardımlı rayon İcra Hakimiyyətinə müraciət edib. Qurumdan bu barədə məlumat veriləcəyi bildirilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1629 Tarix: 03 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana qayıdıb
"Pakistanda üç nəfərin təcavüzünə məruz qalan azərbaycanlı Diana Bağıyeva nəhayət Pakistanı tərk edib və polisin müşayiəti altında Bakıya yola düşüb. xəbər verir ki, bu barədə "Daily Pakistan" nəşri yazıb. Qeyd edilib ki, Diana Bağıyevanın oktyabrın 3-də Bakıya yola salınması planlaşdırılıb
5 oktyabrSabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırıb
Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırıb. -a istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib. Rayon sakini olan 17 yaşlı yeniyetmə 14 yaşlı qızı evlənmək məqsədi ilə qaçırıb. Oktyabrın 1-də bu barədə Sabirabad Rayon Polis Şöbəsinə məlumat daxil olub. Daxil olan müraciət üzrə onla
6 oktyabrBakıda iti pəncərədən atan şəxsə - 25 sutka verildi
Paytaxtın Qaradağ rayonunda itə qarşı zorakılıq edən şəxs məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, heyvanla rəhmsiz rəftar etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılan Ağakişiyev soyadlı şəxs 25 sutka inzibati qaydada həbs olunub. Qeyd edək ki, yayıla
5 oktyabrAzərbaycan Universitetinin dərs otağına yağış suları damıb
"Kiçik tutumlu auditoriyalardan birində su sızması olub". Bu barədə -in sorğusuna cavab olaraq Azərbaycan Universitetinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, aidiyyəti şöbə tərəfindən həmin auditoriyaya baxış keçirilib və yaranmış vəziyyətlə bağlı tədbirlər görülür:. "Videoda
6 oktyabrOmbudsmanın maaşı artırıldı - Prezident təsdiqlədi
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu təsdiq edib. bu barədə -a istinadən xəbər verir. Azərbaycan Respublikas
6 oktyabrMaaş və pensiyalar artacaq: Qiymətlər də bahalaşa bilər? - Ekspertdən AÇIQLAMA
Gələn il maaş və pensiyaların artırılması əhalinin gəlirlərinin yüksəlməsinə və alıcılıq qabiliyyətinin yaxşılaşmasına şərait yarada bilər. Bununla yanaşı, əhalinin gəlirlərinin artması istehlak tələbinin yüksəlməsinə səbəb olmaqla, təklifin tələbi tam qarşılamadığı halda bəzi məhsul və xidmətlərin qiymətlərin
6 oktyabr