"Caspian Motor-Show" avtomobil sərgisi baş tutacaq - FOTO
28-30 iyul 2023-ci il tarixində növbəti "Caspian Motor-Show" avtomobil sərgisi baş tutacaq.
Bu barədə Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) rəsmi internet saytında məlumat yayılıb.
Xatırladaq ki, ölkədə yeganə avtomobil sərgisini ənənəvi olaraq bu ictimai birlik həyata keçirir.
Ümumiyyətlə, "Caspian Motor-Show" unikal sərgidir. Adətən bu tədbir açıq havada: dəniz kənarında və ya dağlıq regionlarda, bir sözlə, istirahət məkanlarında keçirilir. 2003-cü ildən başlayaraq Nabran istirahət zonasında, Qəbələ və Şəki şəhərlərində və əlbəttə, Abşeron çimərliklərində dəfələrlə ən yeni modellərdən ibarət ekspozisiyalar qurulub. Cari ildən başlayaraq, avtoşounun "Sea Breeze Resort" kompleksində təşkil olunması barədə razılıq əldə olunub.
AADA İdarə Heyətinin sədri Natiq Zərbəliyev tədbirlə əlaqədar bunları deyib:
"Caspian Motor-Show 2023" çərçivəsində "TEZ: Təhlükəsizlik, Ekologiya, Zövq" mövzusunda konfransın baş tutacağı da planlaşdırılıb. Konfransda avtomobil, bank, sığorta sektorlarının nümayəndələri ölkədə avtomobil parkının yenilənməsi, yollarda hərəkətin təhlükəsizliyi, ekologiya mövzusunda müzakirələr aparacaq. Bu foruma Nazirlər Kabinetindən, müxtəlif dövlət qurumlarından, Milli Məclisdən, qeyri-hökumət təşkilatlarından, kütləvi informasiya vasitələrindən nümayəndələr dəvət olunacaqlar.
Adətən AADA-nın təşkil etdiyi avtoşoularda yalnız rəsmi avtomobil idxalçıları, distribütor və dilerlər iştirak edir. Sərgi günlərində bir çox yeni modellərin rəsmi premyerası baş tutacaq. Sərgidə eləcə də avtomobil ehtiyat hissələri, aksesuarlar, avtokosmetika, moto-velo texnika, avtomobil klubları, tüninq studiyaları və s. nümayiş etdirilə bilər. Builki avtoşou bir neçə özəlliyi ilə də seçiləcək. Əvvəla, elektrik avtomobillər üçün xüsusi ekozona ayrılacaq. Bundan əlavə avtomobil aşiqləri üçün yeni modelləri test-drayv etmək imkanı yaradılacaq.
"Caspian Motor-Show 2023" çərçivəsində tamaşaçıları maraqlı əyləncə proqramı, müxtəlif uduşlu yarışlar, müsabiqələr də gözləyir. Populyar pop-rok ulduzların iştirakı ilə konsert proqramları və diskotekalar, "Miss Avto" gözəllik müsabiqəsi və bir sıra sürprizlər də gözlənilir. Bu avtomobil bayramında iştirak etmək üçün partnyorları dəvət edirik.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Maaş və pensiyalar ARTIR: Əhalinin alıcılıq qabiliyyəti necə dəyişəcək? - Ekspertdən AÇIQLAMA
Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi
Kimlərin kredit borcu SİLİNƏ BİLƏR? - Ekspertdən AÇIQLAMA
Alim Qasımovun meneceri Pünhan Piriyevə cavab verdi: "Bunu ona yaraşdırmadım"
Azərbaycanda qızıl kəskin bahalaşdı
Müəllim olmaq ÇƏTİNLƏŞİR: "Artıq təkcə bilik yox, dünyagörüşü də yoxlanılır"
Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək
Bakıda yeni dəmir yolu tıxacları azaldacaq? - Ekspertdən AÇIQLAMA
Bakıda tanınmış restoranda biabırçılıq
Tarixin ən böyük avtomobil tıxacı 12 gün davam edib: Harada baş verib?
Xalq artisti evdə yıxılıb xəsarət aldı
"WhatsApp"da yeni funksiya
Ramil Usubovun kürəkəni vəfat edib - Foto
"Neptun"dakı endirim narazılıq yaratdı - Foto