Türkiyə və Azərbaycan hava məkanlarını birgə qoruyacaqlar: Bizi təhdid edənlər bir daha düşünəcəklər

Türkiyə və Azərbaycan hava məkanlarını birgə qoruyacaqlar: Bizi təhdid edənlər bir daha düşünəcəklərTürkiyə və Azərbaycan hava məkanlarının vahid sistem ilə mühafizəsini təmin etmək qərarına gəlib. Bunun üçün yeni layihəyə start verilib. Ekspertlər bu addımın iki ölkənin hərbi inteqrasiyasını daha da sürətləndirəcəyi qənaətindədir.

Türkiyə və Azərbaycan ortaq "HAKİM" Hava Komandanlıq İdarəetmə Sistemi layihəsini reallaşdırır. Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi Haluk Görgün deyib ki, bu layihə ilə hər iki ölkənin hərbi-hava qüvvələri birgə əməliyyatlar həyata keçirmək, eləcə də Azərbaycan hava məkanına nəzarət etmək imkanı əldə edir.

Haluk Görgün onu da vurğulayıb ki, bu layihə tam reallaşdıqda, birgə hava məkanına nəzarət zonası Egey dənizindən Xəzər hövzəsinə qədər ərazini əhatə edəcək. Regionda baş verənlər fonunda bu layihənin siyasi və hərbi əhəmiyyəti nədən ibarətdir? "HAKİM" bölgədə Azərbaycana hansı hərbi-strateji üstünlüyü təmin edəcək? Regiondakı digər ölkələrin bu layihəyə münasibəti necə olacaq?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Ölkəmizin siyasi mövqeyini gücləndirəcək

Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elşad Mirbəşir bildirdi ki, Azərbaycanla Türkiyənin birgə "HAKİM" Hava Komandanlıq İdarəetmə Sistemini yaratması regionda yeni reallıq formalaşdıracaq: "Ümumiyyətlə, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq dinamik inkişaf edən sahələrdəndir. Xüsusi vurğulamaq lazımdır ki, 2007-ci ildən başlayaraq Azərbaycanla Türkiyə yüksək səviyyəli hərbi məsləhətləşmələr keçirməkdədirlər və bu, çox əhəmiyyətlidir. 2013-cü ildən başlayaraq iki ölkə birgə hərbi təlimlər keçirir. Hava komandanlıq idarəetmə sisteminin yaradılması isə Azərbaycanın müdafiə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək. Bu, Azərbaycanın siyasi gücünə və mövqelərinə də müsbət təsir göstərəcək. İndiki halda Azərbaycan-Türkiyə birliyi Cənubi Qafqazda çox təsirli amildir. Bu birliyi möhkəmləndirən istənilən yeni element təbii ki, ölkəmiz üçün olduqca əhəmiyyətlidir. Çünki Cənubi Qafqaz regionu özünün yüksək münaqişə potensialı ilə səciyyələnir. Bu regionda tarix boyu vahid təhlükəsizlik sisteminin qurulması istiqamətində cəhdlər edilib. Lakin bir nəticə əldə olunmayıb. Bu baxımdan Azərbaycanla Türkiyənin hava komandanlıq idarəetmə sistemi layihəsinin həyata keçirilməsi Cənubi Qafqazda ümumi təhlükəsizlik mühitinə də çox müsbət təsir göstərəcək".

NATO standartlarının tətbiqi imkanları genişlənib
Müdafiə Nazirliyinin Raket-Artilleriya Silahları xidmətinin sabiq rəisi Əhəd Əzizov bildirdi ki, layihənin həyata keçirilməsi ilə hər iki ölkənin Hərbi Hava Qüvvələri (HHQ) birgə əməliyyatlar həyata keçirmək, eləcə də Türkiyənin hava məkanı ilə yanaşı, Azərbaycan hava məkanına da nəzarət etmək imkanı əldə edir: "Artıq heç kimə sirr deyil ki, Azərbaycan və Türkiyə hərbi əməkdaşlığını sürətlə inkişaf etdirir. Bu əməkdaşlığın nəticəsi olaraq, Azərbaycan Ordusunun Türkiyə modelinə keçidinin növbəti mərhələsi baş tutub. Eyni zamanda, bununla ordumuzda NATO standartlarının tətbiqi imkanları genişlənib. Bu layihə tam həyata keçirildikdə, birgə hava məkanına nəzarət zonası Egey dənizindən Xəzər dənizinə qədər uzanacaq. İki ölkənin hərbi hava qüvvələri eyni şəkildə hərəkət edə biləcək. Modul və genişləndirilə bilən arxitektura sayəsində "HAKİM" mövcud və ya gələcəkdə daxil edilməsi planlaşdırılan yeni sistemlərlə tam uyğunluqda işləyə biləcək".

Bizi təhdid edənlər bir daha düşünəcək

Hərbi ekspert vurğuladı ki, bu sistem ölkəmizin hava məkanını ikiqat nəzarətdə saxlama imkanını təmin edir: "Bu, dost olmayan dövlətlərin siyasi və hərbi rəhbərliyini ölkəmizə qarşı təhdid xarakterli fikirlər söylədiyi zaman bir daha düşünməyə vadar edən amildir. İranla Azərbaycan arasında Xəzər dənizində yaranan mübahisə zamanı dövlətimizə qarşı yönələn təhdidlərin və təxribatların qarşısını almaq məqsədi ilə türkiyəli pilotlar 2001-ci ildə Bakı səmasında uçuşlar həyata keçirdilər. Məhz bu uçuşlardan sonra bizə qarşı təhdidlərə son qoyuldu. Bu fakt onu göstərir ki, hava məkanımızın birgə qorunması tək hərbi deyil, həm də siyasi güc nümayişidir. "HAKİM" sisteminin hərbi əhəmiyyəti isə adından göründüyü kimi hava məkanına hakim olmaqdır. Bu sistem Azərbaycan və Türkiyə HHQ-nə öz hərəkətlərini əlaqələndirməyə və vahid şəkildə hərəkət etməyə imkan verəcək. Eyni zamanda, istənilən təhdid barədə vaxtında xəbərdar olmağa, aşkar olunan təhlükələrin dərhal zərərsizləşdirilməsinə şərait yaradacaq".

Gürcüstan da "HAKİM"ə qoşulacaq?

Ə.Əzizov qeyd etdi ki, 1995-ci il fevralın 10-da Alma-Atıda imzalanmış saziş əsasında Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Birgə HHM Birliyi yaradılıb: "Azərbaycan, Gürcüstan və Moldova bu birliyə daxil deyil. Vahid regional HHM sistemlərinin yaradılması istiqamətində daim iş aparılır. Bundan irəli gələrək, 2013-cü ildə Rusiya Qazaxıstanla, 2015-ci ildə Ermənistanla, 2016-cı ildə Belarusla, 2021-ci ildə Tacikistan və 2023-cü ildə Qırğızıstanla ayrıca olaraq HHM sistemlərini birləşdirmək haqqında saziş imzalayıb. Yəni, Azərbaycanın ətrafinda olan qonşu ölkələr, İran və Gürcüstan istisna olmaqla, artıq vahid HHM sistemində birləşib. Hazırda MDB ölkələri hava-kosmik müdafiə problemlərini həll etmək üçün vahid hava hücumundan müdafiə sisteminin mövcud təhdidlərə uyğunlaşdırılmasını həyata keçirirlər. Bölgədə daha çox marağı olan və daim təhdid dili ilə danışan İran bundan sonra həm siyasi, həm də hərbi addımını atmamışdan öncə dərindən düşünməli olacaq. Çünki bundan sonra qarşısında tək Azərbaycanı deyil, həm də onun müttəfiqi və qardaşı olan Türkiyəni görəcək. Bu layihə Rusiya-Ermənistan birliyinin, İranın təhdidlərinə layiqli cavab verməyi təmin edəcək".

Regiondakı digər ölkələrin bu layihəyə münasibəti məsələsinə toxunan hərbi ekspert dedi ki, heç bir ölkə qonşuluğunda olan ölkənin özündən güclü olmasını istəmir: "O cümlədən, ətrafımızda olan və tarixən bizə qarşı məkrli siyasət aparan Rusiya, İran və Ermənistanın bu layihənin həyata keçirilməsinə münasibəti mənfidir. Gürcüstana gəlincə, o, həm Azərbaycanla, həm də Türkiyə ilə ikitərəfli-üçtərəfli hərbi əməkdaşlığın inkişafında maraqlıdır".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1759   Tarix: 08 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr