Qırğızıstanın müdafiə naziri Azərbaycanda komando hərbi hissəsində olub
Qırğız Respublikasının müdafiə naziri general-leytenant Baktıbek Bekbolotovun rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət edib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hərbi institutun ərazisində ucaldılmış abidəsi və Vətən Müharibəsində şəhid olmuş hərbi qulluqçularımızın xatirəsinə salınmış abidə kompleksi ziyarət olunub, önünə gül dəstələri qoyulub.
Nümayəndə heyəti hərbi institutun qərargahında fəxri qonaqlar üçün xatirə kitabına ürək sözlərini yazıb.
Heydər Əliyev adına Hərbi İnstitutun rektoru general-mayor Fizuli Salahov qonaqlara Azərbaycan Ordusunda hərbi təhsil sahəsində aparılan islahatlar, bu istiqamətdə icra olunan tədbirlər barədə məlumat verib.
Hərbi institutun tarixi və əsas fəaliyyət istiqamətləri barədə brifinq təqdim edilib.
Qonaqlar hərbi institutun ərazisindəki Heydər Əliyev İdeoloji Mərkəzi ilə tanış olublar.
Sonra hərbi institutda təhsil alan qırğız kursantlarla görüş keçirilib. Qonaqlar burada şəxsi heyət üçün yaradılan şərait və tədris prosesi ilə tanış olublar.
Daha sonra Qırğızıstan nümayəndə heyəti Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində olub. Burada qonaqlara hərbi hissə haqqında məlumat verilib və videoçarx nümayiş etdirilib.
Qırğızıstanlı nümayəndələr hərbi hissədə komandolar üçün yaradılan şəraitlə tanış olub. Hərbi hissənin istifadəsində olan silah və döyüş texnikası təqdim olunub.
Sonra qonaqlar komandoların nümunəvi məşqlərini izləyiblər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb