Ağcaqanad əleyhinə dərmanların bir çox fəsadları var - MÜTƏXƏSSİS RƏYİ

Ağcaqanad əleyhinə dərmanların bir çox fəsadları var - MÜTƏXƏSSİS RƏYİAğcaqanadlardan qorunmaq üçün fərqli maddələrdən istifadə olunur. Bu vasitələr əsasən 2 qismə bölünür. Birincisi yağlar, krem şəklində olan maddələr və spreylərdir. Hansı ki, dərinin açıq nahiyələrinə tətbiq edilir. İkincisi isə elektriklə işləyən cihazlardır.

Yayın gəlişi ilə hər il evimizə "sevimli" qonaqlarımız kimi ağcaqanadlar da təşrif buyururlar. İnsanlar onlardan qurtulmaq üçün fərqli üsullardan istifadə edir. Bu yollardan biri də dərmanlardır. Həm sprey, sulu aparat formasında, həm də yandırmaq üçün tabletə bənzəyən bu dərmanlar bizi ağcaqanadlardan qoruyur. Bəs əslində bu dərmanlar xilaskarımızdır, yoxsa sağlığımız üçün zərərli?

"Kaspi" qəzeti növbəti məqaləsində bu və digər suallara cavab axtarmağa çalışıb.

Müharibələrdə də istifadə olunub

Allerqoloq Aytəkin Həsənzadə dedi ki, ağcaqanad dərmanları müxtəlif formalarda istifadə olunur: "Ağcaqanadları məhv etmək üçün istifadə olunan dərman vasitələrinin tərkibi formalarından asılı olmayaraq trietilamin tillomed adlanan kimyəvi molekullardan ibarətdir. Hansı ki, bu tərkibli dərmanlardan daha çox kənd təsərrüfatında zərərverici həşəratları məhv etmək üçün tətbiq edilir. Zərərli təsirləri çoxdur. Hətta bu maddədən müharibələrdə də istifadə olunub. Zərərli təsirləri müharibə bitdikdən sonra aşkarlanıb. Ona görə də, "Körfəz savaşı qalıntısı" əlamətləri kimi ədəbiyyatlarda qeyd edilir".

Dəri qıcıqlanması, kontakt dermatit, övrə...

A.Həsənzadə bildirdi ki, bu dərmanların otaqdakı təsiri günlərlə qalır: "Əlavə təsirlərə gəldikdə, həmin maddələr ilk olaraq tənəffüs yollarında qıcıqlandırıcı təsirə malikdir. Uzun müddət istifadə etdikdə hətta kanserogen təsir də göstərə bilər. Eyni zamanda, çox uzun müddət istifadə etdikdə insanlarda baş ağrıları, yuxusuzluq, halsızlıq, yaddaş pozuntusu əlamətləri müşahidə olunur. Dəriyə sprey formasında tətbiq edilənlərin də tərkibində eyni adlı maddə var. Bu maddə dəri qıcıqlanması, kontakt dermatit, övrə və s. yarada bilər. Bəzən insanlar fikirləşirlər ki, "dərmanı yandırım, bir müddət otaqda olan ağcaqanadlar ölsün, sonra pəncərəni açıb otağın havasını 1-2 saat dəyişərəm". Əslində 1-2 saat, hətta bütün gün ərzində otağı havalandırmaq belə, bu maddələrin təsirinin azalmasına şərait yaratmır. Yəni, zərərli havanın çox az bir hissəsi otaqdan təmizlənir".
Ən yaxşı qorunma təbii vasitələrdir

Allerqoloq bildirdi ki, ağcaqanadlardan ən yaxşı qorunma təbii vasitələrdir: "Bu zərərdən qaçmaq üçün təbii yağlardan istifadə etmək məsləhətdir. Otağımıza qoya, yaxud dərimizə sürtə bilərik. Bu, zərərvericilərin, həşəratların uzaq durmasına kömək edir. Hər hansı həssaslığımız mövcud deyilsə, ağcaqanad əleyhinə lavanda, qərənfil, rozmarin yağlarını rahatlıqla istifadə edə bilərik".

Sinir sistemlərimizə də təsir edir

Pulmonoloq Əsəd Beydullayevin sözlərinə görə, ağcaqanadlardan qorunmaq üçün hər il fərqli maddələr istifadə olunur: "Bunlar əsasən 2 hissəyə bölünür. Bir qismi yağlar, krem şəklində olan maddələr və spreylərdir. Dərinin açıq nahiyələrinə tətbiq edilir. İkincisi, cihazlardır. Hansı ki, elektrik şəbəkəsinə taxılır və xüsusi qoxular yayaraq ağcaqanadları bizdən uzaq tutmağa çalışır. Hər iki qoruyucunun tərkibində "n dietil meta toluamid" deyilən bir maddə var. Bu çox zərərlidir və istifadəsi zamanı yan təsirlərdən də qaçmaq olmur".

Ə.Beydullayev bildirdi ki, bu dərmanlar həm allergiya yarada, həm sinir sisteminə təsir edə bilər: "İstifadə olunan kremlər, losyonlar, spreylərin tərkibindəki zəhərli maddələr birbaşa dəriyə toxunduğu zaman allergiya, həssaslıq yaradır. Daha çox uşaqlarda istifadə edildiyi üçün ələ, əlin içinə, ağıza, gözlərinə dəyən zaman zəhərlənmə də mümkündür. Eyni zamanda, elektrikə qoşulan xüsusi maddələrin havaya buraxdığı buxar fərqli xəstəliklərin kəskinləşməsinə səbəb olur. Əgər insan astmadırsa, həssas tənəffüs yollarına malikdirsə, bu iylər xəstəliyin kəskinləşməsinə, xəstənin allergik, astmatik statusa keçməsinə təkan verir. Ən sadə halda öskürək yaradır. Kimyəvi maddələr ağcaqanadların sinir sistemində keçiriciliyi pozmaq yolu ilə problemə yol açır, yəni sinir sisteminə təsir edir. İnsanlarda da sinir sistemi zəif olsa, bu halları yaradır. Əgər bir insanda ciddi sinir problemləri, epilepsiya, beyinlə bağlı problem varsa, bu halların ağırlaşma ehtimalı da var". Mexaniki qorunmaya daha çox üstünlük verək "Mümkün olduğu qədər qapı-pəncərələrdə torlardan istifadə etmək lazımdır. Fərqli yağlar, limon, mixək. Bunları sınayıb hansı ağcaqanadları qaçırmaq üçün daha yaxşı təsir edirsə, ondan istifadə olunması məsləhətdir. Uşaqların yataqlarının ətrafına miçətkənlər çəkilsin. Uşaqlara uzun qollu libaslar geyindirmək, bədənin açıq sahələrinin az qalmasına çalışmaq lazımdır. Həyətyanı sahələrdə gölməçələr, su yığılan yerlər varsa, onların qurudulması yaxşı olardı. Mexaniki qorumaya daha çox üstünlük vermək lazımdır", - deyə həkim sonda bildirdi.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 865   Tarix: 09 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şəkəri tam kəsmək risklidir - Yeni araşdırmadan diqqətçəkən nəticələr

Son illər sağlam qidalanma ilə bağlı ən çox səslənən tövsiyələrdən biri şəkərdən tamamilə imtina etmək olub. Lakin yeni elmi araşdırma göstərir ki, həddindən artıq məhdudlaşdırıcı qidalanma rejimi gözlənilməz mənfi nəticələrə səbəb ola bilər. xəbər verir ki, qidalanma üzrə mütəxəssis Dilara Koçak b

12 iyul
.

55 illik araşdırma: Alimlər uzunömürlülüyün sirrini tapıb?

100 yaşdan çox yaşayan insanlar üzərində aparılan uzunmüddətli araşdırma göstərib ki, 100 il və daha artıq yaşamağın vahid resepti yoxdur. Bununla belə, uzunömürlü insanları birləşdirən bir sıra ümumi amillər müəyyən edilib. Qayanrinfo xəbər verir ki, "ScienceAlert"in yazdığına görə, Qahirədək

22 iyul
.

İsti havalarda tromb riski artır: Həkimdən vacib xəbərdarlıq

İsti havalarda bədənin susuzlaşması və qanın qatılaşması səbəbindən tromb yaranma ehtimalı arta bilər. xəbər verir ki, bu barədə rusiyalı həkim-terapevt Tatyana Vinoqradova RT-yə müsahibəsində bildirib. Mütəxəssisin sözlərinə görə, tromb damar daxilində yaranan və qan dövranını qismən və ya tamamil

19 iyul
.

Bakıda yayıldığı iddia olunan qulaqdibi xəstəliyi ilə bağlı rəsmi açıqlama

Son günlər sosial şəbəkələrdə Bakı şəhərində epidemik parotit (qulaqdibi) xəstəliyinin geniş yayıldığı ilə bağlı paylaşımlar yayılır. xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirlikdən bildirilib ki, həmin məlumatlar mövcud epidemioloji vəziyyəti əks etdirmir. Bildirilib ki, hazırd

11 iyul
.

İnsult zamanı nəyi etmək, nəyi etməmək lazımdır? - VİDEO

"Baku Med" verilişinin budəfəki buraxılışında invaziv və qeyri-invaziv radiologiyadan danışılıb. İnsult nədir və hansı hallarda baş verir?. Gənclərdə insultun səbəbləri nələrdir?. Onun ilkin əlamətləri hansılardır?. İnsult zamanı ilk yardım necə göstərilməlidir?. İnsanların insult zamanı ə

18 iyul
.

Xərçəng riskini azaltmağın yolları açıqlandı: Rusiyalı akademikdən mühüm tövsiyələr

"Sağlam həyat tərzi prinsiplərinə riayət etmək, zərərli vərdişlərdən uzaq durmaq, mütəmadi fiziki aktivliklə məşğul olmaq və profilaktik müayinələrdən keçmək onkoloji xəstəliklərin yaranma riskini əhəmiyyətli dərəcədə azalda bilər". xəbər verir ki, bunu "RİA Novosti"yə müsahibəsind

25 iyul
.

Vəba hələ də insanların sağlamlığına təsir edir - Təhlükəli xəstəliklərlə əlaqə tapıldı

XIV əsrdə baş vermiş və milyonlarla insanın ölümünə səbəb olmuş Qara ölüm pandemiyası zamanı yaranan genetik dəyişikliklər bu gün də insan orqanizminin təhlükəli infeksiyalara qarşı mübarizəsində mühüm rol oynayır. Lakin alimlər bildirirlər ki, bunun mənfi tərəfi də var. Qaynarinfo xəbər verir ki, genetikləri

27 iyul
.

Su qəbulunu necə artırmaq olar? - 5 faydalı məsləhət

İnsan orqanizminin böyük hissəsi sudan ibarətdir. Su hüceyrələrə qida maddələri və oksigenin daşınmasında, bədən temperaturunun tənzimlənməsində, həmçinin beynin normal fəaliyyətinin qorunmasında mühüm rol oynayır. Qaynarinfo xəbər verir ki, "Better Homes & Gardens" nəşri diyetoloqları

27 iyul
.

Dünyanı yeni pandemiyalar bürüyə bilər - XƏBƏRDARLIQ

Dünya COVID-19 pandemiyasından dərs çıxarsa da, yeni epidemiyalara qarşı hələ də kifayət qədər hazırlıqlı deyil. -ın xarici mediaya istinadən xəbərinə görə, beynəlxalq ekspertlər bildirirlər ki, təhlükəli yoluxucu xəstəliklərin yayılması halları getdikcə artır, epidemiyalar daha geniş miqyas alır v

12 iyul