Almaniya Ukraynanın NATO-ya üzvlüyünün təxirə salınmasının lehinə çıxış edəcək - KİV

Almaniya Ukraynanın NATO-ya üzvlüyünün təxirə salınmasının lehinə çıxış edəcək - KİVNATO-nun Vilnüsdə keçiriləcək sammiti zamanı Almaniya, Rusiya ilə müharibəyə səbəb ola biləcəyi qorxusu ilə Ukraynanın NATO-ya üzvlük cəhdinin təxirə salınmasının tərəfdarı olacaq.

Bu barədə "The Telegraph" adı açıqlanmayan NATO mənbəsinə istinadən məlumat yayıb.

"Berlin dərhal üzvlük təklif etmək perspektivinə qarşıdır", deyə mənbə bildirib.

Onun sözlərinə görə, Almaniya hökuməti Rusiyanın kollektiv müdafiə ilə bağlı 5-ci maddəni "potensial olaraq sınaqdan keçirmək istəmir".

"The Daily Telegraph" yazır ki, ABŞ, Böyük Britaniya və Avropa İttifaqı dövlətləri NATO-ya daxil olmadan Kiyevin müdafiəsinə kömək edəcəyinə ümid etdikləri bir sıra ikitərəfli təhlükəsizlik təklifləri hazırlayırlar.

Eyni zamanda, bir sıra Şərqi Avropa liderləri, o cümlədən Estoniyanın baş naziri Kaya Kallas hesab edir ki, Vilnüsdə keçiriləcək sammitdə Ukraynaya üzvlük üçün yol xəritəsi təklif edilməlidir.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna prezidenti Volodimir Zelenskinin qarşıdan gələn Vilnüs sammiti çərçivəsində keçiriləcək Ukrayna-NATO şurasının ilk iclasında iştirak edəcəyini açıqlamışdı. Onun sözlərinə görə, NATO Vilnüsdə keçiriləcək sammit zamanı Ukraynanı Alyansa daxil olmağa yaxınlaşdıracaq üç bənddən ibarət plan üzrə danışıqlar aparmalı olacaq. Bununla belə, o, ölkədə hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukraynanın NATO-ya üzvlüyünə dəvət ediləcəyini deməklə kifayətlənib.

Qaynarinfo


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 604   Tarix: 09 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ son iki ayda İranın blokadasını pozan 13 gəmini məhv edib

ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, ABŞ ordusu son 12 həftə ərzində blokadanı pozaraq İran limanlarına gedən və ya oradan çıxan 13 ticarət gəmisini məhv edib. xəbər verir ki, bəyanatda deyilir: "Son 12 həftə ərzində Mərkəzi Komandanlıq qüvvələri blokadanı poza

6 oktyabr
.

Tarixin ən böyük avtomobil tıxacı 12 gün davam edib: Harada baş verib?

Tarixin ən böyük avtomobil tıxacı tam 12 gün davam edib və təxminən 100 kilometr məsafəyə uzanıb. Hadisə o qədər qeyri-adi olub ki, dünya mediasının manşetlərinə çıxıb. Qaynarinfo "Supercar Blondie" nəşrinə istinadən xəbər verir ki, tıxac 2010-cu ildə Çində yaranıb. Bu ölkədə avtomobil tıxaclar

5 oktyabr
.

ABŞ Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib

ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığı iki ölkənin birgə planlı tədbirləri çərçivəsində Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib. "Report" xəbər verir ki, bu barədə Meksikanın Xarici İşlər Nazirliyinin (XİN) və Hərbi Dəniz Donanması Nazirliyinin (HDDN) birgə bəyanatında deyilir

4 oktyabr
.

KİV: Rusiyada Tu-95MS-in qəzaya uğraması nəticəsində 8 zabit ölüb

Rusiyanın Amur vilayətində sentyabrın 29-da qəzaya uğrayan Tu-95MS strateji bombardmançı-raketdaşıyan təyyarəsinin göyərtəsində ölən səkkiz zabitin bəziləri Ukraynaya raket zərbələrinin təşkili və metodiki təminatında iştirak edib. Bu barədə "Mediazona" məlumat yayıb. Məlumata görə, təyyarəd

5 oktyabr
.

ABŞ-İran müharibəsində son vəziyyət: Hörmüzlə bağlı gərginlik davam edir

ABŞ-İran müharibəsində əsas diqqət hazırda Hörmüz boğazına yönəlib. İran tərəfi boğazın tam açılması üçün müəyyən şərtlərin yerinə yetirilməsini tələb edir. Tehran ABŞ-a mövqeyini vasitəçilər üzərindən çatdırsa da, İran rəsmiləri əlavə məsələlərin hələ Vaşinqtona bildirilməli olduğunu açıqlayıblar. Müharibəni

6 oktyabr
.

Alplar göz önündə əriyir: İsveçrə 5 ildə buzunun 20 faizini itirib

İsveçrə cəmi beş il ərzində buzlaq buzlarının təxminən beşdə birini itirib. Alimlərin sözlərinə görə, bu, Alp ölkəsinin görünüşünü köklü şəkildə dəyişir: nəhəng ağ buzlaqlar Ay səthini xatırladan qayalı səhralara çevrilir. Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" yazır. İllik monitorin

5 oktyabr
.

Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU - Yaralılar var - VİDEO

Qara dənizin Rumıniya sahillərindən 20 dəniz mili məsafədə taxıl daşıyan Türkiyəyə məxsus "Royad Mammadov" gəmisi dron hücumuna məruz qalıb. Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, gəmidə hücumdan sonra yanğın baş verib. Son məlumata görə, kapitan və bir heyət üzvü həlak olub, 1

5 oktyabr
.

Foto və güzgüdə niyə fərqli görünürük: Hansı görüntü həqiqətə daha yaxındır?

Yəqin ki, hər kəsin başına belə bir vəziyyət gəlib: evdən çıxarkən güzgüyə baxırsan və görünüşünün Olimpiya tanrıları ilə rəqabət apara biləcəyini düşünürsən. Qaynarinfo xəbər verir ki, sonra həmin gün foto çəkdirirsən, şəkilə baxanda isə hər şeyin niyə bu qədər pis göründüyünü anlamayaraq təəccüblənirsən

5 oktyabr
.

Trampdan yeni hücum anonsu: "İranla heç vaxt sülh olmayacaq"

ABŞ Prezidenti Donald Tramp noyabrda Konqresə keçiriləcək aralıq seçkisindən sonra İrana qarşı yeni bombardmanların ola biləcəyini istisna etməyib. xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Time" nəşrinə müsahibəsində məlumat verib. Jurnalistin aralıq seçkilərdən sonra yeni hava zərbələrini

4 oktyabr