"Doktor.az" klinikasında tələbə qızı komaya saldılar - Təcili Türkiyəyə aparıldı… - Yenilənib-VİDEO

"Doktor.az" klinikasında tələbə qızı komaya saldılar - Təcili Türkiyəyə aparıldı… - Yenilənib-VİDEOSumqayıt şəhər sakini Ramil Əfəndizadə "Doktor.az" klinikasından şikayətçidir.
O, Bakupost.az -a deyib ki, "Doktor.az" klinikasında həkim səhlənkarlığı ucbatından qızı ölümlə üzləşib, sağlamlığına ciddi ziyan vurulub.
Belə ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 1-ci kurs tələbəsi Z.Əfəndizadə iyunun 2-də mədə-bağırsağında narahatlıq hiss edib. O anası ilə birlikdə Sumqayıt şəhərində yerləşən "Doktor.az" klinikasına gedib. Kassada 180 manat ödəniş edilməsi tələb olunub.
Pul köçürüldükdən sonra 17 yaşlı qızı kran suyu ilə klizma etmək istəyiblər. Anası irad bildirdikdən sonra isə həmin su distillə olunmuş su ilə dəyişdirilib.

Daha sonra pasiyentə narkoz verilib, mədə-bağırsağı endoskopik diaqnostika ilə müayinə edilib. Atasının sözlərinə görə, yeniyetmə narkozdan ayıldıqdan sonra evə buraxılıb. Evdə isə onun halı pisləşib:
"Uşaq narkozdan ayılandan 5 dəqiqə sonra evə buraxıblar. Xəstəxanadan evə 20 dəqiqəlik yol var. Uşaq evə çatdıqda halı pisləşib, təzyiqi 0-a düşüb. Məlum oldu ki, narkozdan anafilaktik şok keçirib. Dərhal 13-cü mikrorayondan təcili tibbi yardımı çağırdıq. Onların həkimi evin içində saat yarım ərzində uşağın həyatını xilas etmək üçün mübarizə apardı. Daha sonra oksigen balonu olan əlavə təcili tibbi yardım gəldi. Uşağı bir az özünə gətirdilər, təzyiqini 0-dan 40-a qaldırdılar".
Ramil Əfəndizadə bildirib ki, uşaq özünə gəldikdən sonra onu Sumqayıt şəhər Travmatologiya Xəstəxanasına aparıblar:
"Günorta saat 2-də oraya gəldik. Orada baş həkim Rauf və daha 3-4 həkim uşağa əllərindən gələn ilkin yardımı göstərdilər. Axşam saat 7-ə qədər ona iynələr, sistemlər vuruldu. Uşağı özünə gətirə bilmirdilər ki, Bakıya, Mərkəzi Klinikaya aparaq. 5 saatlıq həkim mücadiləsindən sonra qızım bir az özünə gəldi".

Z.Əfəndizadə yalnız bunda sonra qızının Bakıya - Mərkəzi Klinikayaa aparıldığını bildirib:
"Qızım 4 gün orada yatdı. Baş həkim Kamran doktor və digər həkimlər onun vəziyyəti ilə bağlı bütün bilgilərə sahib idilər. 4 gün sonra Kardiologiya şöbəsinin müdiri Firdovsi həkim dedi ki, uşaq təcili olaraq Türkiyəyə aparılmalıdır. Uşağın anafilaktik şok keçirdiyini, ürəyinin zədələndiyini, qanının zəhərləndiyini, bütün bakteriya və virusların oyandığını bildirdi".
Yeniyetmənin atası bildirib ki, qızı İstanbul şəhərində yerləşən "Medical Park" klinikasında 1 həftə ərzində müalicə alıb və sağalıb:
"Gecə saat 5-də təcili tibbi yardımla hava limanına yola düşdük. Yoldaşım, mən və qızım Türkiyənin İstanbul şəhərinə getdik. Oranın hava limanında da bizi təcili tibbi yardım maşını qarşıladı. Qızım İstanbulda "Medical Park" xəstəxanasında qan zəhərlənməsi, Anafilaktik şok səbəbilə 6 gün yatdı. Uşaq bu müddət ərzində sağaldı. 2-3 gün onun tam özünə gəlməsini gözlədikdən sonra evə qayıtdıq. Hazırda vəziyyəti qənaətbəxşdir. Nə yaxşı demək olar, nə də pis".
Ramil Əfəndizadə "Doktor.az" klinikasının anestezioloqu Şakir Baxşəliyevin məsuliyyətdən boyun qaçırdığını bildirib:
"Şakir həkim deyir ki, mənlik bir şey yoxdur. Mənim günahım deyil".
Şikayətçi məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN), Sumqayıt şəhər prokuroluğu, Sumqayıt Şəhər Baş Polis İdarəsinin 1-ci polis bölməsinə məlumat verdiyini də qeyd edib:
"Hadisə baş verən kimi DİN-in 102 qaynar xəttinə 3-4 dəfə ard-arda zəng edib şikayətimi bildirmişəm. Travmatologiya Xəstəxanasında olanda Sumqayıtın 1-ci polis bölməsinin əməkdaşları ora gəlib. Onlara da izahatımı və ərizəmi vermişəm. Qurban bayramından iki gün öncə də Sumqayıt şəhər prokurorluğuna lazım olan bütün sənədləri və ərizəmi təqdim etmişəm. Bütün sənədlər əlimdədir. "Doktor.az"ın bizə verdiyi ilk kağız da var. Bu sənəddə qızımın narkoza girməzdən əvvəl müayinə edildiyi və sağlam olduğu qeyd olunub. Bunu klinikanın özünə də təqdim etmişəm".
Zərəçəkmişlər aidiyyəti qurumların məsələyə diqqət göstərilməsini,onlara maddi və mənəvi ziyan vuran şəxslərin ağır şəkildə cəzalandırılmasını tələb eder.
Məsələ ilə bağlı "Doktor.az" klinikasına ünvanlanan suallarımız cavabsız qaldı.
***
20:15
"Doktor.az" klinikasının direktoru Cəmaləddin Kəlbalıyev Bakupost.az -la əlaqə saxladı.
O, məsələ ilə bağlı Prokurorluğun araşdırma apardığını bildirib:
"Xəstə sterilləşdirilmiş su ilə imalə olunub. Lakin hamı bilir ki, lazım olanda istənilən su ilə imalə olunmada problem yoxdur. O, buradan sağlam ayrılıb. Onu saat 6-7 radələrində təcili tibbi yardım aparıb. Təzyiqi müəyyən qədər düşüb. Lakin təzyiqin 0-a enməsi barədə məlumat yalandır. Təzyiqi 0-a düşən insan yaşaya bilər? Xəstənin atasına izah etmişik ki, gedin, hüquq-mühafizə orqanlarına müraciət edin. Həkimin bir günahı varsa, cəzasını çəkəcək. Mərkəzi Klinika da, Türkiyədəki həkim də deyir ki, bizim həkimdə günah yoxdur. Hal-hazırda məsələ ilə bağlı bütün sənədləri Prokurorluğa təqdim etmişik, araşdırma aparılır. Hər şei araşdlrmanln nəticələrində bəlli olacaq".
Direktor vurğulayıb ki, şikayətçinin verdiyi məlumatlar şantaj xarakterlidir:
"Uşağın anasının da 1-2 il əvvəl kardioloji problemi olub, Bakıda hansısa klinikada stend qoyublar. Daha sonra onları da şantaj edib pullarını alıblar. Bizə də deyirlər ki, 15 min dollar xərcimiz çıxıb, onu ödəyin. Xəstənin atası Türkiyədəki həkimlərə deyib ki, sənəddə filan şeyləri qeyd edin, gedib pul tələb edəcəm.
Müayinə zamanı anası da yanında olub. Deyib ki, iynəni niyə tibb bacısı vurdu, həkim vursun. Bu cür bəhanələr gətirirlər. Yalanlarını öz sözləri ilə təsdiq edirlər. Deyirlər ki, həkim narkotik qəbul edib. 35 ilin həkiminə o sözü demək olar? İndi həkim də iddia qaldırıb, yoxlansın, o da təzminat tələb etsin? Biz onların üzərinə getmirik, xalqın xidmətində durmağa çalışırıq.
Biz onu dəvət etmişik ki, həkim tanışınız varsa, gəlin, bizim həkimlərlə müzakirə etsinlər. Həkimin problemi olubsa, cəzalansın. Heç bir həkimlə gəlməyib. Bir gün deyir, pula görə gəlməmişəm, bir gün deyir, pulumu verin, bir gün deyir, Prokurorluq da işə düzgün baxmır".

"Doktor.az" klinikasında tələbə qızı komaya saldılar - Təcili Türkiyəyə aparıldı… - Yenilənib-VİDEO"Doktor.az" klinikasında tələbə qızı komaya saldılar - Təcili Türkiyəyə aparıldı… - Yenilənib-VİDEO"Doktor.az" klinikasında tələbə qızı komaya saldılar - Təcili Türkiyəyə aparıldı… - Yenilənib-VİDEO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2472   Tarix: 10 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Korrupsiya xəbərini verən işçiyə təzyiqin qarşısı necə alınacaq?

Korrupsiya barədə məlumatlara 20 iş günü ərzində baxılacaq. Qaynarinfo-nun məlumatına görə, sözügedən məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan "Korrupsiya ilə əlaqədar hüquqpozmalarl

6 oktyabr
.

"Texnologiya müəllimi əvəz edə bilməz" - Reyhan Rzayeva ilə MÜSAHİBƏ

"Texnologiya müəllimin fəaliyyətinə təsir göstərir və düşünürəm ki, gələcəkdə də daha çox təsir göstərəcək. Belə deyək ki, texnologiyadan istifadə etmək lazımdır, vacibdir. Sadəcə, texnologiya müəllimi əvəz edə bilməz". Bu fikirləri -a müsahibəsi zamanı 207 nömrəli məktəbin ingilis dili müəllim

6 oktyabr
.

Müəllim olmaq ÇƏTİNLƏŞİR: "Artıq təkcə bilik yox, dünyagörüşü də yoxlanılır"

Müəllimlər Günü ərəfəsində müəllim peşəsinin cəmiyyətdəki nüfuzu və təhsil prosesində müəllimin rolu yenidən diqqət mərkəzinə gəlir. Müəllimlərin əməkhaqqının artırılması, sertifikasiya prosesinin tətbiqi və peşəkar inkişaf imkanlarının genişləndirilməsi onların işə münasibətinə və motivasiyasına təsi

5 oktyabr
.

Bakıda kirayə evlər bahalaşır: Tələbələr üçün hansı ərazilər münasibdir?

Yeni tədris ilinin başlaması ilə Bakıda kirayə mənzil bazarında ənənəvi mövsümi canlanma müşahidə olunur. Xüsusilə bölgələrdən paytaxta gələn tələbələrin mənzil axtarışlarının artması 1 və 2 otaqlı, metroya və ali təhsil müəssisələrinə yaxın mənzillərə tələbi yüksəldir. Tələbin artması fonunda bəzi ərazilərd

6 oktyabr
.

Gürcüstanda 35 yaşlı azərbaycanlı qətlə yetirildi

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Qardabani rayonunda 35 yaşlı həmvətənimiz qətlə yetirilib. "Qafqazinfo" yerli mediaya istinadən xəbər verir ki, hadisə dünən rayonun Nəzərli kəndində qeydə alınıb. 35 yaşlı Araz Yusubov soyuq silahla öldürülüb. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatın

5 oktyabr
.

"Neptun"dakı endirim narazılıq yaratdı - Foto

"Neptun" marketlərindəki endirim alıcıları narazı salıb. xəbər verir ki, bu barədə sosial şəbəkədə Emil Rəhimov yazıb. O bildirib ki, marketin satıcıları və kassirləri endirim barədə məlumatlı deyil:. "Market çölündə yazılı və həmçinin içində səsli elan olaraq 1kq" Valio" yağlarını

5 oktyabr
.

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi

Abşeron rayonunda bir neçə gün əvvəl döyülərək ağır xəsarətlər alan 32 yaşlı kişi həyatını itirib. -a istinadən xəbər verir ki, hadisə oktyabrın 2-də Ceyranbatan qəsəbəsində keçirilən toy mərasimi zamanı baş verib. 1994-cü il təvəllüdlü Cavid Nəzərlinin Tofiq Amanov və Müsül Mirzəyev tərəfindən döyüldüy

6 oktyabr
.

Qeysəriyyə əməliyyatından sonra qadının ölməsi ilə bağlı yeni detallar

Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişən Zərdab rayon sakini, 31 yaşlı Səkinə Yusifovanın ölümü ilə bağlı bəzi detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, S.Yusifova kor bağırsağında olan problemdən əziyyət çəkib. İlk övladı dünyaya gələn zaman həkimi ikinci doğuşun həyat

6 oktyabr
.

Bu ərazilərə yağış yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağış yağıb. Düşən yağıntının miqdarı Astarada 7, Cəlilabad, Lənkəran, Lerikdə 5

6 oktyabr