Bakıda planlaşdırılan terrorda İran izləri + VİDEO
İyulun 10-da paytaxt Bakıda terror aktı törətməyə hazırlaşan Əfqanıstan vətəndaşı həbs edildi.
Əməliyyatı keçirən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məlumatında bildirilirdi ki, saxlanılan şəxs 1990-cı il təvəllüdlü Favzan Musa Xan adlı şəxsdir.
Onun Azərbaycan Respublikası ərazisində ictimai sabitliyi pozmaq, terrorçuluq hərəkətlərinin törədilməsinə hazırlıq gördüyünə dair məlumat əldə edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
DTX-nin yaydığı məlumatda həmçinin qeyd olunurdu ki, Favzan Musa Xan üçüncü ölkənin Bakıdakı səfirliyinə terror aktı törətməkdə şübhəli bilinir.
Lakin Dövlət Təhlükəsizliyi Xidməti təqsirləndirilən şəxsin hansı xarici ölkənin səfirliyini hədəf aldığını birbaşa açıqlamamışdı. Yayılan görüntülərə isə cinayətə hazırlıq görən şəxsin İsrailin Bakıdakı səfirliyinin yaxınlığında həbs olunduğu əks olunub.
İsrailin "i24 news" xəbər kanalında dərc edilən yazıda müəllif iddia edir ki, hazırlanan bu cinayətdə İran dəst-xətti aydın görünür.
"İranın birbaşa iştirakını göstərən əsas ipucu Favzan Musa Xanın Əfqanıstan vətəndaşı olmasıdır. Belə ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) minlərlə əfqanı Suriyadakı vətəndaş müharibəsinə cəlb edib, müxtəlif birlikləri əvvəl təlimatlandırıb, sonra isə silahlandıraraq Yaxın Şərqdəki qaynar nöqtələrə göndərib", - yazıda qeyd olunur.
Müəllif xatırladır ki, əfqanlardan təşkil edilən "Fatimiyyun" hərbi birləşməsi Suriyada və Livanda İranın əsas proksi qüvvəsi kimi müxtəlif tapşırıqları yerinə yetirib.
"Əməkdaşlığa cəlb edilən şəxslər əsasən iqtisadi məhrumiyyətlər yaşayan və dini fanatizmə meyilli insanlar olur", - iddia da bildirilir.
Yazıda Azərbaycan ərazisində İsrailə qarşı planlaşdırılan bir neçə terrora cəhd faktları da sadalanır.
"Xatırlayırsınızsa, hələ 2007-ci ildə İsrailin Bakıdakı səfirliyinə və Azərbaycanın şimalında Rusiyanın icarəyə götürdüyü Qəbələ Radiolokasiya Stansiyasına (RLS) hücum planlaşdırdıqlarına görə 12 ildən 15 ilədək həbs cəzası alan şəxslər də İranın təlimatlandırdığı Livan vətəndaşları olublar.
Həmçinin 2012-ci ildə Bakıda işləyən israillilərə və digər əcnəbilərə qarşı hücumlar törətmək üçün silah və partlayıcı maddələr gətirən üç terrorçu həbs edilmişdi. Aparılan araşdırmalar nəticəsində saxlanılanlardan birinin İran vətəndaşı olduğu sübuta yetirilmişdi.
Beləliklə, zəncirin halqalarını birləşdirərkən cinayətin İranın xüsusi xidmət orqanları tərəfindən planlaşdırıldığı şübhə doğurmur", - müəllif vurğulayır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1009 Tarix: 12 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Bu o deməkdir ki, biz öz işimizi başa düşməmişik"
"Bu gün bizim məktəbimizin ən vacib müzakirə mövzusu şagirdlərimizin öyrənib-öyrənməməsidir. Şagirdlər öyrənirsə, deməli, hər şey yaxşıdır". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda çıxışı zamanı bildirib
5 oktyabrPakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana qayıdıb
"Pakistanda üç nəfərin təcavüzünə məruz qalan azərbaycanlı Diana Bağıyeva nəhayət Pakistanı tərk edib və polisin müşayiəti altında Bakıya yola düşüb. xəbər verir ki, bu barədə "Daily Pakistan" nəşri yazıb. Qeyd edilib ki, Diana Bağıyevanın oktyabrın 3-də Bakıya yola salınması planlaşdırılıb
5 oktyabrBu şəxsləri kommunal xərclərlə bağlı SEVİNDİRƏCƏK QƏRAR - Baş nazir imzaladı
Nazirlər Kabineti "İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası"nın təsdiq edilməsi haqqında"
6 oktyabrXalq artisti evdə yıxılıb xəsarət aldı
Xalq artisti, aparıcı Ofeliya Sənani ötən gün xəstəxanalıq olub. axşam.az-a istinadən xəbər verir ki, aparıcı evində yıxılıb. Hadisə ilə bağlı təcili tibbi yardım çağırılıb. Yıxılma nəticəsində O. Sənaninin ayağı zədələnib. Hazırda vəziyyətinin yaxşı olduğu bildirilir. Qeyd edək ki, Ofeliya Sənani dah
6 oktyabrQeysəriyyə əməliyyatından sonra qadının ölməsi ilə bağlı yeni detallar
Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişən Zərdab rayon sakini, 31 yaşlı Səkinə Yusifovanın ölümü ilə bağlı bəzi detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, S.Yusifova kor bağırsağında olan problemdən əziyyət çəkib. İlk övladı dünyaya gələn zaman həkimi ikinci doğuşun həyat
6 oktyabrBakıda tanınmış restoranda biabırçılıq
Bakının Əhmədli qəsəbəsində yerləşən "Boranı Restoran"ın filialında müştərilərə köhnə və kəskin iyli qida təqdim olunub. Bu barədə narazı vətəndaş sosial şəbəkələrdə məlumat paylaşıb. Müştərinin sözlərinə görə, sifariş verilən yemək 25-30 dəqiqə sonra masaya gətirilsə də, qidadan kəskin, xara
5 oktyabrYük gəmisinə hücumda daha 3 azərbaycanlı yaralanıb - XİN
"Oktyabrın 5-də Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında "Royad Məmmədov" adlı xarici yük gəmisi dron hücumuna məruz qalıb. Daxil olan məlumata əsasən, hücum nəticəsində Azərbaycan vətəndaşı, gəminin kapitanı 1974-cü il təvəllüdlü Həsənov Rüstəm İsmayıl oğlu həlak olub. Digər vətəndaşımı
6 oktyabrKorrupsiya xəbərini verən işçiyə təzyiqin qarşısı necə alınacaq?
Korrupsiya barədə məlumatlara 20 iş günü ərzində baxılacaq. Qaynarinfo-nun məlumatına görə, sözügedən məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan "Korrupsiya ilə əlaqədar hüquqpozmalarl
6 oktyabr