"Mərkəzi küçə hər gün tıxac olur, alternativ ərazi isə icarəyə verilib"
Bakının Suraxanı rayonu, Binə qəsəbəsində ("Südçülük savxozu" deyilən ərazi) 2015-ci ildə avtomobil yolu boş torpaq sahəsinə birləşdirilərək "European Tobacco-Baku" ASC-yə icarəyə verilib. 200 minə yaxın sakinin yaşadığı qəsəbədən şəhər mərkəzinə getmək üçün yalnız bir mərkəzi yol qalıb ki, orada da yüklənmə səbəbindən hər gün böyük tıxac yaşanır.
"Qafqazinfo" xəbər verir ki, bu barədə qəsəbə sakinləri şikayət ediblər.
Problemlə bağlı 600 sakinin imzası ilə rəsmi qurumlara müraciət ünvanlanıb. Sakinlər iddia edirlər ki, yol ərazisi Suraxanı rayonuna aid olsa da, həmin yolu icarəyə Abşeron Rayon İcra Hakimiyyəti verib. Qeyd olunur ki, Prezidentin fərmanı ilə Abşeron rayonunun 10 min hektar torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin idarəetməsinə verilib. Ötən dövr ərzində bir çox yerlərdə, o cümlədən Abşeronun bir neçə təsərrüfatında islahatlar aparılıb. İslahat gedən təsərrüfatların torpaqları xüsusi mülkiyyətə ayrılıb və bələdiyyəyə verilib. Amma iş yarımçıq qalıb və bu səbəbdən Abşeron rayonu digər rayonların ərazisində torpaq sahələrini istədiyi kimi istifadə edir.
Şikayətçilərin söylədiklərinə görə, sözügedən yolun açılması Binə qəsəbəsində yaşayan sakinlər üçün alternativ giriş-çıxış yolu kimi çox vacibdir. Mərkəzi küçə hər gün tıxac olur və tıxac Mərdəkan şosesinə kimi uzanır. Sakinlər dəfələrlə aidiyyəti orqanlara müraciət etsələr də, heç bir tədbir görülmədiyini bildiriblər.
Sözügedən yol hansı dövlət qurumunun balansındadır? Başqa icra hakimiyyətinin ərazisi Abşeron RİH tərəfindən necə icarəyə verilib? Sakinlərin problemlərinin aradan qaldırılması üçün hansı iş görülür?
Bu suallarla müvafiq icra hakimiyyətləri və Agentliklərə müraciət etdik. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən həmin yolun Agentliyin balansında olmadığını bildirdilər.
Abşeron RİH başçısının müavini Gülnar Rəhimovadan isə sorğumuza belə cavab aldıq: "1963-cü ildə Abşeron Rayonu təşkil olunan zaman Bakı şəhərinin inzibati ərazisində yerləşməklə kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə yararlı olan torpaq sahələri Abşeron rayonunun savxozlarına təhkim edilib, savxozlar islahata getdikdən sonra həmin torpaq sahələri Rayon İcra Hakimiyyətinin sərəncamında saxlanılıb və ötən müddərt ərzində də kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə hüquqi və fiziki şəxslərin icarəsinə verilib.
Prezidentin 13 iyun 2008-ci il tarixli 2866 nömrəli sərəncamı ilə Bakı şəhərinin inzibati ərazisindən Abşerin RİH-nin istifadəsinə verilmiş cəmi 25983,31 hektar torpaq sahəsindən 9954,75 hektarı Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılıb.
Hazırda həmin torpaqlardan 16028,56 hektarı hələ də Abşeron RİH-nin istifadəsindədir və həmin torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaq sahələri olduğundan sözügedən ərazilərdə yaşayış evlərinin inşası və məskunlaşma qanunla qadağandır".

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 904 Tarix: 13 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Korrupsiya xəbərini verən işçiyə təzyiqin qarşısı necə alınacaq?
Korrupsiya barədə məlumatlara 20 iş günü ərzində baxılacaq. Qaynarinfo-nun məlumatına görə, sözügedən məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan "Korrupsiya ilə əlaqədar hüquqpozmalarl
6 oktyabrSevinc Tahirova İcraçı direktor təyin olunub - YENİLƏNİB
Sevinc Tahirova "MTV Azərbaycan" telekanalının da nəzdində fəaliyyət göstərdiyi "Fətiyev Group" şirkətinə İcraçı direktor təyin olunub. Bu barədə Yurd.Media-ya Sevinc Tahirovanın özü məlumat verib. Qeyd edək ki, "Fətiyev Group" Azərbaycanda media və reklam sahəsində fəaliyyə
5 oktyabrRamiz Mehdiyevin ittihamı oxunacaq - Bu gün məhkəməsidir
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçiriləcək. -a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə dövlətçili
5 oktyabrBakıda kirayə evlər bahalaşır: Tələbələr üçün hansı ərazilər münasibdir?
Yeni tədris ilinin başlaması ilə Bakıda kirayə mənzil bazarında ənənəvi mövsümi canlanma müşahidə olunur. Xüsusilə bölgələrdən paytaxta gələn tələbələrin mənzil axtarışlarının artması 1 və 2 otaqlı, metroya və ali təhsil müəssisələrinə yaxın mənzillərə tələbi yüksəldir. Tələbin artması fonunda bəzi ərazilərd
6 oktyabrBəzi şəxslərə pulsuz hüquqi yardım göstəriləcək
Azərbaycanda bir sıra şəxslərə pulsuz hüquqi yardım göstəriləcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Pulsuz hüquqi yardım haqqında" Qanunda əksini tapıb. Qanun layihəsinə əsasən, pulsuz hüquq
5 oktyabrBakıda iti pəncərədən atan şəxsə - 25 sutka verildi
Paytaxtın Qaradağ rayonunda itə qarşı zorakılıq edən şəxs məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, heyvanla rəhmsiz rəftar etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılan Ağakişiyev soyadlı şəxs 25 sutka inzibati qaydada həbs olunub. Qeyd edək ki, yayıla
5 oktyabrHəccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq
Bu ildən Həcc ziyarətinə gedəcək azərbaycanlı zəvvarlar üçün sağlamlıqla bağlı əlavə tələblər tətbiq olunacaq. Qaynarinfo "Xəzər" TV-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı bu tələbləri ötən ildən tətbiq edir və tələblərə əməl etməyən bəzi Həcc missiyaları cərimələnib. Qafqaz Müsəlmanlar
6 oktyabrQeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin fotosu
Göyçayda qeysəriyyə əməliyyatı zamanı bağırsağı deşilən və bir müddət sonra Bakıda dünyasını dəyişən 31 yaşlı Səkinə Yusifovanın fotosu yayılıb. -a istinadən mərhumun fotosunu təqdim edir:. Qeyd edək ki, vəfat edən qadın iki uşaq anası olub
6 oktyabrQeysəriyyə əməliyyatından sonra qadının ölməsi ilə bağlı yeni detallar
Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişən Zərdab rayon sakini, 31 yaşlı Səkinə Yusifovanın ölümü ilə bağlı bəzi detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, S.Yusifova kor bağırsağında olan problemdən əziyyət çəkib. İlk övladı dünyaya gələn zaman həkimi ikinci doğuşun həyat
6 oktyabr