"Prezident müşavirədə bir çox vacib məqamlara toxundu" - DEPUTAT

"Prezident müşavirədə bir çox vacib məqamlara toxundu" - DEPUTAT"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin keçirdiyi müşavirə hər zaman olduğu kimi bir sıra aktual və mühüm mövzuların müzakirəsi ilə yadda qaldı: "Hər zaman olduğu kimi bu dəfə də Cənab Prezident beynəlxalq hüququn işləməməsi və bu sahədə mövcud problemlərlə bağlı öz fikirlərini yenidən ortaya qoydu".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O bildirib ki, bu günümüzün reallığıdır ki, həqiqətən bu gün beynəlxalq hüquq işləmir və beynəlxalq hüquqa da bel bağlamaq olmaz.

" Biz bunu öz ölkəmizin təcrübəsində də gördük: 30 il müddətində BMT-nin qətnamələri yerinə yetirilmədi və 30 il ərzində Azərbaycanın torpaqları işğal altında qaldı. İşğalçıların bizim ərazilərimizdən çıxarılması üçün də heç bir addımın atılmadığı göz önündədir.
Hər zaman Cənab Prezidentin qeyd etdiyi kimi, bəzən BMT-nin elə qərarları olur ki, həmin qərarlar ən qısa zaman müddətində yerinə yetirilir və icra edilir. Azərbaycana gəldikdə isə Azərbaycanla bağlı məsələlərdə biz bu nümunəni görmürük və bu gün biz açıq-aydın ikili standartların, qərəzli yanaşmaların bizə qarşı davam etdiyinin şahidi oluruq.
İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Dövlət Başçısının beynəlxalq hüquqla bağlı sözləri də bunu deməyə əsas verir. Bu baxımdan bütün bunlar nəzərə alınaraq əlbəttə, beynəlxalq hüquqa bel bağlamaq olmaz. Azərbaycan özü güclü, prinsipial, qətiyyətli olmalıdır. Bu gün biz bunu Prezident İlham Əliyevin siyasətində və yanaşmasında açıq-aydın görürük.
Bu ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, eləcə də iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi ilə bağlı məsələlərə xüsusi yer ayrılıb.
Ölkə başçısının çıxışında müharibə bitdikdən sonrakı iki il yarım ərzində görülən işlərin miqyasına diqqət yönləndirildi. Azərbaycan bütün gücünü və resurslarını işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması istiqamətinə səfərbər edib.
Vətən müharibəsində əldə olunan şanlı qələbədən sonra növbəti mərhələdə işğaldan azad olunan ərazilərdə dağıdılan infrastrukturun, şəhər və kəndlərin bərpası, köçkünlərin doğma yerlərinə qaytarılması üçün dövlət tərəfindən qısa müddətdə bütün imkanlardan istifadə edilir. Dövlət tərəfindən "Böyük Qayıdış" planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər olunub.
"Böyük Qayıdış" Proqramı uğurlu şəkildə icrasında xüsusi məqam odur ki, bu gün işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasını heç bir xarici maliyyə dəstəyi olmadan Azərbaycan dövləti öz dövlət büdcəsi hesabına həyata keçirir. Qeyd edim ki, 2022-ci ilin noyabrında Prezident İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" Sərəncam imzalanıb. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb".
Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasına ayrılan vəsaitin çoxluğu "Böyük Qayıdış" proqramının daha sürətlə icrasına imkan yaradır.
Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsi nəzərdə tutulur. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşısına qoyduğu bütün məqsəd və hədəflərə ən qısa vaxtda nail olacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1154   Tarix: 13 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Korrupsiya xəbərini verən işçiyə təzyiqin qarşısı necə alınacaq?

Korrupsiya barədə məlumatlara 20 iş günü ərzində baxılacaq. Qaynarinfo-nun məlumatına görə, sözügedən məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan "Korrupsiya ilə əlaqədar hüquqpozmalarl

6 oktyabr
.

Sevinc Tahirova İcraçı direktor təyin olunub - YENİLƏNİB

Sevinc Tahirova "MTV Azərbaycan" telekanalının da nəzdində fəaliyyət göstərdiyi "Fətiyev Group" şirkətinə İcraçı direktor təyin olunub. Bu barədə Yurd.Media-ya Sevinc Tahirovanın özü məlumat verib. Qeyd edək ki, "Fətiyev Group" Azərbaycanda media və reklam sahəsində fəaliyyə

5 oktyabr
.

Ramiz Mehdiyevin ittihamı oxunacaq - Bu gün məhkəməsidir

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçiriləcək. -a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə dövlətçili

5 oktyabr
.

Bakıda kirayə evlər bahalaşır: Tələbələr üçün hansı ərazilər münasibdir?

Yeni tədris ilinin başlaması ilə Bakıda kirayə mənzil bazarında ənənəvi mövsümi canlanma müşahidə olunur. Xüsusilə bölgələrdən paytaxta gələn tələbələrin mənzil axtarışlarının artması 1 və 2 otaqlı, metroya və ali təhsil müəssisələrinə yaxın mənzillərə tələbi yüksəldir. Tələbin artması fonunda bəzi ərazilərd

6 oktyabr
.

Bəzi şəxslərə pulsuz hüquqi yardım göstəriləcək

Azərbaycanda bir sıra şəxslərə pulsuz hüquqi yardım göstəriləcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Pulsuz hüquqi yardım haqqında" Qanunda əksini tapıb. Qanun layihəsinə əsasən, pulsuz hüquq

5 oktyabr
.

Bakıda iti pəncərədən atan şəxsə - 25 sutka verildi

Paytaxtın Qaradağ rayonunda itə qarşı zorakılıq edən şəxs məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, heyvanla rəhmsiz rəftar etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılan Ağakişiyev soyadlı şəxs 25 sutka inzibati qaydada həbs olunub. Qeyd edək ki, yayıla

5 oktyabr
.

Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq

Bu ildən Həcc ziyarətinə gedəcək azərbaycanlı zəvvarlar üçün sağlamlıqla bağlı əlavə tələblər tətbiq olunacaq. Qaynarinfo "Xəzər" TV-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı bu tələbləri ötən ildən tətbiq edir və tələblərə əməl etməyən bəzi Həcc missiyaları cərimələnib. Qafqaz Müsəlmanlar

6 oktyabr
.

Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin fotosu

Göyçayda qeysəriyyə əməliyyatı zamanı bağırsağı deşilən və bir müddət sonra Bakıda dünyasını dəyişən 31 yaşlı Səkinə Yusifovanın fotosu yayılıb. -a istinadən mərhumun fotosunu təqdim edir:. Qeyd edək ki, vəfat edən qadın iki uşaq anası olub

6 oktyabr
.

Qeysəriyyə əməliyyatından sonra qadının ölməsi ilə bağlı yeni detallar

Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişən Zərdab rayon sakini, 31 yaşlı Səkinə Yusifovanın ölümü ilə bağlı bəzi detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, S.Yusifova kor bağırsağında olan problemdən əziyyət çəkib. İlk övladı dünyaya gələn zaman həkimi ikinci doğuşun həyat

6 oktyabr