ADNSU-nun rektoru vəzifəsi Vazeh Əskərova həvalə olundu

ADNSU-nun rektoru vəzifəsi Vazeh Əskərova həvalə olunduAzərbaycan Respublikası elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Strateji məsələlər üzrə prorektor vəzifəsi yaradılıb və bu vəzifəyə ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru, dosent Vazeh Əskərov təyin olunub.

Elm və təhsil nazirinin digər əmri ilə Vazeh Əskərova ADNSU-nun rektoru vəzifəsi həvalə edilib.

Qeyd edək ki, Vazeh Eldəniz oğlu Əskərov 15 oktyabr 1978-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1995-1999-cu illərdə Azərbaycan Dillər Universitetində bakalavr, 2004-2007-ci illərdə Fransanın Mark Blok Universitetində 2 magistr, 2007-2012 illərdə Strasburq Universitetində doktorluq təhsili alıb. 2012-ci ildə ona "Strasburq Universitetinin doktoru" elmi dərəcəsi verilib.

Fransada təhsil aldığı və yaşadığı müddətdə Vazeh Əskərov Azərbaycan diasporunun fəallarından biri kimi tanınıb. 2005-ci ildən Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyasının (ASEAF/FATA) sədri, həmin ildə Strasburq Azərbaycan Evinin həmtəsisçisi və idarə heyətinin üzvü olub.
Əmək fəaliyyətinə 2001-2003-cü illərdə yerli və beynəlxalq şirkətlərdə çalışmaqla başlayan Vazeh Əskərov Fransada təhsil aldığı 2003-2013-cü illərdə akademik fəaliyyətlə məşğul olub. 2013-2014-cü illərdə Azərbaycan Dillər Universitetinin rektor müşaviri, 2014-2015-ci illərdə həmin universitetin tədris işləri üzrə prorektoru, 2016-2023-cü illərdə UFAZ-ın icraçı direktoru vəzifələrində çalışıb.

Vazeh Əskərov Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvüdür. Ailəlidir, iki övladı var.

Qeyd edək ki, Prezident İlham Əliyev iyulun 10-da Mustafa Baba oğlu Babanlının Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2756   Tarix: 13 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Beauty Derm" Estetik Mərkəzində pasiyentlərə Esmira İbrahimli tərəfindən edilən qüsurlu əməliyyatlar nə zaman dayandırılacaq? -Video

Qulağının yarısı kəsilib, üzü iflic olub, kəllə beyin travması alıb, 5 aydır şiddətli ağrılardan əziyyət çəkir. XALQ-ın xəbərinə görə, uğursuz estetik əməliyyatın qurbanı olduğunu iddia edən Gülnarə Həmidova deyir ki, tik-tok sosial sosial platformasında qarşısına çıxan "Beauty Derm" Esteti

25 fevral
.

48 aptekdə yoxlama - Nöqsanlar tapıldı

2026-cı ilin yanvar ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 48 əczaçılıq müəssisəsində yoxlama aparılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə AEM məlumat yayıb. Bildirilib ki, yoxlamalardan 10-u Bakı şəhərində, 38-i isə respublikanın digər şəhər və rayonlarınd

26 fevral
.

Kredit və borc mübahisələrində vətəndaş özünü necə qoruya bilər? - AÇIQLAMA

Kredit və borc münasibətləri müasir dövrdə ən çox mübahisə doğuran hüquqi sahələrdən biridir. İnsanlar çox vaxt müqaviləni tam oxumadan imzalayır, öhdəliklərin həcmini və mümkün riskləri düzgün qiymətləndirmir. Nəticədə gecikmələr, əlavə faizlər, cərimələr və məhkəmə çəkişmələri yaranır. Bəs görəsə

26 fevral
.

Bakıya yağış, rayonlara qar yağıb

Azərbaycanın əksər yerlərində hava şəraiti arabir yağıntılı olub. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin fevralın 25-i saat 10:00-a olan məlumatında bildirilib. Qeyd olunub ki, dağlıq ərazilərə - Kəlbəcər, Daşkəsən, Gədəbəy, Göygöl, Kişçay(Şəki), Xızı, Qrız, Şahbuz, Şahdağda qa

25 fevral
.

Xaricdəki prestijli ali məktəbə qəbul olmaq üçün əsas şərt maddi imkanlardır, yoxsa bilik və əzmkarlıq? - AÇIQLAMA

Pirəkəşkül kənd tam orta məktəbinin şagirdi Nilufər Şükürova dünyanın nüfuzlu ali təhsil ocaqlarından biri olan NYU Shanghai universitetinə tam təqaüdlə qəbul alan ilk azərbaycanlı şagird kimi tarixə düşüb. Onun qazandığı təqaüdün illik məbləği 82 min ABŞ dollarıdır. Məlumat sosial şəbəkələrdə yayıldıqda

25 fevral
.

Xırdalanda 13-cü mərtəbədən yıxılan oğlan sağ qaldı

Gecə saatlarında Xırdalanda 22 yaşlı oğlan binadan yıxılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə Xırdalandakı "Kristal Abşeron" kompleksində baş verib. Saat 02 radələrində 2004-cü il təvəllüdlü Nihad Yunus oğlu Vəliyev yaşadığı 16 mərtəbəli binanın 13-cü mərtəbəsinin eyvanından yıxılıb

26 fevral
.

Qar, 10° şaxta... - Sabahın havası

Fevralın 26-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə havanın çiskinli olacağı ehtimal

25 fevral
.

7 körpənin ölümü: TƏBİB-ə müraciət edəndə dedilər vəsait ayıra bilməyəcəklər

"Respublika Perinatal Mərkəzi"ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə təqsirləndirilə

25 fevral
.

Sumqayıtda 8 aylıq hamilə xəstəxanada ölüb

Sumqayıt Tibb Mərkəzi hamilə qadının ölümü ilə hadisəyə münasibət bildirib. -a istinadən xəbər verir ki, fevralın 26-da gecə saat 2 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1996-cı il təvəllüdlü şəxs (qadın) hospitalizasiya olunub. Pasiyentə naməlum mənşəli komatoz vəziyyət

26 fevral