Turizm dələduzlarından necə qorunmaq olar? - FOTO

Turizm dələduzlarından necə qorunmaq olar? - FOTOAzərbaycanda yay istirahət mövsümünün gəlməsi ilə ölkənin regionlarına və xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı artıb.

Buna paralel olaraq turizm sektorunda fəaliyyət göstərən dələduzlar da aktivləşiblər.

Ara-sıra sosial şəbəkələrdə onların qurbanı olmuş şəxslərin paylaşımlarına rast gəlinir. "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" İctimai Birliyi vətəndaşlara müraciət edərək onları turizm xidmətlərindən istifadə edəndə (tur-paketlər alanda) ehtiyatlı olmağa çağırıb. Bəs turizm dələduzlarından necə qorunmaq olar?

"Report"a açıqlama verən Assosiasiya sədrinin müşaviri Müzəffər Ağakərimov deyir ki, hansısa şirkətdən turizm məhsulu alanlar bunu müqavilə ilə rəsmiləşdirməli, amma bağladıqları müqaviləni diqqətlə oxumalıdırlar. "Müqavilədə turizm şirkətinin rəhbər şəxsinin adı, şirkətin rəsmi ünvanı və başqa məlumatlar qeyd edilməlidir. Əgər nəsə uyğunsuzluq varsa vətəndaş birbaşa şirkəti məhkəməyə belə verə bilər", - deyə o qeyd edib.

Bundan başqa, turizm rəsmisinin sözlərinə görə, şirkətlər arasında seçim edərkən də diqqətli olmaq lazımdır:

"Səyahət etmək üçün etibarlı tərəfdaş axtaran şəxslər assosiasiyanın internet səhifəsinə daxil olub onun bizim üzvlərimizin arasında olub-olmaması ilə maraqlana bilərlər. Çünki üzvlük zamanı şirkətlər hərtərəfli yoxlanır, belə demək mümkünsə, mikroskopdan keçirilir. Məsələn, onların vergi borcunun olub-olmaması, adının hər hansı cinayət işində çəkilib-çəkilməməsi, daimi ofisinin olub-olmaması araşdırılır. Bu gün bir sıra turizm şirkətlərinin ofisi yoxdur, onlar tur-paketləri avtobus dayanacağında, metroların giriş-çıxışlarında, parklarda, bulvarda və s. yerlərdə satırlar. Bu isə düzgün deyil. Dövlət Turizm Agentliyinin yaratdığı turizm reyestri də sektorda şəffaflaşma üçün əsas amillərdəndir. Belə ki, reyestrə məhz şəffaf fəaliyyət göstərən şirkətlər salınır. Bu isə turizm dələduzluğun qarşısını, tam da olmasa, müəyyən qədər alır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 714   Tarix: 14 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Korrupsiya xəbərini verən işçiyə təzyiqin qarşısı necə alınacaq?

Korrupsiya barədə məlumatlara 20 iş günü ərzində baxılacaq. Qaynarinfo-nun məlumatına görə, sözügedən məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan "Korrupsiya ilə əlaqədar hüquqpozmalarl

6 oktyabr
.

Sevinc Tahirova İcraçı direktor təyin olunub - YENİLƏNİB

Sevinc Tahirova "MTV Azərbaycan" telekanalının da nəzdində fəaliyyət göstərdiyi "Fətiyev Group" şirkətinə İcraçı direktor təyin olunub. Bu barədə Yurd.Media-ya Sevinc Tahirovanın özü məlumat verib. Qeyd edək ki, "Fətiyev Group" Azərbaycanda media və reklam sahəsində fəaliyyə

5 oktyabr
.

Ramiz Mehdiyevin ittihamı oxunacaq - Bu gün məhkəməsidir

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçiriləcək. -a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə dövlətçili

5 oktyabr
.

Bakıda kirayə evlər bahalaşır: Tələbələr üçün hansı ərazilər münasibdir?

Yeni tədris ilinin başlaması ilə Bakıda kirayə mənzil bazarında ənənəvi mövsümi canlanma müşahidə olunur. Xüsusilə bölgələrdən paytaxta gələn tələbələrin mənzil axtarışlarının artması 1 və 2 otaqlı, metroya və ali təhsil müəssisələrinə yaxın mənzillərə tələbi yüksəldir. Tələbin artması fonunda bəzi ərazilərd

6 oktyabr
.

Bəzi şəxslərə pulsuz hüquqi yardım göstəriləcək

Azərbaycanda bir sıra şəxslərə pulsuz hüquqi yardım göstəriləcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Pulsuz hüquqi yardım haqqında" Qanunda əksini tapıb. Qanun layihəsinə əsasən, pulsuz hüquq

5 oktyabr
.

Bakıda iti pəncərədən atan şəxsə - 25 sutka verildi

Paytaxtın Qaradağ rayonunda itə qarşı zorakılıq edən şəxs məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, heyvanla rəhmsiz rəftar etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılan Ağakişiyev soyadlı şəxs 25 sutka inzibati qaydada həbs olunub. Qeyd edək ki, yayıla

5 oktyabr
.

Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq

Bu ildən Həcc ziyarətinə gedəcək azərbaycanlı zəvvarlar üçün sağlamlıqla bağlı əlavə tələblər tətbiq olunacaq. Qaynarinfo "Xəzər" TV-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı bu tələbləri ötən ildən tətbiq edir və tələblərə əməl etməyən bəzi Həcc missiyaları cərimələnib. Qafqaz Müsəlmanlar

6 oktyabr
.

Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin fotosu

Göyçayda qeysəriyyə əməliyyatı zamanı bağırsağı deşilən və bir müddət sonra Bakıda dünyasını dəyişən 31 yaşlı Səkinə Yusifovanın fotosu yayılıb. -a istinadən mərhumun fotosunu təqdim edir:. Qeyd edək ki, vəfat edən qadın iki uşaq anası olub

6 oktyabr
.

Qeysəriyyə əməliyyatından sonra qadının ölməsi ilə bağlı yeni detallar

Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişən Zərdab rayon sakini, 31 yaşlı Səkinə Yusifovanın ölümü ilə bağlı bəzi detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, S.Yusifova kor bağırsağında olan problemdən əziyyət çəkib. İlk övladı dünyaya gələn zaman həkimi ikinci doğuşun həyat

6 oktyabr