İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb.
President.az xəbər verir ki, məktubda deyilir:
"Türkiyədə 15 İyul hadisələrinin yeddinci ildönümündə dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.
Türkiyə Respublikasına qarşı yönəlmiş bu xain plan ölkənizin tarixində çətin sınaq idi. Bu sınaqdan alnıaçıq və üzüağ çıxan Türkiyə xalqı bütün dünyaya iradəsinin sarsılmazlığını, mətinliyini, dövlətçiliyə və demokratiyaya sadiqliyini bir daha bariz şəkildə nümayiş etdirdi. Həmin ağır gündə çiyin-çiyinə vermiş Türkiyə xalqı və dövlətinin qətiyyəti sayəsində, şəhidlərimizin qanı və canı bahasına əldə edilmiş bu zəfər xalqınızın bənzəri olmayan mübarizlik və yenilməzlik ruhunu, Vətənə sevgisini təsdiq etdi. Həmrəyliyin və milli birliyin rəmzi olaraq təsis olunmuş "Demokratiya və Milli Birlik Günü" Türkiyə dövlətçiliyinin tarixində böyük şərəf günü olaraq qalacaqdır.
Heç şübhəsiz ki, əsl qəhrəmanlıq dastanının yazıldığı o gün qardaş Türkiyə xalqının Sizə olan hədsiz inam və etimadın aşkar təzahürü olaraq ətrafınızda sıx birləşməsi, Sizin çağırışınıza dərhal cavab verməsi xain niyyətlərin qarşısına aşılmaz sipər çəkərək ölkənizi böyük faciələrdən xilas etdi.
Azərbaycan xalqı və dövləti bu mücadilədə ilk anlardan qardaş Türkiyə dövlətinin və xalqının yanında olmuş, ölkənin Konstitusiya quruluşuna, legitim hakimiyyətinə qəsd edən Vətən xainlərini birmənalı şəkildə pisləmişdi. Biz bu hadisələrdən daha da güclənərək çıxmış Türkiyə xalqının zəfərini öz zəfərimiz, sevincini öz sevincimiz, hüznünü öz hüznümüz olaraq paylaşdıq və bir millət, iki dövlət olduğumuzu bir daha əyani şəkildə sübut etdik.
Əminəm ki, ən böyük sərvətimiz olan sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığını, birliyini və həmrəyliyini qoruyub saxlamaq və gələcək nəsillərə ərmağan etmək, strateji müttəfiqliyimizi hərtərəfli inkişaf etdirmək və möhkəmləndirmək naminə birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb