"Rus zabitlərin Şoyqu və Gerasimovdan narazılığı artır"
Getdikcə daha çox rus zabiti Rusiya Federasiyasının hərbi rəhbərliyindən narazılıqlarını ifadə edirlər. Tənqidlər müdafiə naziri Sergey Şoyqu və Rusiya Federasiyasının Baş Qərargah rəisi Valeri Gerasimova yönəlib.
Bu barədə Britaniya Müdafiə Nazirliyinin gündəlik kəşfiyyat icmalında deyilir.
Britaniya kəşfiyyatı Zaporojye istiqamətində 58-ci işğalçı ordunun qüvvələrinə komandanlıq edən rus generalı İvan Popovun qovulması ilə bağlı vəziyyəti təhlil edib.
Kəşfiyyat məlumatlarına görə, Popov döyüş meydanında zəif nəticələrə görə deyil, Şoyqunu tənqid etdiyinə görə işdən çıxarılıb. Bu vəziyyət Rusiya ordusunun zabitləri arasında ciddi narazılıqdan xəbər verir.
Hesabatda deyilir: "Tabeliyində olanların birbaşa tənqidi müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi general Gerasimov üçün böyük problemə çevriləcək".
Bizim.Media
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1481 Tarix: 15 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tənha yaşadığı karavanda meyiti tapıldı
Türkiyədə kişi tək yaşadığı karavanda ölü halda tapılıb. yerli mediaya istinadla bildirir ki, hadisə Antalyanın Konyaaltı qəsəbəsində qeydə alınıb. Qohumları və kürəkəni 70 yaşlı Əbdürrəhman Coşqun Qurtarandan telefon vasitəsilə xəbər ala bilməyiblər. Bundan sonra onlar yaşlı kişinin tənha yaşadığı karavanı
11 yanvarVladanka Andreyeva diplomatik missiyasını Kambocada davam etdirəcək
BMT-nin Azərbaycandakı keçmiş rezident əlaqələndiricisi Vladanka Andreyeva diplomatik missiyasını Kambocada davam etdirəcəyini bildirib. "Report" xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsində yazıb. "Bu fotonu 2021-ci ilin avqustunda Bakıdakı Heydər Əliyev Mərkəzində çəkmişdi
11 yanvarTed Kruz: ABŞ etirazları İran vətəndaşlarının təbii hüququ hesab edir
İran son hərbi məğlubiyyətlər və siyasi təzyiqlər nəticəsində ciddi şəkildə zəifləyib, ölkə daxilində legitimlik böhranı ilə üzləşib. "Report" xəbər verir ki, bunu ABŞ-nin respublikaçı senatoru Ted Kruz "Iran International"a müsahibəsində deyib. "ABŞ etirazları İran vətəndaşlarını
11 yanvarTramp ABŞ-nin İranda etirazçılara köməyə hazır olduğunu bəyan edib
ABŞ Prezidenti Donald Tramp İranda etirazlarla bağlı paylaşım edib. "Report"un məlumatına görə, o, bunu "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb. "İran heç vaxt indiki qədər azadlığa can atmayıb. ABŞ kömək etməyə hazırdır", - paylaşımda qeyd olunub
11 yanvarABŞ-də nüvə sınaqlarının keçirilməsi imkanı müzakirə edilir
Ağ Evdə mümkün nüvə sınaqlarının keçirilməsi ilə bağlı müzakirələr davam edir. "Report" xəbər verir ki, bunu Ağ Evdə jurnalistlərə açıqlamasında ABŞ-nin energetika naziri Kris Rayt bildirib. O qeyd edib ki, ABŞ-nin hələlik bu növ sınaqların keçirilməsi ilə bağlı konkret planı yoxdur. "Nüv
11 yanvarHonduras prezidenti ABŞ ilə bağlı qərarını ləğv edib
Honduras Prezidenti Xiomara Kastro ABŞ ilə ekstradisiya müqaviləsinin ləğvinə dair qərarını dəyişib. xəbər verir ki, dövlət başçısı bununla bağlı "X" platformasında bəyanat dərc edib. O bildirib ki, ölkələr arasındakı ekstradisiya müqaviləsinin ləğvini elan edən 28 avqust 2024-cü il tarixl
11 yanvar