"Heç bir dövlət Azərbaycanla hədə-qorxu ilə danışa bilməz"- Deputat

"Heç bir dövlət Azərbaycanla hədə-qorxu ilə danışa bilməz"- Deputat"Dünyada güc amili ön plana keçmişdi. Azərbaycan bu gün istər iqtisadi, istər siyasi, istərsə də hərbi cəhətdən güclü bir dövlətdir. Heç bir dövlət, ölkə Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə danışa bilməz. Azərbaycana qarşı çıxmaq istəyən dövlətlər Qarabağ müharibəsində və sonrakı dövrlərdə ölkəmizin gücünü gördülər".

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a deyib.

Deputat qeyd edib ki, iqtisadi inkişafın yüksəlməsinə təsir edən müsbət amillərdən biri də vergi və gömrük orqanlarında aparılan islahatlar və burada şəffaflığın təmin edilməsidir. Bu il Azərbaycanın dövlət büdcəsi rekord həddə - 32 milyard manatdan çox olub:

"Prezident cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatların reallaşdırılması nəticəsində ölkəmizdə böyük iqtisadi inkişafa nail olunub. Bu gün Azərbaycan dünyada az ölkələrdəndir ki, müstəqil iqtisadi siyasət həyata keçirir və heç bir ölkədən asılı olmayan iqtisadiyyata malikdir.
Prezident cənab İlham Əliyev 11 iyul tarixində 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə ölkəmizdə iqtisadiyyatın dayanıqlı inkişafı barədə çıxış etdi. Ölkə başçımızın iqtisadi strategiyasının əsasını neft-qaz sektoru ilə paralel qeyri neft-qaz sənayesinin inkişaf etdirilməsi təşkil edir. Azərbaycanda qeyri-neft sektoru bütün sahələrdə sürətli şəkildə inkişaf etdirilir. Aparılan məqsədyönlü siyasət nəticəsində ölkəmizdə qeyri-neft sənayesi 6,5 faiz artmışdır. İqtisadi inkişafın yüksəlməsinə təsir edən müsbət amillərdən biri də vergi və gömrük orqanlarında aparılan islahatlar və burada şəffaflığın təmin edilməsidir. Bu il Azərbaycanın dövlət büdcəsi rekord həddə - 32 milyard manatdan çox olmuşdur. İlin birinci yarısında dövlət büdcəsinə əlavələr daxil olmuşdur. Bu vəsait ordumuzun təkmilləşdirilməsinə və işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasına sərf ediləcək.
Müasir dünyada inkişaf etmiş dövlətlərdə belə idxal ixracı üstələyir. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, ixrac idxalı dəfələrlə üstələyir. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin əsasını Azərbaycan vətəndaşlarının rifahının yüksəldilməsi təşkil edir.
Ölkə başçımız müşavirədə Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış planı barədə Azərbaycan dövlətinin mövqeyi və həyata keçirdiyi işlər barədə də məlumat verdi. İlkin mərhələdə Qarabağ və Şərqi Zənhəzurun 100 dən çox yaşayış məntəqəsində yenidənqurma işlərinin aparılması nəzərdə tutulmuşdur. İlin sonuna qədər Laçının Zabux və Sus kəndlərinin sakinləri öz evlərinə dönəcək. 2023- cü ilin sonuna qədər isə işğaldan azad edilmiş bir şəhər və 4 kəndimizin sakinləri öz doğma ocaqlarına dönəcəklər. Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulmasına ümumilikdə bu ilin sonuna qədər 12 milyard manatın ayrılmadı nəzərdə tutulmuşdur. Bu gün Qarabağ və Şərqi Zəngəzurla yanaşı ölkəmizin bütün bölgələrində böyük infrastruktur layihələr həyata keçirilir.
Prezident cənab İlham Əliyev dünyada gedən geosiyasi vəziyyət və Azərbaycan dövlətinin öz təhlükəsizliyi və müstəqilliyinin qorunması istiqamətində atdığı addımlardan və ölkəmizin dünyada artan nüfuzu barədə çıxış etdi. Sirr deyil ki, bu gün dünyada beynəlxalq hüquq işləmir və böyük dövlətlər bu hüququ pozur. Dünyada güc amili ön plana keçmişdi. Azərbaycan bu gün istər iqtisadi, istər siyasi, istərsə də hərbi cəhətdən güclü bir dövlətdir. Heç bir dövlət, ölkə Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə danışa bilməz. Azərbaycana qarşı çıxmaq istəyən dövlətlər Qarabağ müharibəsində və sonrakı dövrlərdə ölkəmizin gücünü gördülər. Bugünkü Azərbaycan Ordusu Vətən müharibəsindəki qalib ordudan daha güclü bir ordudur. Ermənistan rəhbərliyi də başa düşməlidir ki, onların güclü Azərbaycan dövləti ilə sülh müqaviləsi bağlamaqdan başqa variantları qalmamışdır. Son dövrlər Ermənistan rəhbərliyi Qarabağ və anklav kəndlər də daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirmişdi. Ermənistan rəsmiləri sülh müqaviləsinə imza atarsa regionda tezliklə sülh bərqərar olar".

O vurğulayıb ki, yaxın vaxtlarda Azərbaycanda istehsal olunan yaşıl enerji Avropa dövlətlərinə də ixrac olunacaq:
"Azərbaycanda beynəlxalq əhəmiyyətli iqtisadi layihələr də uğurla icra edilir. Azərbaycam Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin qovşağında yerləşdiyindən ölkəmizdə nəqliyyat-loqistika sahələrində böyük layihələr başa çatdırılmışdır. Ölkəmizdə inşa edilmiş Ələt Azad İqtisadi Zonası region dövlətləri ilə yanaşı bütün dünya üçün çox əhəmiyyətlidir. Ələt Azad Iqtisadi Zonasına dünya dövlətlərinin marağı artmaqdadır. Bu gün Azərbaycan dünyada yaşıl enerji mənbəyi kimi tanınır. Ölkəmizdə elektrik enerjisi istehsal edən külək və elektrik enerji stansiyaları inşa etdirilir. Yaxın vaxtlarda Azərbaycanda istehsal olunan yaşıl enerji Avropa dövlətlərinə də ixrac olunacaq.
Azərbaycan dövləti ölkəmuzdə ekoloji vəziyyətin yaxşılaşdırılmasına və təbiətin qorunmasına böyük diqqət ayırır. Müşavirədə Prezident cənab İlham Əliyev son günlər Gədəbəyin Söyüdlü kəndində baş verən hadisəyə də öz münasibətini bildirdi. Ölkə başçımız Söyüdlü kəndinin sakinlərinin qaldırdığı problemlərdə haqlı olduqlarını vurğuladı. Təəssüf ki, Söyüdlü kəndində fəaliyyət göstərən xarici investorlar, ekologiyanın qorunmasına nəzarət edən qurumlar böyük səhlənkarlığa yol vermişdilər. Nəticədə ölkəmizin ekoloji durumuna ziyan vurulmuşdur. Vəziyyətdən istifadə edən bəzi şəxslər də əhali ilə polislər arasında narazılıqlar yaratmağa cəhd etmişdilər. Bu şəxslər müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmuşdular. Azərbaycan dövləti hüququ, demokratik dövlətdir. Kimliyindən asılı olmayaraq hər kəs qanun qarşısında məsuliyyət daşıyır".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 699   Tarix: 19 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr