Studiyada Natəvan Babayeva idi... - FOTOLAR
Xəbər verdiyimiz kimi, bu gün tanınmış aparıcı Natəvan Babayeva uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib. Aparıcının ölüm xəbərini media nümayəndələri ilə yanaşı, tamaşaçılar da dərin hüznlə qarşılayıb.
"Qafqazinfo" bu məqamda Natəvan Babayevanın jurnalistika fəaliyyəti ilə bağlı bəzi maraqlı məqamları təqdim edir.
1977-ci ildə dünyaya gələn Natəvan Babayeva Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. O, qısa müddət "Sara Xəbər"də çalışıb.
Bundan sonra isə onun karyerasının ANS dövrü başlayıb. 2000-ci ilin avqustun 24-də sözügedən kanalda fəaliyyətə başlayan aparıcı, 16 il burada çalışıb.
Natəvan Babayeva ANS məktəbi keçən ən peşəkar aparıcılardan biri idi. O, canlı efirə məsuliyyətini müsahibələrinin birində belə qeyd etmişdi:
"Efirə çıxmaq məcburiyyətində olduğum vaxtlar olub. Əziz nənəm rəhmətə gedən günün axşamı efirə çıxdım, çox ağır oldu. Sözsüz, aparıcının üz cizgiləri ilə xəbərə münasibəti olmalıdır. Həmin günü birtəhər proqramı yola verdim. Amma daha sonra mənimlə yaşıd, çox sevdiyim bibim oğlu rəhmətə getdi. Onun həyatdan cavan köçməsi bütün qohum-əqrəba kimi məni də sarsıtmışdı. Təsəvvür edin, dəfn olunan günün səhəri, gözlərim şişmiş halda efirə çıxmalı oldum. Həm də mart ayının 22-si, televiziya qarşısında oturan tamaşaçıların bayram əhval-ruhiyyəsində olduğu bir gündə. Yas içində olsam da, tamaşaçıya gülümsəməliyəm... Axı evdə faciə baş verib, mənim ətrafımda olan əzizlərim, qəlbim yas içindədir... Çox çətinliklə birtəhər özümü toparlayıb xəbərləri oxudum, hətta gülümsədim də. Cəhdlərimə baxmayaraq, kədərli olmağım yenə də efirdə hiss olunmuşdu. Reklam arası Mirşahin müəllim zəng vurub dedi ki, "Tamaşaçıların xəbəri var, sən hüznlüsən?". Onun bu sözləri az da olsa, kefimi açdı. Onda bir daha başa düşdüm ki, bizim işimiz spesifik sahədir, haradasa artistliyə yaxınıq".
Qeyd edək ki, aparıcının son iş yeri AzTV olmuşdu.










Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4625 Tarix: 20 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq
Bu ildən Həcc ziyarətinə gedəcək azərbaycanlı zəvvarlar üçün sağlamlıqla bağlı əlavə tələblər tətbiq olunacaq. Qaynarinfo "Xəzər" TV-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı bu tələbləri ötən ildən tətbiq edir və tələblərə əməl etməyən bəzi Həcc missiyaları cərimələnib. Qafqaz Müsəlmanlar
6 oktyabrSabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırıb
Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırıb. -a istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib. Rayon sakini olan 17 yaşlı yeniyetmə 14 yaşlı qızı evlənmək məqsədi ilə qaçırıb. Oktyabrın 1-də bu barədə Sabirabad Rayon Polis Şöbəsinə məlumat daxil olub. Daxil olan müraciət üzrə onla
6 oktyabrSabah yağış yağacaq
Bakıda və Abşeron yarımadasında oktyabrın 6-da fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Gecə və səhər bəzi yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperatur
5 oktyabrBəzi yollarda sürət həddi bərpa olundu
Yağışlı hava şəraiti ilə əlaqədar bir sıra yollarda endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. Bu barədə -a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Qeyd edək ki, oktyabrın 3-də müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olara
5 oktyabrKimlərin kredit borcu SİLİNƏ BİLƏR? - Ekspertdən AÇIQLAMA
Kredit borcunun silinməsi ilə bağlı müxtəlif hallar mövcud olsa da, borcalanın sadəcə maddi çətinlik yaşaması borcun avtomatik olaraq ləğv edilməsi üçün əsas sayılmır. Borcalanın vəfat etməsi, kreditin sığortalanması, bankın borcu bağışlaması, dövlət tərəfindən xüsusi qərarın qəbul edilməsi, iddia müddətini
5 oktyabrErmənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin raket və artilleriya atəşinə tutulmasından 6 il ötür. xatırladır ki, 2020-ci il oktyabrın 5-də Bərdə şəhərinin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına raket mərmiləri düşüb. Nəticədə 2 nəfər həlak olub,
5 oktyabr"Bu o deməkdir ki, biz öz işimizi başa düşməmişik"
"Bu gün bizim məktəbimizin ən vacib müzakirə mövzusu şagirdlərimizin öyrənib-öyrənməməsidir. Şagirdlər öyrənirsə, deməli, hər şey yaxşıdır". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda çıxışı zamanı bildirib
5 oktyabr