Ermənistanın "qırmızı xətti": Paşinyan nəyə eyham vurdu?

Ermənistanın "qırmızı xətti": Paşinyan nəyə eyham vurdu?"Ermənistanın niyyəti bəllidir. Xüsusilə də 44 günlük savaşdan sonra İrəvan özünün düşdüyü ağır durumda və ağır şərtlər altında sülh prosesinin davam etməsini və sülh müqaviləsinin bağlanmasını istəmir. Ermənistan özünün xaricdə olan havadarlarının və böyük dövlətlərin təşviqi ilə prosesi hansısa bir müddətə qədər uzatmaq, bölgədə yeni geopolitik dəyişiklər və reallıqlar yaranana qədər gözləmək istəyir".

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.

O, Ermənistan Baş naziri Nikol Paşinyanın "France-Presse" qəzetinə verdiyi müsahibəsinə toxunub.

Baş nazir müsahibəsində İrəvanın "qırmızı xətləri"ni Ermənistanın ərazi bütövlüyü və suverenliyi, eləcə də "Dağlıq Qarabağ"ın hüquq və təhlükəsizliyi olduğunu bildirib.

Öz növbəsində, O.Qasımov söyləyib ki, buna görə də Ermənistan müxtəlif maddələri ortaya atır, eləcə də proses bəzi terminlərlə manipulyasiya edilir:

"Bu Ermənistanın niyyətidir və dəfələrlə söylənilib. Xüsusilə də Brüssel görüşündən sonra sülh prosesi ilə bağlı müəyyən addımların atıldığı və tərəflərin qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanıması ilə əlaqədar verilən bəyanatlar müəyyən ümidlər yaradırdı. Hətta Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Brüssel görüşündən sonra verdiyi bəyanat və orada ölkələrin ərazi bütövlüyü ilə bağlı mövqelərində qəti olduqlarını bildirməsi maraqlı və olduqca ümidverici bir amil idi".

Analitikə görə, Ermənistan tərəfi "qırmızı xətlər" deyərkən burada Ermənistanın beynəlxalq hüquqla təsbit olunmuş sərhədləridir ki, bunu da anlamaq olar.:

"O ki qaldı Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyi, hansısa "blokada" haqqında söylədiyi hədyanlar, Azərbaycana qarşı beynəlxalq təbliğat şousu və basqıları artırmaq üçün ortaya atılan məsələlərə, əlbəttə ki, bu mövqe prosesi gərginləşdirir. Bu, sülh prosesini yubatmağa hesablanmış bir addımdır. Çünki Azərbaycan dəfələrlə qəti şəkildə bildirib ki, Qarabağda yaşayan ermənilərin məsələsi Azərbaycanın daxili işidir və Azərbaycan orada yaşayan insanların bütün hüquq və təhlükəsizliyinin təmin ediləcəyini bəyan edib. Hətta Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə dünən Şuşada bunu səsləndirdi. Haqlı olaraq məsələ bu cür qoyulur ki, Qarabağda yaşayan 25-30 min nəfər erməninin Azərbaycanda yaşayan digər etnik azlıqlardan heç bir ayrıca üstünlüyü yoxdur və ola bilməz. Azərbaycanda yaşayan hər bir ölkə vətəndaşı bu ölkənin tamhüquqlu vətəndaşıdır və ona verilən konstitusion hüquqlardan sərbəst şəkildə istifadə etmək hüququna malikdir".

Analitik əlavə edib ki, bu baxımdan, Ermənistanın hər dəfə bu məsələləri gündəmə gətirməsi prosesi uzatmağa yönəlib:

"Çünki Ermənistanın Azərbaycanın ortaya qoyduğu 5 maddəlik sülh təklifinə hansısa bir düzəliş, yaxud əlavələr etməyə imkanı yoxdur. Hətta buna qarşı daha konstruktiv bir təklif belə verməyib. İrəvan sadəcə olaraq prosesi uzatmaq, hazırkı status-kvonu davam etdirmək üçün Qarabağ erməniləri məsələsini ortaya atır ki, bu da bir başa Azərbaycanın daxili işlərinə qarışmaqdır. Bu, qəbul edilə bilməz və Ermənistan həddini bilməlidir".

"Dövlət başçısı dünən bildirdi ki, əgər proseslər normal şəkildə gedərsə və Ermənistan konstruktiv davranarsa, onda ilin sonuna qədər sülh müqaviləsinin bağlanmasına ümid etmək olar. Amma bu, olmayacaqsa, bölgədə gərginlik davam edəcək. Bunun, əlbəttə ki, bölgə ölkələrinə, xüsusən də Ermənistanın özünə ciddi zərəri dəyəcək ki, ermənilər də bunu bilməlidir. Ermənistan Azərbaycanın daxili işlərinə burun soxmaqdan əl çəkməlidir. Xüsusən də Azərbaycan ərazilərindəki hərbi birləşmələrinin çıxarılmasını təmin etməli və Qarabağdakı hərbi xuntaya maliyyə yardımı göstərməyi dayandırmalıdır. Bunlar Azərbaycan ərazilərini işğal altında saxlamaq cəhdləridir ki, bunlardan ən çox ziyan görən İrəvan olacaq", – fikirlərini yekunlaşdırıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 623   Tarix: 22 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

Kanadanın Baş naziri Mark Karni bu ay Türkiyəyə səfər etməyi və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, bu, Kanada Baş nazirinin Türkiyəyə ilk rəsmi səfəri olacaq

4 oktyabr
.

Rusiya Ukraynanın iki yük gəmisini vurduğunu açıqladı

Rusiya Müdafiə Nazirliyi Qara dənizdə Ukraynaya məxsus iki quru yük gəmisinin vurulduğunu açıqlayıb. Reuters-ə istinadən xəbər verir ki, Moskvanın məlumatına görə, gəmilərdən biri hərbi texnika, digəri isə hərbi təyinatlı yüklər daşıyıb. Rusiya həmçinin Çornomorsk limanında yanacaq anbarlarına zərb

5 oktyabr
.

Tarixin ən böyük avtomobil tıxacı 12 gün davam edib: Harada baş verib?

Tarixin ən böyük avtomobil tıxacı tam 12 gün davam edib və təxminən 100 kilometr məsafəyə uzanıb. Hadisə o qədər qeyri-adi olub ki, dünya mediasının manşetlərinə çıxıb. Qaynarinfo "Supercar Blondie" nəşrinə istinadən xəbər verir ki, tıxac 2010-cu ildə Çində yaranıb. Bu ölkədə avtomobil tıxaclar

5 oktyabr
.

Qonşu ölkədə kartof od tutub yanır - Bir ildə kəskin bahalaşma

Rusiyada kartof tərəvəzlər arasında qiymət artımına görə ilk sıraya çıxıb. xəbər verir ki, avqustun sonuna kartofun orta pərakəndə satış qiyməti kiloqramı 59,1 rubla (1,23 manat) çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,3 faiz çoxdur. Topdansatış qiyməti isə 33,6 faiz artaraq kiloqramı 22,

4 oktyabr
.

Pezeşkian: İran yeni iqtisadi plan hazırlayıb

İran yeni iqtisadi plan hazırlayıb. "Report" xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkə hesabında məlumat paylaşıb. "Hökumət xüsusi şəraiti idarə etmək üçün yeni mövqe tutub. Ötən aylarda düşmənin planı, İran xalqına təzyiq göstərmək məqsədil

4 oktyabr
.

Özbəkistanda yeni qaz yatağı kəşf edilib

Özbəkistanda Üstyurt regionunun mərkəzi hissəsində aparılan geoloji-kəşfiyyat işləri nəticəsində yeni "Karatau" qaz-kondensat yatağı kəşf edilib. xəbər verir ki, bu barədə "Özbəkneftqaz" məlumat yayıb. Qaraqalpaqstan Respublikasının Muynak rayonu ərazisində yerləşən Karatau sahəsind

5 oktyabr
.

Hörmüz boğazındakı vəziyyət qlobal ərzaq böhranına səbəb ola bilər

"The Wall Street Journal" (WSJ) qəzetinin Beynəlxalq Ticarət Palatasının (ICC) baş katibi Con Dentonun bəyanatına istinadən verdiyi məlumata görə, Hörmüz boğazında nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər. xəbər verir ki, məqalədə deyilir ki, "Yaxın Şərqin həyati əhəmiyyətl

5 oktyabr
.

Norveçdə ictimai yerlərdə süni intellektlə təchiz olunmuş eynəklərdən istifadə qadağan ediləcək

Norveç hökuməti bir sıra ictimai yerlərdə süni intellektlə (Sİ) təchiz edilmiş eynəklərdən istifadəyə müvəqqəti qadağa tətbiq edəcək. Bu barədə bazar ertəsi ölkənin NRK ictimai yayım şirkəti məlumat yayıb. "Yeni və güclü texnologiyaların bundan xəbərsiz olan insanların fotoşəkillərinin çəkilməsi

5 oktyabr
.

Foto və güzgüdə niyə fərqli görünürük: Hansı görüntü həqiqətə daha yaxındır?

Yəqin ki, hər kəsin başına belə bir vəziyyət gəlib: evdən çıxarkən güzgüyə baxırsan və görünüşünün Olimpiya tanrıları ilə rəqabət apara biləcəyini düşünürsən. Qaynarinfo xəbər verir ki, sonra həmin gün foto çəkdirirsən, şəkilə baxanda isə hər şeyin niyə bu qədər pis göründüyünü anlamayaraq təəccüblənirsən

5 oktyabr