İranın Qərblə GİZLİ ƏMƏKDAŞLIĞI – Tehrana silah istehsalında kim YARDIM EDİR?

İranın Qərblə GİZLİ ƏMƏKDAŞLIĞI – Tehrana silah istehsalında kim YARDIM EDİR?İranın Rusiyaya Ukraynada istifadə etmək üçün verdiyi "Şahed" PUA-larında İrlandiyada istehsal olunan detallar üzə çıxıb.

Bu barədə Qərb mətbuatı yazıb.

Bu isə Qərbdə və xüsusən də Ukraynada geniş etiraza səbəb olub. Bu fonda yaşanan qalmaqal böyüyür. İran istehsalı "Şahed" PUA-larında İrlandiyada istehsal olunan hissələr aşkarlanması Dublin hökumətini hərəkətə keçməyə məcbur edib.

"İrish Times" qəzeti, Rusiyanın Ukraynaya qarşı müharibədə istifadə etdiyi dronlarda İrlandiya istehsalı olan hissələrin olması iddiasını dərc etdikdən sonra, İrlandiyanın Ticarət və Əmək Nazirliyi bununla bağlı araşdırma apardığını açıqlayıb.

Bu barədə İrlandiyanın baş naziri Leo Varadkar da açıqlama verib:

"Həmin dronların vurulmasından xəbərimiz var. Biz buna uyğun olaraq araşdırma aparırıq. Biz heç bir İrlandiya şirkətinin sanksiyaları poza biləcəyinə inanmırıq. Ola bilsin ki, hansısa üçüncü tərəf sanksiyaları pozub. Biz buna çox ciddi yanaşırıq".

Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirir ki, baş verən hadisəyə görə İranla yanaşı, İrlandiya da çətin duruma düşəcək:

"İrlandiyanın İranla əlaqəsi ilk dəfədir ki, gündəmə gəlir. Bu hal baş veribsə, onu ancaq İran kəşfiyyatının əli ilə ediblər. Yəqin PUA-lar üçün həmin detalları ya İngiltərə üzərindən, ya da Dubay vasitəsilə satıblar.

Çünki İrlandiyanın birbaşa İranla əlaqəyə girməsi mümkünsüzdür.
Lakin bu hal baş veribsə, Qərbin təzyiqinə tuş gəlməmək üçün Dublin həmin addımdan əl çəkməli olacaq. Həmin işlə məşğul olan şirkəti də cəzalandıracaqlar. Buna baxmayaraq, İrlandiyaya sanksiya tətbiq ediləcəyi elə də real deyil. Amma buna getməsələr, Qərb hörmətdən düşəcək. Bu insidentə görə, İran da, İrlandiya da ilişəcək".

Bizim.Media


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 769   Tarix: 22 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

Kanadanın Baş naziri Mark Karni bu ay Türkiyəyə səfər etməyi və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, bu, Kanada Baş nazirinin Türkiyəyə ilk rəsmi səfəri olacaq

4 oktyabr
.

Rusiya Ukraynanın iki yük gəmisini vurduğunu açıqladı

Rusiya Müdafiə Nazirliyi Qara dənizdə Ukraynaya məxsus iki quru yük gəmisinin vurulduğunu açıqlayıb. Reuters-ə istinadən xəbər verir ki, Moskvanın məlumatına görə, gəmilərdən biri hərbi texnika, digəri isə hərbi təyinatlı yüklər daşıyıb. Rusiya həmçinin Çornomorsk limanında yanacaq anbarlarına zərb

5 oktyabr
.

Tarixin ən böyük avtomobil tıxacı 12 gün davam edib: Harada baş verib?

Tarixin ən böyük avtomobil tıxacı tam 12 gün davam edib və təxminən 100 kilometr məsafəyə uzanıb. Hadisə o qədər qeyri-adi olub ki, dünya mediasının manşetlərinə çıxıb. Qaynarinfo "Supercar Blondie" nəşrinə istinadən xəbər verir ki, tıxac 2010-cu ildə Çində yaranıb. Bu ölkədə avtomobil tıxaclar

5 oktyabr
.

Qonşu ölkədə kartof od tutub yanır - Bir ildə kəskin bahalaşma

Rusiyada kartof tərəvəzlər arasında qiymət artımına görə ilk sıraya çıxıb. xəbər verir ki, avqustun sonuna kartofun orta pərakəndə satış qiyməti kiloqramı 59,1 rubla (1,23 manat) çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,3 faiz çoxdur. Topdansatış qiyməti isə 33,6 faiz artaraq kiloqramı 22,

4 oktyabr
.

Pezeşkian: İran yeni iqtisadi plan hazırlayıb

İran yeni iqtisadi plan hazırlayıb. "Report" xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkə hesabında məlumat paylaşıb. "Hökumət xüsusi şəraiti idarə etmək üçün yeni mövqe tutub. Ötən aylarda düşmənin planı, İran xalqına təzyiq göstərmək məqsədil

4 oktyabr
.

Özbəkistanda yeni qaz yatağı kəşf edilib

Özbəkistanda Üstyurt regionunun mərkəzi hissəsində aparılan geoloji-kəşfiyyat işləri nəticəsində yeni "Karatau" qaz-kondensat yatağı kəşf edilib. xəbər verir ki, bu barədə "Özbəkneftqaz" məlumat yayıb. Qaraqalpaqstan Respublikasının Muynak rayonu ərazisində yerləşən Karatau sahəsind

5 oktyabr
.

Hörmüz boğazındakı vəziyyət qlobal ərzaq böhranına səbəb ola bilər

"The Wall Street Journal" (WSJ) qəzetinin Beynəlxalq Ticarət Palatasının (ICC) baş katibi Con Dentonun bəyanatına istinadən verdiyi məlumata görə, Hörmüz boğazında nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər. xəbər verir ki, məqalədə deyilir ki, "Yaxın Şərqin həyati əhəmiyyətl

5 oktyabr
.

Norveçdə ictimai yerlərdə süni intellektlə təchiz olunmuş eynəklərdən istifadə qadağan ediləcək

Norveç hökuməti bir sıra ictimai yerlərdə süni intellektlə (Sİ) təchiz edilmiş eynəklərdən istifadəyə müvəqqəti qadağa tətbiq edəcək. Bu barədə bazar ertəsi ölkənin NRK ictimai yayım şirkəti məlumat yayıb. "Yeni və güclü texnologiyaların bundan xəbərsiz olan insanların fotoşəkillərinin çəkilməsi

5 oktyabr
.

Foto və güzgüdə niyə fərqli görünürük: Hansı görüntü həqiqətə daha yaxındır?

Yəqin ki, hər kəsin başına belə bir vəziyyət gəlib: evdən çıxarkən güzgüyə baxırsan və görünüşünün Olimpiya tanrıları ilə rəqabət apara biləcəyini düşünürsən. Qaynarinfo xəbər verir ki, sonra həmin gün foto çəkdirirsən, şəkilə baxanda isə hər şeyin niyə bu qədər pis göründüyünü anlamayaraq təəccüblənirsən

5 oktyabr