"Nə gizlədim..." - "Qarabağ"a qayıtdı, səmimi ETİRAF ETDİ
"Partizan"ı "Qarabağ"a dəyişən Patrik Andrade Sportinfo.az-a müsahibə verib.
Sonxeber.az həmin müsahibəni təqdim edir:
"Linkoln"la oyundan sonra saytımıza danışan Kabo Verde millisinin üzvü köhnə-yeni komandasına dönüşündən və geridə qalan günlərdən söz açıb.
- Yenidən "Qarabağ"ın formasını geyinməklə hansı hislər keçirirsən?
- 1 illik fasilədən sonra yenidən mənə doğma olan komandamda yer almaqdan qürur duyuram. Həmişə demişəm ki, "Qarabağ" mənim üçün ailə qədər doğmadır və bura mənim evimdir. Məşqçilər heyəti, futbolçu yoldaşlarım, klubda çalışanlar – hər kəs üçün darıxmışdım. Ümid edirəm ki, "Qarabağ"a fayda verməkdə davam edəcəyəm. Fürsətdən istifadə edib, məni komandaya qaytaran baş məşqçimizə təşəkkür edirəm.
- "Linkoln"la oyunu kənardan izlədin. Çətin idi?
- Əlbəttə, kənarda qalmaq hər bir futbolçu üçün çətindir. Baş məşqçi futbolçuların durumuna baxıb, qərar verir. Yəqin ki, bu gün üçün məsləhət beləydi. Vacib olan qələbə qazanmaq idi ki, buna da nail olduq. Bu, başlanğıcdır. Qarşıda bizi daha çətin və gərgin oyunlar gözləyir. Ümid edirəm ki, həmin matçlarda da əlimizdən gələnin ən yaxşısını edib, azarkeşlərimizi sevindirəcəyik.
- Əvvəlki Patriki görmək üçün nə qədər vaxta ehtiyac var?
- Komandanın hazırlığına gec qoşulduğumu bilirsiniz. Ona görə də zamana ehtiyacım var. Birdən-birə meydana çıxmağım doğru olmaz. Baş məşqçinin tələblərinə tam cavab verməliyəm ki, şans gözləyim. Ən qısa zamanda "Qarabağ"a kömək edəcəyimə inanıram.
- "Partizan"da olanda "Qarabağ" və Azərbaycan üçün darıxırdın?
- Nə gizlədim, darıxırdım. Demək olar hər gün Kevin Medina və millidəki komanda yoldaşım Leandro Andrade ilə danışırdım. Özlərinə də deyirdim ki, "Qarabağ" üçün çox darıxıram və onların yanında olmaq istəyirəm. Gördüyünüz kimi, artıq buradayam.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 949 Tarix: 23 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Sabah" "Şəfa"ya qarşı
Bu gün Misli Premyer Liqasında 5-ci tura yekun vurulacaq. "Qafqazinfo" xəbər verir ki, 4-cü oyun günündə 1 matç keçiriləcək. Son çempion "Sabah" 19:00-da "Şəfa"nın qonağı olacaq. 19:00. "Şəfa" - "Sabah". Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Zöhra
14 sentyabrAzərbaycanın daha 3 boksçusu Avropa çempionatının 1/4 finalına yüksəlib
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında Azərbaycan millisinin daha 3 idmançısı 1/4 finala vəsiqə qazanıb. Bu barədə -a Azərbaycan Boks Federasiyasından məlumat verilib. Sübhan Mamedov (50 kq) 1/8 finalda Emanuel Koça (Albaniya) ilə döyüşüb. Görüş 5:0 (30:27, 30:26, 30:27, 30:27
21 sentyabrNene "Fənərbağça"dan ayrılmaq istəyir
Malidən olan futbolçu Dorqeles Nene Türkiyənin "Fənərbağça" klubundan ayrılmaq istəyir. xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi qış transfer dönəmində İstanbul təmsilçisi ilə vidalaşmaq niyyətindədir. Afrikalı oyunçu artıq bununla bağlı agentin
22 sentyabrKoxalski "Qarabağ"dan ayrılma səbəbini açıqladı
"Qarabağ"ın sabiq qapıçısı Mateuş Koxalski "Qarabağ"dan ayrılmaq səbəbi haqqında danışıb. "Qafqazinfo" xəbər verir ki, o, karyerasını Avropada qurmaq üçün Azərbaycan təmsilçisini tərk etdiyini bildirib. "Mən Avropaya qayıtmaq istəyirdim. Nəzəri olaraq, Azərbaycan avrokuboklard
22 sentyabr"Zirə"nin futbolçusu Abdul Aziz "Karvan-Yevlax"a keçib
"Karvan-Yevlax" heyətinə daha bir futbolçu qatıb. xəbər verir ki, bu barədə I Liqa təmsilçisi məlumat yayıb. Bölgə klubu "Zirə"dən Abdul Azizi icarəyə götürüb. 20 yaşlı hücumçu 6 ay Yevlax komandasında çıxış edəcək
15 sentyabr"Naxçıvan" ABŞ-li basketbolçu Kristian Konseni transfer edib
"Naxçıvan" klubu ABŞ-dən olan basketbolçu Kristian Konse ilə 1 illik müqavilə imzalayıb. Bu barədə -a bölgə təmsilçisinin mətbuat ixmdətindən məlumat verilib. 196 sm boya malik 26 yaşlı oyunçu ötən mövsümü "Quba" klubunda keçirib
17 sentyabrAzərbaycan Kubokunun püşkü atıldı
Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkatma mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, tədbirdə təsnifat mərhələlərində qarşılaşacaq cütlüklər müəyyənləşib. Azərbaycan Kuboku. I təsnifat mərhələsi. 7-8 oktyabr. "Marafon" - "Dinamo". "Qarada
18 sentyabrAzərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər
Qadınlardan ibarət Azərbaycan millisinin üzvləri, məşqçilər heyəti və AFFA-nın Qadın Futbolu Departamentinin əməkdaşları Qarabağ Universitetində olublar. Bu barədə -a AFFA-nın mətbuat xidmətindən məlumat verilib. Səfər çərçivəsində milli üzvləri universitetin qız tələbələri ilə görüşüblər. Görüşdə qadı
22 sentyabr"Vikinq" futbolçusu Ola Vistedi icarəyə verib
Sabahın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi Norveçin "Vikinq" komandasının futbolçusu Ola Vistedi cari mövsümün sonunadək KFUM-a icarəyə verilib. "Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı futbolçunun paytaxt komandası ilə icar
12 sentyabr