"Ərdoğan heç nəyi səbəbsiz etmir" - Türkiyə KİV-ləri
"Səfər zamanı liderlər arasında aktual regional və qlobal problemlər barəsində fikir mübadiləsi aparılacaq..."
"Türkiyə ilə İsrail arasında münasibətlərdə yeni era başlanıb..."
Netanyahu Ərdoğanla görüşə gedir, ondan öncə oraya Mahmud Abbas səfər edəcək\
Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas və İsrailin baş naziri Binyamın Netanyahu gələn həftə üç gün intervalla Türkiyəni ziyarət edəcək.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin dəftərxanası məlumat yayıb.
Məlumatda deyilir ki, səfərlərin gedişində aktual regional və qlobal problemlər barəsində fikir mübadiləsi aparılacaq.
Mahmud Abbas Türkiyəni iyulun 25-də, Binyamin Neyanyahu iyulun 28-də ziyarət edəcək.
"Bir həftə ərzində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə ayrı-ayrılıqda Fələstin prezidenti Mahmud Abbas və İsrailin baş naziri Binyamin Netanyahunu qəbul edəcək.
Liderlər ölkəmizə prezident Ərdoğanın dəvətilə gələcək, onlar aktual regional və qlobal problemlər barəsində fikir mübadiləsi aparacaq", - bu barədə Türkiyə liderinin dəftərxanasına istinadən "Report" nəşri məlumat verib.
İcmalçıların fikrincə, İranın Suriyada mövcudluğu və Azərbaycanda ümumi maraqlardan əlavə, Netanyahu və Ərdoğan arasında danışıqların gündəliyində İsrail qazının Leviafan yatağından Kiprin iqtisadi sularından keçərək Türkiyənin cənubundakı Ceyhan limanına ixrac edilməsi məsələsi olacaq.
Bu limandan ixrac təkcə türklərə deyil, İsrailə də sərfəlidir, çünki Türkiyənin Avropaya qaz kəməri var və bundan, məsələn, Azərbaycan istifadə edir. Bu liman İsrail üçün yad deyil, çünki buradan Azərbaycandan İsrailə
neft nəql edilir.
Türkiyə KİV-ləri iyulun 21-də yazıb ki, "prezident Ərdoğan heç nəyi səbəbsiz etmir, bununla İsrailin baş nazirinə göstərmək istəyir ki, o, həmişə ikinci olacaq".
Mart ayında prezident İshaq Hersoqun Türkiyəyə səfəri "azadlıq flotiliyası" və 2010-cu ildə "Mavi Mərmərə" insidentindən sonra daima böhranda olan münasibətlərin bərpası məqsədini daşıyıb.
Netanyahu və Ərdoğan bundan öncə yalnız bir dəfə, 2016-cı ildə görüşüb, bu, onların ikinci görüşü olacaq.
2022-ci ilin noyabrında Ərdoğan Netanyahunu seşkilərdə qələbə münasibətilə təbrik edib, "Türkiyə ilə İsrail arasında münasibətlərin yeni erası" barədə bəyan edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 746 Tarix: 23 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Avropa Komissiyası Moldovaya 150 milyon avrodan çox vəsait ayırıb
Avropa Komissiyası Moldovaya islahatlarla bağlı 18 öhdəliyi yerinə yetirdikdən sonra inkişaf planı çərçivəsində ölkəyə 157 milyon avro maliyyə dəstəyi ayırıb. "Report" Moldova mediasına istinadən xəbər verir ki, bu barədə genişlənmə məsələləri üzrə avrokomissar Marta Kos Brüsseldə keçirilə
5 oktyabrSEPAH Hörmüz boğazında tankeri vuracağı ilə hədələyib
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından keçən tankerə zərbə endirməklə hədələyib. xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb. Bildirilib ki, hadisə Omanın Xəsəb şəhərindən 11 dəniz mili şimalda baş verib. Hörmüz boğazında
5 oktyabrYəməndə hökumət qüvvələri husilərə qarşı genişmiqyaslı əməliyyata başladı
The Guardian yazır ki, Yəmənin Səudiyyə Ərəbistanının dəstəklədiyi hökuməti ölkədə husilərin nəzarətində olan bütün əraziləri geri almaq məqsədilə yeni hərbi əməliyyata başlayıb. Qərar husilərin Taiz şəhərini hökumətin nəzarətində olan Ədənlə birləşdirən mühüm təchizat yolunu kəsməsindən sonra açıqlanıb
5 oktyabrBBC-də 2 minə qədər iş yeri ixtisar edilə bilər
BBC-də işçi ixtisarları ilə bağlı proses davam edir. The Guardian-a istinadən xəbər verir ki, yayım korporasiyasında ümumilikdə 2 minə qədər iş yerinin ləğv edilə biləcəyi açıqlanıb. İşçilər isə 2027-ci ildə əlavə ixtisarların ola biləcəyindən narahatdırlar. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]
5 oktyabrTarixin ən böyük avtomobil tıxacı 12 gün davam edib: Harada baş verib?
Tarixin ən böyük avtomobil tıxacı tam 12 gün davam edib və təxminən 100 kilometr məsafəyə uzanıb. Hadisə o qədər qeyri-adi olub ki, dünya mediasının manşetlərinə çıxıb. Qaynarinfo "Supercar Blondie" nəşrinə istinadən xəbər verir ki, tıxac 2010-cu ildə Çində yaranıb. Bu ölkədə avtomobil tıxaclar
5 oktyabrFoto və güzgüdə niyə fərqli görünürük: Hansı görüntü həqiqətə daha yaxındır?
Yəqin ki, hər kəsin başına belə bir vəziyyət gəlib: evdən çıxarkən güzgüyə baxırsan və görünüşünün Olimpiya tanrıları ilə rəqabət apara biləcəyini düşünürsən. Qaynarinfo xəbər verir ki, sonra həmin gün foto çəkdirirsən, şəkilə baxanda isə hər şeyin niyə bu qədər pis göründüyünü anlamayaraq təəccüblənirsən
5 oktyabrEritreya Efiopiya ilə diplomatik əlaqələri tamamilə kəsdi
Eritreya hökuməti Efiopiya ilə bütün diplomatik münasibətləri kəsmək barədə qərar qəbul edib. "Interfax"a istinadən xəbər verir ki, rəsmi Əsməranın bu qərarı Əddis-Əbəbənin Eritreyadakı səfirliyini bağlamaq və 10 eritreyalı diplomatı "persona non grata" (arzuolunmaz şəxs) elan etmə
4 oktyabrŞimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 21-ə yüksəlib
Şimali Kiprin Girnə şəhəri sahillərində batan sərnişin gəmisində itkin düşənlərin axtarışı zamanı daha bir nəfərin meyiti aşkarlanıb. "Haber Global"a istinadən xəbər verir ki, meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün DNT analizinə başlanılıb. Bununla da qəza nəticəsində ölənlərin say
5 oktyabr