İlanla rastlaşdıqda nə etməli?

İlanla rastlaşdıqda nə etməli?Son günlər ölkədə ilan sancmalarının sayı artıb. Hətta bir neçə gün əvvəl həmkarlarımızdan biri də sosial şəbəkədə övladını ilan sancdığını, vaxtında müdaxilə edildiyi üçün sağ qaldığını paylaşmışdı. Ümumiyyətlə, isti yay günlərində ilan və digər zəhərli həşəratlar aktivləşdiyi üçün belə xəbərlərlə tez-tez rastlaşırıq. Təsadüfi deyil ki, təkcə ötən ay ərzində ilan sancmış 17 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib.

Bəs ilan hücumu ilə qarşılaşan şəxs nə etməlidir? Belə hallarda xəstəyə ilkin tibbi yardım necə edilir?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyir ki, ilan, əsasən, yuxarı və aşağı yumşaq hissələri dişləyir. Həmin yeri bağlamaq, çərtmək, zəhəri sovurmaq, yandırmaq, yaraya sarımsaq və ya qatıq kimi vasitələr sürtmək lazım deyil: "Ötən ay bizə müraciət edən 17 nəfərdən beşinin vəziyyəti kəskin ağır olub. Xoşbəxtlikdən, ölüm hadisəsi olmayıb. Bəzi xəstələr 21 gün ərzində xəstəxanada müalicə alıb. Bir şəxsi ilan sancan zaman ilkin olaraq dəri qızarır, şişir, göyərməyə başlayır. Yanlış müdaxilə, türkəçarə zərərçəkənin vəziyyətini daha da ağırlaşdıra bilər. İlk növbədə, ilan sancan tərəfi tərpətməməliyik. Əks təqdirdə, zəhər bədənə daha tez yayılar. İlkin tibbi yardım olaraq, ilan sancan yerə yod vurulmalı, buz varsa, qoyulmalı və xəstə təcili olaraq xəstəxanaya çatdırılmalıdır. Çünki ilan zəhərinə qarşı zərdab yalnız xəstəxanalarda həkimin nəzarəti altında vurula bilər".

Mütəxəssislər deyir ki, əgər ilan sancmasından sonrakı 12 saat ərzində xəstə toksikologiya mərkəzinə çatdırılsa, orada ona yardım edilə bilər. Lakin elə ilan zəhəri var ki, ona zərdab da kömək olmur. Ölkəmizdə daha çox gürzə ailəsinə aid olan ilanlara rast gəlinir. Onlardan ən zəhərlisi isə Şahmar ilan adlanan gürzədir. Onun zəhəri o qədər güclüdür ki, digər ilan zəhərlərində istifadə olunan zərdab burada köməyə çatmır. Azərbaycanda dağ və dağətəyi rayonlardan başqa, demək olar, hər yerdə gürzələr var. Onların aktivlik dövrü mart ayının sonundan noyabrın ortalarına qədər davam edir. O, yumurtadan çıxan andan artıq zəhərlidir.

Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun mütəxəssisi, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov deyir ki, ilan adamla rastlaşdıqda adətən qaçmağa yer axtarır: "Martın sonunda torpaq qızışır, ilanlar da qış yuxusundan ayılır. Onlar cütləşmə ilə bağlı qışlamadan çıxdıqları üçün daha fəal olur. İlan insanla rastlaşdıqda adətən, qaçmağa yer axtarır, yeri olmadıqda özünü qorumaq üçün hücuma keçir. İlan gördükdə sakit dayanmaq lazımdır. O zaman çıxıb gedəcək. Əgər bunu etməsək, aqressiv olacaq və sancacaq".
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, dünyada hər il 1,8-2,7 milyon insan ilan sancmasına məruz qalır. Cənub-Şərqi Asiya bölgəsi zəhərli ilanlar üçün biomüxtəlifliyin ən qaynar nöqtəsidir. Bölgədəki ilan zəhərlənməsi təxmin edilən qlobal zəhərlənmənin 70 faizini təşkil edir. Təkcə Hindistanda aparılan araşdırmalar göstərir ki, burada hər il 0,77-1,24 milyon ilan sancması nəticəsində 58 000 ölüm baş verir. Bir çox tropik xəstəliklər kimi, ölümlə nəticələnən ilan sancmasının da qarşısı vaxtında və effektiv müalicə ilə alına bilər. Adətən ilan sancmasından ən çox təsirlənən insanlar tibbi xidmətlərə və dərmanlara ən az çıxışı olan insanlardır. Buna görə də əlçatan ilkin tibbi xidmətə əsaslanan səhiyyə sisteminin olması çox önəmlidir.

T.İsgəndərovun sözlərinə görə, ilanlar yayda sərinlənmək üçün yer axtarırlar: "İlanlar, əsasən, isti, quraq yerlərdə yaşayırlar. Meşədə onların üç-dörd növünə rast gəlmək olar. İlanlar həyətlərdə atılmış əşyaların içində, tikinti materiallarının arasında, hasarların ətrafında gizlənə bilər. Eyni zamanda, bostanlarda tağların altına girə bilərlər. İlanlar sakitlik yeri sevir və gizlənmə səbəbindən biri də orada yumurta qoymaqdır. Onların yem obyektləri xırda gəmiricilər, quşlar və balalarıdır".

T. İsgəndərov əlavə edir ki, zəhərli və zəhərsiz ilanları fərqləndirən əlamətlər onların bədən quruluşudur: "Zəhərli ilanların bədənləri yoğun və gödək, quyruqları isə qısa və nazik olur. Baş hissəsində zəhər vəzləri yerləşdiyi üçün başları üçbucaq formasındadır. Zəhərsiz ilanların bədənləri nazik, quyruqları uzun olur. Bədənlə quyruğun və başın sərhədi bilinmir. İlan sancdıqdan sonra onun zəhərli və zəhərsiz olmağını seçmək üçün dişlənən yerdəki diş izlərinə diqqət etmək lazımdır. Zəhərli ilanın üst çənəsinin önündə iki ədəd zəhər dişləri var. Diş batan hissədə iki və ya bir iri qırmızı, qanlı nöqtə görünürsə, bu, zəhər dişlərinin yeridir. Zəhərsiz ilanda bu dişlər olmur, onların dişləri çənənin arxa hissəsindədir. Zəhərsiz ilan sancanda iki cərgə çoxsaylı kiçik qırmızı nöqtələr görünür ki, bu da yem dişləridir".

Yuxarıda da qeyd etdiyimiz kimi, ilan zəhərinə qarşı ən güclü vasitə zərdabdır. Bəs hazırda xəstəxanalarda lazımi qədər vaksin və zərdab varmı? TƏBİB-dən verilən məlumata görə, qurumun tabeliyindəki tibb müəssisələri zəruri vaksin və zərdablarla təmin olunub: "Tibb müəssisələrinin tələbnamələri əsasında vaxtaşırı təchizat həyata keçirilir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2337   Tarix: 23 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Gürcüstanda 35 yaşlı azərbaycanlı qətlə yetirildi

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Qardabani rayonunda 35 yaşlı həmvətənimiz qətlə yetirilib. "Qafqazinfo" yerli mediaya istinadən xəbər verir ki, hadisə dünən rayonun Nəzərli kəndində qeydə alınıb. 35 yaşlı Araz Yusubov soyuq silahla öldürülüb. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatın

5 oktyabr
.

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana qayıdıb

"Pakistanda üç nəfərin təcavüzünə məruz qalan azərbaycanlı Diana Bağıyeva nəhayət Pakistanı tərk edib və polisin müşayiəti altında Bakıya yola düşüb. xəbər verir ki, bu barədə "Daily Pakistan" nəşri yazıb. Qeyd edilib ki, Diana Bağıyevanın oktyabrın 3-də Bakıya yola salınması planlaşdırılıb

5 oktyabr
.

Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır? - Video

Bakıda illərdir hazır vəziyyətdə olan binada hələ də heç kim yaşamır. Bina tam təmir olunaraq yaşayış üçün yararlı vəziyyətə gətirilsə də, mənzillərdə sakin yoxdur. "Xəzər" TV-yə istinadən xəbər verir ki, binadakı mənzillər 26 ildir satışa çıxarılmayıb. Ətrafda yaşayanların marağına səbəb ola

4 oktyabr
.

Sürücülər üçün sığorta haqları ARTACAQ? - Ekspertdən AÇIQLAMA

Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin icbari sığortası üzrə yığımların 10,7 faiz, sığorta ödənişlərinin isə 20,2 faiz artması avtomobil sığortası bazarında ödənişlərin daha sürətli yüksəldiyini göstərir. Ödənişlərin yığımlardan daha sürətlə artması sığorta şirkətlərinin maliyyə yükünə və gələcəkd

5 oktyabr
.

Müəllim olmaq ÇƏTİNLƏŞİR: "Artıq təkcə bilik yox, dünyagörüşü də yoxlanılır"

Müəllimlər Günü ərəfəsində müəllim peşəsinin cəmiyyətdəki nüfuzu və təhsil prosesində müəllimin rolu yenidən diqqət mərkəzinə gəlir. Müəllimlərin əməkhaqqının artırılması, sertifikasiya prosesinin tətbiqi və peşəkar inkişaf imkanlarının genişləndirilməsi onların işə münasibətinə və motivasiyasına təsi

5 oktyabr
.

Sarayda "unikal" təhsil müəssisəsi: "İki min yerlik məktəbdə altı min şagird oxuyur"

Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 3 nömrəli tam orta məktəbdəki mövcud vəziyyət valideynlər arasında narazılıq yaradıb. Bu barədə -ın qaynar xəttinə (+994 55 224-12-12) vətəndaş şikayəti daxil olub. Valideyn iddia edir ki, təxminən iki min şagird üçün nəzərdə tutulan məktəbdə hazırda alt

5 oktyabr
.

Azərbaycanda əlavə iş yerləri yaradılacaq

Qanunvericiliyə "paraleqal" anlayışı daxil edilir. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Pulsuz hüquqi yardım haqqında" Qanunda əksini tapıb. Paraleqal dövlət büdcəsindən ayrılmış vəsai

5 oktyabr
.

"WhatsApp"da yeni funksiya

"WhatsApp" istifadəçilər üçün yeni funksiya təqdim edib. xəbər verir ki, yenilik sayəsində statuslarda paylaşılan videoları artıq 2x sürətlə izləmək mümkündür. Bu funksiya istifadəçilərə videolara adi sürətdən iki dəfə daha sürətli baxmağa imkan verir. Beləliklə, statuslarda paylaşılan vide

5 oktyabr
.

Azərbaycan banklarına depozit qoyuluşu il ərzində 11 %-dən çox artıb

Bu il sentyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 46 milyard 053 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,5 % çox, ilin əvvəli ilə müqayisədə 10,4 % çox, ötən il sentyabrın 1-nə nisbətən isə 11,1 % çoxdur

3 oktyabr