Qara Qarayev: "Qarabağ" daim ürəyimdə qalacaq" - YENİLƏNİB
"Qarabağlı olaraq "Qarabağ" daim ürəyimdə qalacaq".
Bunu Ağdam təmsilçisindən ayrılan Qara Qarayev şəxsi feysbuk səhifəsində yazıb.
"Köhlən atlar"dan ayrılan 31 yaşlı yarımmüdafiəçi 18 il əvvəl klubun akademiyasında seçimlərə qatıldığı anı xatırlayıb: "Həmin gündən sizi həm futbolçu, həm də bir çox oyunlarda kapitan kimi təmsil etmək çox böyük məsuliyyət idi. Bu anların hər bir saniyəsini yüksək qiymətləndirirəm və fəxr edirəm. Bu 18 il ərzində çalışdım ki, ləyaqətli şəkildə "Qarabağ"ın adını daim uca tutum və şərəflə xidmət edim. İndi isə keçmiş və hazırkı komanda yoldaşlarım, məşqçilər, klubumuzun prezidenti, bu müddət ərzində mənimlə birgə çalışmış insanlar və hər zaman mənə sevgi ilə yanaşan, dəstəkləyən, çətin və yaxşı günlərdə yanımızda olan, xoşbəxt və kədərli günləri birlikdə yaşadığımız azarkeşlərə təşəkkür edirəm. Hər zaman məni öz övladınız, qardaşınız kimi sahibləndiniz".
Təcrübəli oyunçu futbolda böyüməyi, Azərbaycan idmanı tarixindəki bütün uğurlarını bu komandaya borclu olduğunu vurğulayıb: "Bütün azarkeşlərə, eləcə də, "İmarət" və "Qarabağ ordu"ya öz sevgimi bildirmək istəyirəm, siz hər zaman ürəyimdəsiniz! Ayrılıq da sevginin bir hissəsidir".
Qeyd edək ki, Qara Qarayev 2008-ci ildən "Qarabağ"ın əsas komandasında çıxış edib.
***12:57
"Qarabağ"dan ayrılan Qara Qarayev "Neftçi" ilə danışıqlar aparır.
Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə klubun idman direktoru Zaur Əzizov bildirib.
O, qeyd edib ki, təcrübəli yarımmüdafiəçi ilə danışıqlar davam edir.
Məlumata görə, "Neftçi" Qara Qarayevlə demək olar ki, bütün məsələlərdə razılıq əldə edib. Onunla bugünlərdə müqavilə imzalanacaq.
Xatırladaq ki, Qara Qarayev 2008-2023-cü illərdə "Qarabağ"da çıxış edib.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 958 Tarix: 24 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Sabah" "Şəfa"ya qarşı
Bu gün Misli Premyer Liqasında 5-ci tura yekun vurulacaq. "Qafqazinfo" xəbər verir ki, 4-cü oyun günündə 1 matç keçiriləcək. Son çempion "Sabah" 19:00-da "Şəfa"nın qonağı olacaq. 19:00. "Şəfa" - "Sabah". Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Zöhra
14 sentyabrAzərbaycanın daha 3 boksçusu Avropa çempionatının 1/4 finalına yüksəlib
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında Azərbaycan millisinin daha 3 idmançısı 1/4 finala vəsiqə qazanıb. Bu barədə -a Azərbaycan Boks Federasiyasından məlumat verilib. Sübhan Mamedov (50 kq) 1/8 finalda Emanuel Koça (Albaniya) ilə döyüşüb. Görüş 5:0 (30:27, 30:26, 30:27, 30:27
21 sentyabrNene "Fənərbağça"dan ayrılmaq istəyir
Malidən olan futbolçu Dorqeles Nene Türkiyənin "Fənərbağça" klubundan ayrılmaq istəyir. xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi qış transfer dönəmində İstanbul təmsilçisi ilə vidalaşmaq niyyətindədir. Afrikalı oyunçu artıq bununla bağlı agentin
22 sentyabrKoxalski "Qarabağ"dan ayrılma səbəbini açıqladı
"Qarabağ"ın sabiq qapıçısı Mateuş Koxalski "Qarabağ"dan ayrılmaq səbəbi haqqında danışıb. "Qafqazinfo" xəbər verir ki, o, karyerasını Avropada qurmaq üçün Azərbaycan təmsilçisini tərk etdiyini bildirib. "Mən Avropaya qayıtmaq istəyirdim. Nəzəri olaraq, Azərbaycan avrokuboklard
22 sentyabr"Zirə"nin futbolçusu Abdul Aziz "Karvan-Yevlax"a keçib
"Karvan-Yevlax" heyətinə daha bir futbolçu qatıb. xəbər verir ki, bu barədə I Liqa təmsilçisi məlumat yayıb. Bölgə klubu "Zirə"dən Abdul Azizi icarəyə götürüb. 20 yaşlı hücumçu 6 ay Yevlax komandasında çıxış edəcək
15 sentyabr"Naxçıvan" ABŞ-li basketbolçu Kristian Konseni transfer edib
"Naxçıvan" klubu ABŞ-dən olan basketbolçu Kristian Konse ilə 1 illik müqavilə imzalayıb. Bu barədə -a bölgə təmsilçisinin mətbuat ixmdətindən məlumat verilib. 196 sm boya malik 26 yaşlı oyunçu ötən mövsümü "Quba" klubunda keçirib
17 sentyabrAzərbaycan Kubokunun püşkü atıldı
Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkatma mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, tədbirdə təsnifat mərhələlərində qarşılaşacaq cütlüklər müəyyənləşib. Azərbaycan Kuboku. I təsnifat mərhələsi. 7-8 oktyabr. "Marafon" - "Dinamo". "Qarada
18 sentyabrAzərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər
Qadınlardan ibarət Azərbaycan millisinin üzvləri, məşqçilər heyəti və AFFA-nın Qadın Futbolu Departamentinin əməkdaşları Qarabağ Universitetində olublar. Bu barədə -a AFFA-nın mətbuat xidmətindən məlumat verilib. Səfər çərçivəsində milli üzvləri universitetin qız tələbələri ilə görüşüblər. Görüşdə qadı
22 sentyabr"Vikinq" futbolçusu Ola Vistedi icarəyə verib
Sabahın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi Norveçin "Vikinq" komandasının futbolçusu Ola Vistedi cari mövsümün sonunadək KFUM-a icarəyə verilib. "Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı futbolçunun paytaxt komandası ilə icar
12 sentyabr