Ceki Çanın dodaq uçuqladan VARİDATI: Milyonlar nəyə xərclənir?

Ceki Çanın dodaq uçuqladan VARİDATI: Milyonlar nəyə xərclənir?Çin əsilli Hollivud ulduzu, sevilən aktyor Ceki Çanın varidatı haqqında məlumat yayılıb.

Aktyor daşınmaz əmlak həvəskarıdır və onun dünyanın ən müxtəlif ölkələrində saysız-hesabsız mülkləri var. Aktyor bildirib ki, bu evlərin çoxu barədə heç kimin xəbəri yoxdur.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, onun varidatının ümumi məbləği 400 milyon dollardan çoxdur. Təkcə ötən il kino sektorundan 40 milyon dollar qazanc əldə edib.

Aktyorun Mayamidə iki böyük villası, Honq-Konqda iki rezidansı, Avstraliya sahillərində futuristik stildə böyük malikanəsi, Kuki adasında villası, Pekində 14 milyon dollar dəyərində iki böyük mənzili barədə məlumat var. Aktyor Beverli Hilzdə 6 milyon dollara alınan 2000 kvadrat metrdən çox sahəsi olan böyük evdə yaşayır.

Onun bütün evlərində gizli otaqlar və gizli giriş-çıxış yolları var.

Avtomobil həvəskarı olan Ceki Çanın avtoparkında bir neçə prestijli avtomobil var.

"Bently", "Lamborghini", "Ferrari" şirkətlərinin bütün modellərini kolleksiya edib, "Mitsubişhi" və "Subaru"nun nadir nümunələri onun sevdiyi modellərdir .

"Lamborghini" Ceki Çan üçün eksklüziv avtomobillər də istehsal edib.

Ceki Çanın bir neçə şəxsi təyyarəsi var. O, "Embraer" şirkəti ilə əməkdaşlıq edir və aksiya sahibidir.

Təyyarə olar, yaxta olmazmı? Aktyor özünəməxsus 38 metrlik və 47 metrlik yaxtalarda istirahət etməyi sevir.

O, varidatının yarısının xeyriyyə məqsədi ilə istifadə olunmasını vəsiyyət edib.

Maraqlıdır ki, Ceki Çan öz doğma balalarına mülkündən heç nə verməyəcəyini də bildirib. Deyilənə görə, o möhtəşəm insan, dəhşətli atadır.

Ceki Çanın bir oğlu və bir qızı var. Oğlu narkotik istifadəçisidir və bir neçə dəfə həbsə düşüb. Qızı isə lezbiyan həyat tərzi sürdüyünü açıqlayıb.

Ceki Çan düşünür ki, insan özü zəhmət çəkməsə, əldə etdiyi heç bir nemətin qiymətini bilməz. Odur ki, uşaqlarına heç nə qoyub getmək niyyətində deyil.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 3286   Tarix: 27 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Danışan ÖRDƏK tapıldı - VİDEO

Avstraliyada Ripper adlı bir ördək "sən lənətə gəlmiş axmaq" kimi bir söz deyə bilir. Yeni araşdırmalara görə, quşun 1980-ci illərin sonlarında Kanberra yaxınlığındakı Tidbinbilla vəhşi təbiət qoruğunda böyütmüş bir baxıcıdan - "lənətə gəlmiş yemək" kimi də yozula bilən ifadəni öyrəndiy

9 sentyabr 2021
.

Tez-tez selfi çəkmək ehtiyacı ruhi xəstəlikdir? - ARAŞDIRMA

Psixoloqlar tez-tez selfi (selfie) çəkib sosial mediada paylaşanların Selfitis xəstəliyinə tutulmaq ehtimalının ola bildiyini və psixoloji yardıma ehtiyac duyduqları barədə xəbərdarlıq edirlər. Bu barədə The Daily Telegraph qəzeti yazır. Qəzet yazır ki, Selfitis termini, çox selfi çəkənlər üçün ilk dəf

14 sentyabr 2021
.

"Twitter"də yeni funksiya istifadəyə veriləcək

"Twitter" sosial şəbəkəsinin rəhbərliyi istifadəçilərin oxucu siyahısından çıxarılmasına imkan verəcək bir funksiyanı sınaqdan keçirir. Bu barədə sosial şəbəkənin rəsmi hesabında məlumat verilir. Qeyd olunur ki, digər insanları abunəlikdən çıxarma əvvəlcə yalnız "Twitter"in brauze

9 sentyabr 2021
.

"Pfizer" vaksini bölgələrdə də vurulacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün, cari epidemioloji vəziyyəti nəzərə alaraq, Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsi tərəfindən 16 yaşdan yuxarı yeniyetmələrin "Pfizer" vaksinləri ilə peyvənd olunması qərarı qəbul edilib. Buna baxmayaraq, bölgələrdə hələ də "Sinovac"

8 sentyabr 2021
.

İdman dünyası BİR ƏSRDƏ necə dəyişdi? - FOTO

Bir insan üçün 100 il çox böyük müddətdir, tarix baxımından isə bir əsr bir anlıqdır. idman aləminin bir əsrdə necə dəyişdiyini açıq şəkildə nümayiş etdirən maraqlı arxiv fotoşəkillərini təqdim edir:

15 sentyabr 2021
.

Səmada çəkiliş hava döyüşünə çevrildi – VİDEO

Avstraliya çimərliyində adi çəkiliş əsl hava döyüşünə çevrilib. Belə ki, sağsağan drona hücum çəkib və onu qırıb. Bildirilir ki, dronun sahibi də quşdan öz nəsibini alıb. Sosial şəbəkədə həmin anla bağlı görüntülər yayılıb

10 sentyabr 2021
.

Seyrək saqqaldan bezən bəylər DÍQQƏT! BU ÜSULLA...

Məhsul haqqında. Saqqalınızı yumşaldır, dərini nizamlayır, nəm itkisini tarazlaşdırmaq üçün dərini dəstəkləyir və vitamin və minerallarla zəngindir. Qaşıntı, quru və iltihablanmış dərini rahatladır və sakitləşdirir. Şirin badam ağacının qurudulmuş toxumlarından əldə edilir. Bütün dəri tiplərində xüsusə

8 sentyabr 2021
.

Dadına görə yeyilmir, amma...

Şamama digər yemiş növləri kimi şirin olmadığından turş və xoşagəlməz dadına görə yeyilmir, ondan mürəbbə hazırlanmır. Lakin ətrinə görə şərbət, desert və bəzi şirniyyatların hazırlanmasında istifadə edilir. Güclü qoxusu sayəsində meyvəsi, əsasən, müsəlman ölkələrində, İran, Misir və Şimalı Afrika ölkələrind

7 sentyabr 2021
.

Zooloqlar inəklərə görün nə öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. Məlum olduğu kimi inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmaması üçün müəyyən çətinliklərl

15 sentyabr 2021