Bu klan Emin Əmrullayevi devirmək istəyir? - Şok iddia

Bu klan Emin Əmrullayevi devirmək istəyir? - Şok iddiaElm və təhsil naziri Emin Əmrullayevin personası ətrafında başlayan müzakirələr səngimək bilmir. Təhsil sistemində baş verən neqativ halların ictimailəşdirilməsi gənc nazirin karyerası üçün ciddi təhlükə yaradıb.

Yenisabah.az bildirir ki, E.Əmrullayev hazırda ölkədə ən çox tənqid olunan hökumət üzvüdür. Nazir təkcə müstəqil və müxalifət mətbuatının, təhsil ekspertlərinin deyil, həm də Milli Məclisin deputatlarının, o cümlədən tabeliyində çalışan ayrı-ayrı şəxslərin də hədəfindədir. Təhsil sektorunda çalışan ayrı-ayrı adamlar tez-tez mətbuatda və sosial şəbəkələrdə nazirin ünvanına tənqidi fikirlər səsləndirirlər. MİQ imtahanları zamanı isə tənqidin dozası bir qədər artırıldı. Hətta imtahan suallarının əvvəlcədən nazirə yaxın kursların iştirakçılarına paylanmasına dair iddialar rəngləri bir qədər də tündləşdirdi.

"Yeni Sabah"ın əldə etdiyi məlumata görə, indi yaxın ətrafı da E.Əmrullayevin mövqeyinin sarsıldığının fərqindədir. Hətta bu üzdən onu əvəzləmək iddiasına düşənlər də var.

Elm və Təhsil Nazirliyindəki (ETN) mənbələrdən saytımıza daxil olan məlumata görə, hazırda bu qurumun rəhbərliyində təmsil olunan 2 nəfər – nazir müavini Həsən Həsənli və ETN-nin Aparat rəhbəri Mətin Kərimli E.Əmrullayevin yerinə keçməyə iddialıdır.

Mənbə təhsil sektorunda yeni parlayan bu şəxslərin kifayət qədər ciddi qüvvələr tərəfindən himayə olunduğunu bildirib. Onun sözlərinə görə, 32 yaşlı H.Həsənli gənc olmasına rəğmən, təhsil sistemində xeyli məsafə qət edə bilib. O, əvvəlcə ETN-də mütəxəssis, sektor müdiri, sonra isə nazirin müşaviri, Aparat rəhbərinin müavini, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri vəzifələrində çalışıb. 2021-ci ilin iyun ayından 2023-cü ilin 30 yanvar tarixinədək ETN-nin Aparat rəhbəri vəzifəsini tutub.

1991-ci ildə Naxçıvan şəhərində anadan olan H.Həsənli təhsil sahəsində ciddi mövqelərə sahib olmağa can atan "Naxçıvan klanı"nın son vaxtlar ən çox "stavka" etdiyi gənc və perspektivli kadrlardan biridir. H.Həsənli muxtar respublikada kifayət qədər tanınan bir nəslin təmsilçisidir. Onun babası Namiq Həsənov Naxçıvan Ali Məclisinin sabiq sədri olub. Atası Həbib Həsənov isə uzun müddət Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə (DANX) rəhbərlik edib. Bu amilləri nəzərdən keçirəndə E.Əmrullayevin gənc rəqibinin kifayət qədər ciddi resurslara malik olduğunu söyləmək mümkündür.

Nazirin digər rəqibi M.Kərimli də hakimiyyətdə ciddi dayaqlara malik olan şəxs kimi xarakterizə edilir. Onun bioqrafiyası nəinki H.Həsənlidən, hətta nazirin özünün bioqrafiyasından da zəngindir.
1999-cu ildə Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr fakültəsini bitirən M. Kərimli 2000–2001-ci illərdə Fransanın Strasburq Universitetində Avropa elmləri üzrə fənlərarası diplom, 2001–2002-ci illərdə Avropa elmləri üzrə magistr dərəcəsi alıb. O, 2012-ci ildə Harvard Universitetini dövlət idarəetməsi ixtisası üzrə magistr dərəcəsi ilə bitirib.

Mətin Kərimli Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının vitse-prezidenti, NATO-nun Müdafiə Siyasəti və Planlaşdırma İdarəsinin Beynəlxalq Katibliyində tərəfdaşlıq zabiti, Azərbaycanın NATO yanında nümayəndəliyində ikinci katib olub. Bundan başqa, Xarici İşlər və Vergilər nazirliklərində müxtəlif vəzifələrdə çalışıb.

O, 2014-2020-ci illərdə Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb. 2020-ci ilin yanvar ayından Beynəlxalq Əmək Təşkilatının Sakit okean hövzəsi ölkələri üzrə ofisinin direktoru olub.

M.Kərimli Azərbaycan dili ilə yanaşı, ingilis, fransız, rus və ispan dillərini də bilir.

Qeyd edək ki, zəngin bioqrafiyaya malik olan M. Kərimlinin şansını artıran digər mühüm amil isə qardaşı İnam Kərimovun Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri vəzifəsində çalışmasıdır.

Həsənli-Kərimli cütlüyünün E.Əmrullayevi devirməyə gücü çatacaqmı? Hazırda bu suala birmənalı cavab vermək çətin olsa da, nazirin postunu uzun müddət qoruya biləcəyi inandırıcı görünmür. E.Əmrullayevin imicinin zədələnməsində nazirlikdəki rəqiblərinin də müəyyən qədər rol oynadığı bildirilir. ETN-də kifayət qədər yüksək post tutan bu şəxslərin "mətbəx"ə aid bəzi informasiyaların mediaya sızdırılmasına göz yumduğu deyilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2783   Tarix: 29 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Oktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR

Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftənin bütün günlərini əhatə edəcək. bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, mobilliyin artırılması, piyadaları

4 oktyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

4 oktyabr
.

Bakıda tanınmış restoranda biabırçılıq

Bakının Əhmədli qəsəbəsində yerləşən "Boranı Restoran"ın filialında müştərilərə köhnə və kəskin iyli qida təqdim olunub. Bu barədə narazı vətəndaş sosial şəbəkələrdə məlumat paylaşıb. Müştərinin sözlərinə görə, sifariş verilən yemək 25-30 dəqiqə sonra masaya gətirilsə də, qidadan kəskin, xara

5 oktyabr
.

Uşaqpulu ilə bağlı mühüm YENİLİK - Tezliklə iki qərar verilə bilər

Demoqrafik göstəricilərlə bağlı müzakirələrin artdığı bir dövrdə Azərbaycanda uşaqpulunun bərpası məsələsi yenidən gündəmə gəlib. Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu ödənişin yenidən verilməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. -a danışan Sosial-strateji Tədqiqatlar və Analiti

4 oktyabr
.

Sevinc Tahirova İcraçı direktor təyin olunub - YENİLƏNİB

Sevinc Tahirova "MTV Azərbaycan" telekanalının da nəzdində fəaliyyət göstərdiyi "Fətiyev Group" şirkətinə İcraçı direktor təyin olunub. Bu barədə Yurd.Media-ya Sevinc Tahirovanın özü məlumat verib. Qeyd edək ki, "Fətiyev Group" Azərbaycanda media və reklam sahəsində fəaliyyə

5 oktyabr
.

Toylarda MENYU DƏYİŞİR: Qutab, kabab, plov, ləvəngi, balıq, tort...

"XX əsrin toy adət-ənənələri ilə XXI əsrdə keçirilən toylar arasında ciddi fərqlər var. Əvvəllər məclislərdə şabaş atmaq və pul nümayiş etdirmək geniş yayılmışdı. İndi isə bu ənənə, demək olar ki, aradan qalxıb. Hazırda isə insanlar öz imkanlarını başqa formada nümayiş etdirməyə çalışırlar"

4 oktyabr
.

Müəllim olmaq ÇƏTİNLƏŞİR: "Artıq təkcə bilik yox, dünyagörüşü də yoxlanılır"

Müəllimlər Günü ərəfəsində müəllim peşəsinin cəmiyyətdəki nüfuzu və təhsil prosesində müəllimin rolu yenidən diqqət mərkəzinə gəlir. Müəllimlərin əməkhaqqının artırılması, sertifikasiya prosesinin tətbiqi və peşəkar inkişaf imkanlarının genişləndirilməsi onların işə münasibətinə və motivasiyasına təsi

5 oktyabr
.

İnsanlar niyə qəddarlaşır? Hamilə iti pəncərədən atan şəxsin hərəkəti nəyi göstərir? - PSİXOLOQDAN AÇIQLAMA

Bakıda hamilə itin hündürmərtəbəli binanın pəncərəsindən aşağı atılması cəmiyyətdə ciddi narazılıq yaradıb. Heyvana qarşı bu cür amansız davranışın görüntülərinin yayılması bir daha insanlarda aqressiya və zorakılığın hansı həddə çata bildiyi sualını gündəmə gətirib. Bəs insanı heyvana qarşı bu qədə

5 oktyabr
.

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Bu gün müəllimlər öz peşə bayramlarını qeyd edirlər. xatırladır ki, 1966-cı il oktyabrın 5-də UNESCO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənə

5 oktyabr