Uşaq yaşında "ana" ola bilməyənlər: Cinsi tərbiyənin verilməməsi ən böyük problemlərdən biridir

Uşaq yaşında "ana" ola bilməyənlər: Cinsi tərbiyənin verilməməsi ən böyük problemlərdən biridirErkən dövrdə uşağı "ər evinə" yola salırlar. Təbii ki, hamiləlikdə uşağın bədəni yetkin olmadığı üçün ana bətnində döl yaxşı inkişaf etmir, qan dolaşımında problemlər yaranır, bəzən də müxtəlif infeksiyalarla mübarizə aparırlar. Nəticədə, abort etməyə məcbur olurlar.

Dövlət Statistika Komitəsinin azyaşlılar arasında abort statistikasına əsasən, 2022-ci ildə Azərbaycanda 15-19 yaş qrupları arasında 2100 abort qeydə alınıb. Onlardan 15-17 yaş aralığında olanların sayı 100, 18-19 yaş aralığında olanların sayı isə 2 min olub. Bu rəqəmlər arasında xüsusilə, 100 yetkinlik yaşına çatmayan qızın abort statistikası ciddi narahatlıq doğurur. Bəs bu artımın səbəbi nədir? Uşaqlar arasında abortların qarşısını almaq üçün nə etməliyik?

"Kaspi" qəzetinin mövzu ilə bağlı hazırladığı məqaləni təqdim edirik:

Uşağı "ər evinə" yola salırlar

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, uşaq məsələləri şöbəsinin məsləhətçisi Şəbnəm Cəfərova deyir ki, komitə tərəfindən tibb müəssisələrindən kənarda doğuş faktlarına nəzarətin gücləndirilməsi ilə bağlı tədqiqat işləri aparılır. Səbəblər isə müxtəlifdir: "Biz, bu təhlilin nəticəsindən görə bilirik ki, burada ilk növbədə ailə faktoru rol oynayır. Erkən dövrdə uşağı "ər evinə" yola salırlar. Təbii ki, hamiləlikdə uşağın bədəni yetkin olmadığı üçün ana bətnində döl yaxşı inkişaf etmir, qan dolaşımında problemlər yaranır, bəzən də müxtəlif infeksiyalarla mübarizə aparırlar. Nəticədə, abort etməyə məcbur olurlar. Hətta, bəzi hallarda dölün tələf olması ilə yanaşı, ana ölümü də qeydə alınır. Burada sosial-iqtisadi şərait və ananın məlumatlılığının az olması böyük rol oynayır. Biz də dövlət orqanı olaraq səbəblərin aradan qaldırılması üçün çalışırıq".

Məsələnin kökündə valideyn məsuliyyətsizliyi dayanır

Mütəxəssis deyir ki, abort edən uşağın psixoloji vəziyyətinin diqqətdə saxlanılması çox əhəmiyyətlidir. Çünki o yaşda cinsi münasibətə girən uşaqlar bunun hamiləliklə nəticələnə biləcəyini düşünmürlər: "İlk növbədə ailə ilə iş görülməlidir. Əgər uşaq normal mühitdə böyüsə, valideynin diqqət və nəzarəti olsa, bu addımı ata bilməz. Həm erkən nikahlarda, həm də uşağın cinsi münasibətdə olmasının kökündə valideyn məsuliyyətsizliyi dayanır. Bu halın baş verməsinə səbəb olan hər kəs qanun qarşısında cavab verməlidir".

"Uşaqlarımızın tərbiyəsini pozur, onları ayıldırsınız"

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə düşünür ki, cinsi münasibətlərin təbliği, filmlərdə, seriallarda cinsi həzlə bağlı müzakirələr uşaqları buna sövq edir. M.Zeynalovanın sözlərinə görə, ən böyük problem cinsi tərbiyənin verilməməsidir: "Bizdə ənənəvi olaraq valideynlərlə uşaqlar arasında baryerlər var. Valideyn öz qızı ilə belə məsələləri müzakirə edə bilmir. Hətta, məktəbdə belə müzakirə edəndə əksər valideynlər qarşı çıxırlar ki, uşaqlarımızın tərbiyəsini pozur, onları ayıldırsınız. Vəziyyət o qədər pisdir ki, QİÇS-lə bağlı maarifləndirmə tədbirlərini müəllimlər cürət edib keçə bilmir. Çünki valideynlər məktəbə gəlir, müəllimləri ittiham edirdilər ki, uşaqları yoldan çıxarırsınız. Valideyn özü də "Uşaqla aramızda pərdə olmalıdır" arqumenti ilə bu məsələ ilə məşğul olmur. Uşaqlar belə məlumatlara ancaq sosial şəbəkələrdə çatırlar. Bu da azyaşlılarda böyük maraq doğurur. İnkişafa, təhsilə, yaradıcılığa deyil, daha çox cinsi həzzə meyl edirlər. Bu, təhlükəli tendensiyadır. Hətta, bir çox hallarda zorakılıqla bağlı hadisələr də cinsi uyğunsuzluqla daha çox qabardılır".
Bu hallar əsasən təcavüz nəticəsində olur

Mütəxəssis bu statistikanın erkən nikahların nəticəsi olduğuna inanmır: "Bunlar əsasən zorlama, təcavüz nəticəsində olur. Bir çox hallarda isə erkən cinsi münasibətlərin həzzinin təbliği nəticəsində uşaqlar gizli şəkildə münasibətdə olur, hamiləlik zamanı valideynlər xəbər tutur və uşağın dünyaya gəlməsinin qarşısını almağa çalışırlar. Bəli, cinayət məsuliyyətinə cəlb edilməmək üçün erkən nikah arqumenti də var. Yəni, erkən nikahın təşkilatçıları bunun qanunsuz olduğunu bilir və uşaq dünyaya gəldikdə qeydiyyatı aparılıb, hadisə aşkarlanmasın deyə, gizlin abort edirlər. Amma bu, çox azdır".

Səbəb cinsi inkişaf haqqında məlumatlılığın olmamasıdır

Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin İcraçı direktoru Kəmalə Aşumova deyir ki, uşaqlar arasında abortların yayılmasının səbəbi cinsi inkişaf haqqında məlumatlılığın olmamasıdır: "Biz neçə illərdir ki, Elm və Təhsil, Səhiyyə nazirlikləri ilə birlikdə məktəblərdə mütəmadi təlimlər keçir, xüsusilə də, qızlarla söhbətlər edirik. Lakin əsaslı tədris həyata keçirilmir. Reproduktiv sağlamlıqla bağlı hələ də qanun layihəsinin qəbul olunmaması bu halların yaranmasına gətirib çıxarır. Yəni, uşaqlar inkişaf dövrünə addım atdıqca, cinsi inkişafla bağlı maarifləndirilməlidir".

Hər şey uşaqlar üçün çox əlçatandır

Mütəxəssis deyir ki, müasir dövrdə uşaqları yalnız ailəsi deyil, sosial şəbəkələr də formalaşdırır: "Onlar sosial şəbəkələrdə gördüklərini anlamadan, təhlil etmədən tətbiq edir, bu kimi hadisələrlə rastlaşırlar. İnternet vasitəsilə zorakılıqlar da baş verir, intim münasibətlər də formalaşır. Çünki hər şey uşaqlar üçün çox əlçatandır. Təəssüf ki, bu faktlar erkən yaşda abortların sayının artmasında rol oynayır. Biz uşaqlar və yeniyetmələrlə təhsil ocaqlarında təlimlər keçməli, reproduktiv sağlamlıq, cinsi inkişafla bağlı tədrisə köklənməliyik".

Məsuliyyət həm də valideynlərin üzərinə düşür

Həmsöhbətimizin sözlərinə görə, bu tendensiyanın qarşısının alınmasında ən böyük məsuliyyət valideynin üzərinə düşür. Valideynin övladlarının üzərində sevgisi, qayğısı, diqqəti olmalıdır: "Uşaq və yeniyetmə ailədə görə bilmədiyi sevgini, qayğını, diqqəti ətrafda tapmağa çalışır. Təəssüf ki, ətraf mühit hər zaman uşağa yararlı olmur. Arzuolunmaz hamiləlik, erkən yaşda abortların olmasının əsas səbəbi valideyn sevgisizliyindəndir. Valideynlərin övladları ilə ünsiyyətlərini düzgün formada qurması övladının gələcək taleyinə təsir edir. Hər şeyi məktəbin üzərinə atmaq düzgün deyil. Ana qızı ilə, ata oğlu ilə dost olmağı bacarmalıdır. Onun yaşına uyğun olaraq dost kimi məsləhət verməsi mütləqdir. Təəssüflər olsun ki, ətraf mühit, xüsusilə informasiya bolluğu uşaqların psixologiyasını ələ alır. Məsuliyyət tək məktəbin, tədrisin deyil, həm də valideynlərin üzərinə düşür".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1511   Tarix: 29 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı

Mingəçevir su anbarından Kür çayının aşağı axınına suyun buraxılması qərara alınıb. bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Dövlət Agentliyinə istinadən xəbər verir. Qurum xatırladıb ki, martın sonundan başlayaraq, respublikanın bütün bölgələrində intensiv yağışlar nəticəsində transsərhəd çaylarında

27 aprel
.

Azərbaycanın əməkdar artisti DÜNYASINI DƏYİŞDİ - FOTO

Azərbaycan Respublikasının əməkdar artisti, Naxçıvan Dövlət Milli Dram Teatrının aktyoru Əli Şəmsəddin oğlu Əliyev vəfat edib. BİG.AZ "Report"a istinadən xəbər verir ki, 1956-cı ildə anadan olan aktyor uzun illər sənətə xidmət göstərib. O, 1983-cü ildən etibarən Naxçıvan Dövlət Milli Dram Teatrınd

26 aprel
.

Vaşinqtonda atəş açılan tədbirdən qaçanlar özləri ilə spirtli içki aparıblar

Aprelin 25-də Ağ Ev Müxbirləri Assosiasiyasının atışma baş verən tədbirində maraqlı anlar yaşanıb. xarici mediaya istinadən xəbər verir ki, atışma zamanı tədbirdə iştirak edən qonaqlar özləri ilə spirtli içki şüşələrini aparıblar. Bu barədə "The New York Post" qəzeti məlumat yayıb. Nəşrin xəbərin

27 aprel
.

Süd BAHALAŞACAQ

2026-cı ilin yanvar-mart aylarında Azərbaycanın süd və qaymaq idxalında nəzərəçarpacaq artım qeydə alınıb. Rəsmi məlumatlara əsasən, ölkəyə 5 858 ton süd və qaymaq gətirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35 faiz çoxdur. Daha diqqətçəkən məqam isə idxala çəkilən xərclərin daha sürətl

26 aprel
.

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aprelin 27-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlı

26 aprel
.

May ayının istirahət günləri açıqlandı

2026-cı ilin istehsalat təqviminə əsasən, may ayında Azərbaycanda qeyri-iş günlərinin sayı digər aylarla müqayisədə daha çox olacaq. Qaynarinfo xəbər verir ki, 9 Mayın (Faşizm üzərində Qələbə Günü) şənbə gününə düşməsi səbəbindən, Əmək Məcəlləsinə uyğun olaraq 11 may (bazar ertəsi) də qeyri-iş günü ela

27 aprel
.

Azərbaycan toylarında BU QAYDA DƏYİŞİB

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu artıq toylarda bəy və gəlinin "Vağzalı" istəmədiyini deyib. Axşam.az-a istinadən xəbər verir ki, musiqiçi muğam ifaçılarının da buna şərait yaratdığını bildirib:. "Artıq neçə toydur "Vağzalı" ifa etmirik. Müəyyən mahnılar seçilir. Muğam ifaçılarını

26 aprel
.

Abituriyentlərə şad xəbər - İmtahanda əlavə vaxt veriləcək

"2027-ci ildə tam orta təhsil səviyyəsində (11 illik) buraxılış imtahanında xarici dillər üzrə yeni imtahan modelinin tətbiqi nəzərdə tutulur. Bu çərçivədə abituriyentlərə 15 dəqiqə əlavə vaxt verilməsi nəzərdə tutulur". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM

27 aprel
.

Azərbaycan Prezidenti: "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülmək böyük şərəfdir"

"Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyim səylərə görə "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülməyim ilə əlaqədar Gernika-Lumo və Pforshaym Şəhər şuralarına, Gernika Sülh Muzeyinə, Mədəniyyət evinə və "Gernik

26 aprel