Rusiyalı sosioloq Lukaşenko-Priqojin işbirliyi ilə bağlı xəbərdarlıq etdi: "Putini "arxadan zərbə" gözləyir"
"Rusiya Prezidenti Vladimir Putin "arxadan zərbə" ala bilər. Belə ki, Belarusun psevdoprezidenti Aleksandr Lukaşenko ölkə ərazisindən Moskvaya daxil olunmasında Yevgeni Priqojinin rəhbərlik etdiyi "Vaqner" özəl hərbi şirkətinin üzvləri ilə müttəfiq ola bilər".
Bu sözləri rusiyalı sosioloq və jurnalist İqor Yakovenko "Arqument" verilişinin efirində deyib. Onun sözlərinə görə, Lukaşenkonun nə vaxtsa Rusiya Federasiyasının prezidenti olmaq şansının olduğu ilə bağlı xatirələri canlana bilər.
"Düşünürəm ki, onlar ("Vaqner"çilər - red.) daha çox Rusiyada qarışıqlığın başlayacağı anı gözləyəcəklər və bu zaman Priqojin Belarus ərazisindən Moskvaya giriş cəhdini təkrar edə bilər...", - deyə ekspert bildirib.
Həmsöhbət əlavə edib ki, 1990-cı illərdə Lukaşenko ciddi şəkildə özünü Rusiyanın prezidentinə çevirmək imkanını nəzərdən keçirib. "Bu ideya ciddi olaraq nəzərdən keçirilirdi, onun müttəfiqləri var idi. Çünki o vaxt o, gənc, enerjili, kifayət qədər xarizmatik lider kimi görünürdü. Və prinsipcə, kommunistlər onun Rusiya prezidentliyinə namizədliyi barədə düşünürdülər", - deyə Yakovenko qeyd edib.
Sosioloq vurğulayıb ki, 2000-ci illərin əvvəllərində bu ideya artıq absurd hesab edilirdi. "...amma indi, Putinin açıq-aşkar zəiflədiyi, artıq əvvəlki kimi olmadığı bir zamanda Lukaşenkonun bir vaxtlar şansı olduğuna, Rusiyanın dəstəyinə malik olduğuna dair xatirələri canlana bilər. Və əgər, belə demək mümkünsə, "Vaqner" özəl hərbi şirkəti kimi bir zəncirlənmiş itə sahibsənsə… əminəm ki, bu fikirlər indi Lukaşenkonun ağlına tez-tez gəlir...", - deyə jurnalist ehtimallarını dilə gətirib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 790 Tarix: 30 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cənubi Koreya Şimali Koreyadan üzr istəməsini tələb edib
Cənubi Koreya sentyabrın 21-də ölkəni Şimali Koreyadan ayıran Silahsızlaşdırılmış Zonada (DMZ) aparılan axtarış işləri zamanı 3 zabitinin yaralanmasına səbəb olan partlayışdan sonra Şimali Koreyanın üzr istəməsini tələb edib. "Yonhap" agentliyinin məlumatına görə, Cənubi Koreya Baş Qərargah
5 oktyabrQara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU - Yaralılar var - VİDEO
Qara dənizin Rumıniya sahillərindən 20 dəniz mili məsafədə taxıl daşıyan Türkiyəyə məxsus "Royad Mammadov" gəmisi dron hücumuna məruz qalıb. Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, gəmidə hücumdan sonra yanğın baş verib. Son məlumata görə, kapitan və bir heyət üzvü həlak olub, 1
5 oktyabrBBC-də 2 minə qədər iş yeri ixtisar edilə bilər
BBC-də işçi ixtisarları ilə bağlı proses davam edir. The Guardian-a istinadən xəbər verir ki, yayım korporasiyasında ümumilikdə 2 minə qədər iş yerinin ləğv edilə biləcəyi açıqlanıb. İşçilər isə 2027-ci ildə əlavə ixtisarların ola biləcəyindən narahatdırlar. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]
5 oktyabrQonşu ölkədə kartof od tutub yanır - Bir ildə kəskin bahalaşma
Rusiyada kartof tərəvəzlər arasında qiymət artımına görə ilk sıraya çıxıb. xəbər verir ki, avqustun sonuna kartofun orta pərakəndə satış qiyməti kiloqramı 59,1 rubla (1,23 manat) çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,3 faiz çoxdur. Topdansatış qiyməti isə 33,6 faiz artaraq kiloqramı 22,
4 oktyabrÜST dünyada orta ömür uzunluğunun artdığını açıqlayıb
Dünyada orta ömür uzunluğu artaraq koronavirus pandemiyasından əvvəlki səviyyəyə çatıb. "Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında bildirilib. ÜST 200-2023-cü illər ərzində ölkələr və regionlar üzrə səhiyyə sahəsindəki tendensiyaları, o cümlədən gözlənilə
4 oktyabrABŞ Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib
ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığı iki ölkənin birgə planlı tədbirləri çərçivəsində Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib. "Report" xəbər verir ki, bu barədə Meksikanın Xarici İşlər Nazirliyinin (XİN) və Hərbi Dəniz Donanması Nazirliyinin (HDDN) birgə bəyanatında deyilir
4 oktyabr