İçdiyimiz mineral sularla bağlı acı həqiqətlər: Süni qazlar vurulur, marketlərdə satılmamalıdır

İçdiyimiz mineral sularla bağlı acı həqiqətlər: Süni qazlar vurulur, marketlərdə satılmamalıdırİçdiyimiz mineral suların üzərində dağlardan gəldiyi qeyd edilsə də, onların filtr suyu olduğu aşkarlanıb. Mütəxəssislər isə bildirir ki, bu cür suların təbiiliyini müəyyən etmək üçün yalnız laborator nəticələr lazımdır.

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində satılan, mənbəyinin "mineral sular"dan biri ilə bağlı əsl həqiqəti üzə çıxarıb. Məlum olub ki, məhsulun üzərində "Böyük Qafqaz sıra dağları" və "təbii mineral süfrə suyu" qeyd olunsa da, reallıqda istehsal prosesi zamanı adi su müvafiq filtrdən keçirilir. Başqa sözlə desək, şirkət filtrdən keçirdiyi suyu təbii mineral süfrə suyu adı ilə istehlakçıya təqdim edib, onu aldadıb. Bu halda sual yaranır: istehlakçılar digər mineral su markalarının təbiiliyinə güvənə bilərlərmi?

"Kaspi" qəzetinin mövzu ilə bağlı dərc etdiyi məqaləni təqdim edirik:

Sulara süni qazlar vurulur

İstehsal meneceri Sayat Quliyeva deyir ki, əslində mineral sular haradan götürülürsə, orada da qablaşdırılmalıdır: "Hazırda ölkədə müxtəlif adda qablaşdırılmış su istehsalı ilə məşğul olan müəssisələr var. Bu müəssisələrin böyük əksəriyyəti Bakı və Abşeron ərazisində yerləşir. Suların etiket məlumatlarına nəzər yetirdikdə onların dağlardan və ya bulaqlardan gəldiyi, təbiiliyi qeyd edilir. Amma etiketdə "mineral su" qeyd edilibsə, su keyfiyyət baxımından mənbənin yaxınlığında qablaşdırılmalıdır. Çünki uzaq məsafəyə daşınanda həmin suların keyfiyyət göstəriciləri, xüsusilə də tərkibində olan qazlar dəyişir. Müşahidələr göstərir ki, bəzi müəssisələr suyu bulaqdan götürərək xeyli uzaq məsafəyə daşıyır, Bakı şəhəri və ətraf ərazilərə gətirib qablaşdırır. Onun göstəricilərini bərpa etmək məqsədilə sulara süni qazlar vurulur, "mineral su" və ya "təbii mineral süfrə suyu" adı ilə satışa çıxarılır. Bəzi müəssisələr isə xərclərin azaldılması məqsədilə "Oğuz-Qəbələ-Bakı su kəməri" və ya "Ceyranbatan su anbarı"ndan əldə etdikləri suları sənaye filtrlərindən keçirərək, tərkibindəki mineral və digər elementlərin miqdarını dəyişirlər. Yaxud tamamən sıfırlayaraq şirin dad əldə edib, süni qazlaşma ilə qablaşdırıb üzərində istənilən bulaq, dağlar və s. mənbələri göstərir, mineral su adı ilə istehlakçılara təqdim edirlər".

Su mənbələri ekoloji çirklənməyə məruz qala bilər

Ekspertin sözlərinə görə, bu suların nə dərəcədə təmiz olmasına nəzarət gücləndirilməlidir: "Sular təyinatı baxımından bulaq, artezian, təmizlənmiş sular kimi qruplara bölünməlidir. Etiketlərində suyun növü və təyinatı, yəni, müalicəvi, yaxud içməli süfrə suyu və s. olması qeyd edilməlidir. Sular tək mineral tərkib baxımından yox, bakterioloji baxımdan da nəzarətdə saxlanılmalıdır".

Marketlərdə satılması düzgün deyil
S.Quliyevanın fikrincə, bu cür suların marketlərdə satılması düzgün deyil: "Mineral sular növünə və tərkibindəki müxtəlif maddələrin miqdarına görə insan orqanizminə müəyyən fizioloji təsir göstərir. Ona görə də müalicəvi vasitə kimi təqdim edilməlidir. Bu sulardan bir sıra xəstəliklərin müalicəsində istifadə olunur. Onları məhdud miqdarda qəbul etmək lazımdır. Bu sular şüşə qablarda olmalı, tərkibindəki mineral və digər elementlər mütləq dəqiqliklə qeyd edilməli, müalicəvi mahiyyət daşıdığı üçün satışı marketlərdə deyil, apteklərdə həyata keçirilməlidir. Hazırda bazarlarda olan suların etiketlərində təyinatı, əldə edilən mənbələrlə bağlı düzgün olmayan məlumatlar var. Bazarda olan suların etiket məlumatları demək olar ki, bir-birindən köçürülmüş məlumatlardır. Markalanma qaydaları, suların istehsalına dair texniki normativ sənədlər nəzərə alınmır".

İstehsalçılardan müvafiq sənədləri tələb edin

İstehsal meneceri qeyd etdi ki, bu sulara nəzarət etmək üçün istehsalçılardan müvafiq sənədlər tələb olunmalıdır: "Nəzarət ilk növbədə istehlakçılardan başlayır. Onların aldıqları suların keyfiyyətini təsdiq edən sənədləri tələb etmək hüquqları var. Buna tək yerli istehsal olunan sular deyil, idxal olunan sular da daxildir. Satış məntəqələri də istehsalçı və podratçı müəssisələrdən satış məqsədilə əldə etdiyi məhsulların keyfiyyətə uyğunluq sənədlərini tələb etməlidir. İstehlakçılarımız nəzərə alsınlar ki, əgər bir müəssisənin istehsal etdiyi məhsulun keyfiyyətə uyğunluq sənədləri mövcuddursa, bu onu göstərir ki, həmin məhsul qaydalara uyğun istehsal edilib".

Dadına baxmaqla təbiiliyini bilmək olmaz

Qida eksperti Elsevər Fərzəliyev bildirir ki, mineral suların təbiiliyini yalnız laboratoriya analizləri ilə müəyyən etmək olar: "Mineral, müalicəvi, qazlaşdırılmış və ya qazlaşdırılmamış süfrə suları tərkib göstəricilərinə, mineralların faiz miqdarına görə bir-birindən fərqlənir. Dadına baxmaqla onun təbiiliyini anlamaq mümkün deyil. Çünki mineral duzların miqdarı o qədər kiçikdir ki, onları ancaq xromotoqrafik analizlər vasitəsilə müəyyən etmək mümkündür. Suların tərkibindəki mineral duzların, maddələrin miqdarı əsas amildir. Çünki bu sular minerallarına görə dəyərləndirilir".

E.Fərzəliyevin sözlərinə görə, əgər şirkət məhsulun üzərinə təbii olduğunu qeyd edirsə, buna görə cavabdehlik daşıyır: "Elə sular var ki, onlar öncədən təsdiqlənmiş texnoloji sxemlərə uyğun olaraq qablaşdırılır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 848   Tarix: 30 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bəzi şəxslərə pulsuz hüquqi yardım göstəriləcək

Azərbaycanda bir sıra şəxslərə pulsuz hüquqi yardım göstəriləcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Pulsuz hüquqi yardım haqqında" Qanunda əksini tapıb. Qanun layihəsinə əsasən, pulsuz hüquq

5 oktyabr
.

Magistraturada "pullu"ya düşən 195 tələbə ödənişsiz təhsil alacaq

2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş alıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, müvafiq ixtisaslar

5 oktyabr
.

Gürcüstanda 35 yaşlı azərbaycanlı qətlə yetirildi

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Qardabani rayonunda 35 yaşlı həmvətənimiz qətlə yetirilib. "Qafqazinfo" yerli mediaya istinadən xəbər verir ki, hadisə dünən rayonun Nəzərli kəndində qeydə alınıb. 35 yaşlı Araz Yusubov soyuq silahla öldürülüb. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatın

5 oktyabr
.

Pensiyaçılara və aztəminatlı ailələrə ŞAD XƏBƏR

Azərbaycan dövlət büdcəsinin əsas prioritetləri yenidən insan kapitalına və sosial rifaha köklənib. Gələn ilin büdcə xərclərinin 44 faizinin sosialyönümlü tədbirlərə sərf olunması təkcə maliyyə rəqəmi deyil, eyni zamanda ölkənin sosial siyasətində mühüm bir addımdır. Bu addım minlərlə şəhid ailəsi, qazi

4 oktyabr
.

İnsanlar niyə qəddarlaşır? Hamilə iti pəncərədən atan şəxsin hərəkəti nəyi göstərir? - PSİXOLOQDAN AÇIQLAMA

Bakıda hamilə itin hündürmərtəbəli binanın pəncərəsindən aşağı atılması cəmiyyətdə ciddi narazılıq yaradıb. Heyvana qarşı bu cür amansız davranışın görüntülərinin yayılması bir daha insanlarda aqressiya və zorakılığın hansı həddə çata bildiyi sualını gündəmə gətirib. Bəs insanı heyvana qarşı bu qədə

5 oktyabr
.

"WhatsApp"da yeni funksiya

"WhatsApp" istifadəçilər üçün yeni funksiya təqdim edib. xəbər verir ki, yenilik sayəsində statuslarda paylaşılan videoları artıq 2x sürətlə izləmək mümkündür. Bu funksiya istifadəçilərə videolara adi sürətdən iki dəfə daha sürətli baxmağa imkan verir. Beləliklə, statuslarda paylaşılan vide

5 oktyabr
.

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana qayıdıb

"Pakistanda üç nəfərin təcavüzünə məruz qalan azərbaycanlı Diana Bağıyeva nəhayət Pakistanı tərk edib və polisin müşayiəti altında Bakıya yola düşüb. xəbər verir ki, bu barədə "Daily Pakistan" nəşri yazıb. Qeyd edilib ki, Diana Bağıyevanın oktyabrın 3-də Bakıya yola salınması planlaşdırılıb

5 oktyabr
.

Sarayda "unikal" təhsil müəssisəsi: "İki min yerlik məktəbdə altı min şagird oxuyur"

Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 3 nömrəli tam orta məktəbdəki mövcud vəziyyət valideynlər arasında narazılıq yaradıb. Bu barədə -ın qaynar xəttinə (+994 55 224-12-12) vətəndaş şikayəti daxil olub. Valideyn iddia edir ki, təxminən iki min şagird üçün nəzərdə tutulan məktəbdə hazırda alt

5 oktyabr
.

Azərbaycanda əlavə iş yerləri yaradılacaq

Qanunvericiliyə "paraleqal" anlayışı daxil edilir. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Pulsuz hüquqi yardım haqqında" Qanunda əksini tapıb. Paraleqal dövlət büdcəsindən ayrılmış vəsai

5 oktyabr