ABŞ İnstitutu Rusiyada Ukraynanın əks-hücumuna dair məlumatların necə təhrif olunduğunu təhlil edib
Rusiyanın müharibəmeyilli informasiya məkanı Ukraynanın əks-hücumunun iddia edilən "uğursuzluğu" ilə bağlı Kremlin tezislərinin yayılmasına qoşulub.
Bu qənaətə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun (MAİ) analitikləri gəlib.
Təhlilçilərin fikrincə, Rusiyanın aşırı millətçi media məkanı Ukraynanın əks-hücumunu uğursuzluq kimi qələmə vermək üçün nəzərdə tutulmuş Kreml tezislərinin təbliğində birləşir, Ukraynanın itkilərini tədricən daha da şişirdir və Rusiyanın itkilərini isə əksinə, kiçildir.
Rusiyanın müharibə tərəfdarı bloqçuları getdikcə daha çox Ukraynanın əks-hücum əməliyyatlarını bütün təmas xətti boyunca bir sıra uğursuz hücumlar kimi təqdim edirlər.
Analitiklər buna misal olaraq rusiyalı hərbi müxbirlərinin iyulun 29-da Rusiya tankının Ukrayna zirehli texnika bölüyünü necə darmadağın etdiyini əks etdirən videonu yaymasını göstərirlər.
Bəlli olub ki, bu, iyunun 7-nə aid görüntülərdir və burada Rusiya artilleriya bölmələrinin Ukrayna karvanına necə zərbələr endirdiyi göstərilir.
Ekspertlərin fikrincə, belə manipulyasiya onu göstərir ki, Rusiya mənbələri Kremldən qaynaqlanan tezisi dəstəkləmək üçün qəsdən köhnə kadrları yenidən yayımlayır.
"Kremlin Rusiya media məkanında müharibə haqqında daha tutarlı hekayə yaratmaq bacarığı qeyri-müəyyən olaraq qalır və Rusiyanın gələcək uğursuzluqları və ya Ukraynanın əhəmiyyətli uğurları Kremlin bu səylərdə irəliləyişinə xələl gətirə bilər", - MAİ-nin gündəlik məruzəsində qeyd olunub.
Eyni zamanda, analitiklər qeyd edirlər ki, Ukrayna qoşunları iyulun 29-da cəbhənin ən azı üç sektorunda əks-hücum əməliyyatları keçirib və bəzi ərazilərdə irəliləyib.
Həmçinin Ukrayna müdafiəçiləri iyulun 28 və 29-da işğal altındakı Krımda Rusiyanın hərbi və logistika obyektlərinə hücum ediblər.
Report.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 813 Tarix: 30 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cənubi Koreya Şimali Koreyadan üzr istəməsini tələb edib
Cənubi Koreya sentyabrın 21-də ölkəni Şimali Koreyadan ayıran Silahsızlaşdırılmış Zonada (DMZ) aparılan axtarış işləri zamanı 3 zabitinin yaralanmasına səbəb olan partlayışdan sonra Şimali Koreyanın üzr istəməsini tələb edib. "Yonhap" agentliyinin məlumatına görə, Cənubi Koreya Baş Qərargah
5 oktyabrKobaxidze: Gürcüstan Aİ qarşısında öhdəliklərinin 90 faizini yerinə yetirib
Gürcüstan Avropa İttifaqı (Aİ) ilə Assosiasiya Gündəliyi və Dərin və Hərtərəfli Azad Ticarət Sazişi (DCFTA) çərçivəsində üzərinə götürdüyü öhdəliklərin təxminən 90 faizini yerinə yetirib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Open Air"
4 oktyabrPezeşkian: İran yeni iqtisadi plan hazırlayıb
İran yeni iqtisadi plan hazırlayıb. "Report" xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkə hesabında məlumat paylaşıb. "Hökumət xüsusi şəraiti idarə etmək üçün yeni mövqe tutub. Ötən aylarda düşmənin planı, İran xalqına təzyiq göstərmək məqsədil
4 oktyabrTramp administrasiyası Rusiyada mümkün vəba epidemiyasını izləməyə başlayır
ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiyada şübhəli vəba xəstəliyi və bununla bağlı karantin tədbirləri barədə məlumatları izləyir. xəbər verir ki, bu barədə Ağ Ev sözçüsü Axios-a bildirib. Onun sözlərinə görə, administrasiya hadisələrdən "xəbərdardır" və vəziyyətin inkişafı üçü
5 oktyabrYəməndə hökumət qüvvələri husilərə qarşı genişmiqyaslı əməliyyata başladı
The Guardian yazır ki, Yəmənin Səudiyyə Ərəbistanının dəstəklədiyi hökuməti ölkədə husilərin nəzarətində olan bütün əraziləri geri almaq məqsədilə yeni hərbi əməliyyata başlayıb. Qərar husilərin Taiz şəhərini hökumətin nəzarətində olan Ədənlə birləşdirən mühüm təchizat yolunu kəsməsindən sonra açıqlanıb
5 oktyabr"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
Kanadanın Baş naziri Mark Karni bu ay Türkiyəyə səfər etməyi və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, bu, Kanada Baş nazirinin Türkiyəyə ilk rəsmi səfəri olacaq
4 oktyabrƏfqanıstanda qızıl mədəninin çökməsi nəticəsində beş nəfər ölüb
Əfqanıstanın şimalındakı Təhar əyalətində qızıl mədəninin çökməsi nəticəsində beş şaxtaçı ölüb. "Report"un "Associated Press"ə istinadən məlumatına görə, bu barədə yerli hakimiyyət orqanları xəbər verib. Hadisə Çah-Ab dairəsinin Şah-Mastan rayonunda qeydə alınıb. Əlavə məlumat verilmir
4 oktyabr