Süni mayalanma pulsuz olmayacaq - ARAŞDIRMA

Süni mayalanma pulsuz olmayacaq - ARAŞDIRMASüni mayalanmanın icbari tibbi sığortanın Xidmətlər Zərfinə əlavə edilməsi ən çox gözlənilən qərarlardan biridir. Bununla bağlı təkliflər səsləndirilsə də, agentlik hələ ki, bunun planda olmadığını bildirir.

Azərbaycanda bir dəfə ekstrakorporal (süni) mayalanma etdirmək üçün 3000-4000 manat lazımdır. Heç də az məbləğ deyil. Nəzərə alaq ki, bəzən ilk cəhddən cütlüklərin övlad sahibi olmaq arzusu reallaşmır. Bu zaman sırf maddiyata görə, son çıxış yolu süni mayalanma olan cütlüklər övlad sahibi ola bilmirlər. Elə bu səbəbdən, icbari tibbi sığortanın Xidmətlər Zərfinə əlavə edilməsi ən çox gözlənilən əməliyyatlardan biri də, süni mayalanmadır. Hələ 2019-cu ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatında qeyd edilmişdi ki, Azərbaycanda 2020-ci ildən süni mayalanmanın limitli şəkildə icbari tibbi sığorta sisteminin xidmətlər zərfinə daxil edilməsi nəzərdə tutulur. Ancaq bu məsələ hələ də reallaşmayıb.

"Kaspi" qəzetinin mövzu ilə bağlı hazırladığı məqaləni təqdim edirik:

"Çox bahalı əməliyyatdır"

Süni mayalanmanın icbari tibbi sığortanın Xidmətlər Zərfinə salınması üçün "Reproduktiv sağlamlıq haqqında" qanun qəbul olunmalıdır. Bugünlərdə millət vəkili Qənirə Paşayeva Milli Məclisin iclasında bu mövzuya yenidən toxunub. Bildirib ki, bu qanunu qəbul etmək lazımdır:

"Biz nə Səhiyyə Nazirliyi, nə də TƏBİB-lə ortaq razılığa gələ bilmirik. Azərbaycanda sonsuz ailələrin sayı çoxalır. Türkiyədə bununla bağlı qanun var. Belə ki, ailələr süni mayalanma ilə bağlı əməliyyat zamanı iki dəfə dövlətdən dəstək ala bilir. Üçüncü əməliyyatın isə yarısı tibbi sığorta vasitəsilə olur, yarısını isə vətəndaş özü ödəyir. Bu əməliyyatlar həddindən artıq bahadır, hətta orta yaşayış səviyyəsinə malik insanlar üçün də bu, çox bahalı əməliyyatdır".

"Problem ciddidir, ona görə lazımdır"

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli də bildirir ki, problem ciddidir və bu səbəbdən süni mayalanmanın Xidmətlər Zərfinə salınması vacibdir:

"Övlad dünyaya gətirməklə bağlı problemlər çoxalıb. Burada genetik, iqlim, ekoloji, qida, insanların günəşlə təmasının az olması, istifadə etdiyimiz geyimlər və s. faktorların rolu var. Bu səbəbdən sonsuzluq geniş vüsət alıb. Övlad sahibi olmağın çıxış yollarından biri olan süni mayalanma əməliyyatı da çox bahadır. Bəzən süni mayalanma da effektiv olmur. Amma bir çox ailələr məhz bu yolla övlad sahibi ola bilirlər. Bəzən təkrar süni mayalanmaya getməli olurlar. Bir dəfəni borc-xərc edirlər, sonra davamını gətirə bilmirlər".

İ.Hüseynli deyir ki, bu əməliyyatın icbari tibbi sığortaya daxil edilməsi ilə yanaşı, necə icra edilməsi də çox önəmli məqamdır:
"Ola bilər ki, Xidmətlər Zərfinə daxil edilsin, amma limitli çərçivədə olsun. Limitli olsa, yenə də problemlər olacaq, ehtiyacı olan hər kəs yararlana bilməyəcək".

"Nəzərdə tutulmayıb"

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən sorğumuza cavab olaraq bildirildi ki, Xidmətlər Zərfinə daxil edilən xidmətlər Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, müvafiq meyarlara uyğun olmalıdır. Rəsmi statistik göstəricilərə əsasən, son beş il müddətində əhalinin ölüm faizi yüksək olan xəstəliklər, əhali arasında əlillik faizi yüksək olan xəstəliklər, sayında davamlı artım müşahidə olunan xəstəliklər, sağlamlığın pozulması ilə bağlı digər vəziyyətlər təhlil edilir. Qeyd olunanları nəzərə alaraq, süni mayalanmanın icbari tibbi sığorta sisteminin Xidmətlər Zərfinə daxil edilməsi nəzərdə tutulmayıb.

"Sığorta fondundakı vəsaitin miqdarına baxsaq..."

Millət vəkili Müşfiq Məmmədli deyir ki, hazırda Xidmətlər Zərfinə 3500-dən artıq tibbi prosedur və xəstəlik daxil edilib, zamanla da bu, artırılacaq:

"İcbari tibbi sığorta tam dolğun şəkildə iki ildir ölkə ərazisini əhatə edir. İcbari tibbi sığorta fondunun müstəqil fond şəklində büdcəsinin icmal büdcəyə daxil edilməsi bu istiqamətdə atılmış mühüm addımlardan biridir. Biz fondda toplanmış vəsaitlərin davamlı şəkildə artmasını müşahidə edəcəyik. İcbari tibbi sığorta fondunda vəsaitin artım tempi bu cür davam edərsə, təbii ki, digər xəstəliklərin də xidmətlər zərfinə daxil edilməsi prosesi baş verəcək".

Millət vəkili bildirdi ki, çox yaxın zamanda süni mayalanmanın Xidmətlər Zərfinə daxil edilməsi real deyil:

"Bəzi ölkələrdə süni mayalanma icbari tibbi sığortaya daxil edilməyib, bəzi ölkələrdə müəyyən hissəsi vətəndaş tərəfindən qarşılanır, müəyyən hissəsini dövlət ödəyir, bəzi ölkələrdə isə tam icbari tibbi sığorta çərçivəsində həyata keçirilir. Azərbaycana gəlsək, ölkəmizdə icbari tibbi sığortanın hazırda əhatə etməli olduğu bir çox patologiyalar var. Bunlar insan orqanizmi üçün təhlükə yaradan, insanların sağlamlığına təcili müdaxilə edilməsi vacib olan xəstəliklər qrupudur. Onkoloji xəstəlikləri və digər əməliyyat prosedurlarını qeyd edə bilərik. İcbari tibbi sığorta fondundakı vəsaitin miqdarına baxsaq, fonddakı vəsaitlərin artım tempini analiz etsək, bunun üçün bir qədər vaxta ehtiyac var. Yəni, bu il və gələn il üçün süni mayalanmanın icbari tibbi sığorta çərçivəsinə daxil olunması real görünmür. Amma, zamanla bütün tibbi prosedurlar icbari tibbi sığorta çərçivəsinə alınacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1789   Tarix: 30 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İki avtomobilin arasında qalaraq öldü

Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, rayonun Şorsulu kəndində "VAZ" markalı minik avtomobili yol kənarında dayanmış "Qazel" markalı yük avtomobilinə çırpılıb. Qəza zamanı "Qazel"in yanında olan kən

27 aprel
.

Bakıda 11-ci sinif şagirdi vəfat edib

Paytaxtda 238 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi qəfil vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilib ki, məktəbin şagirdi Kamran Mahmudlu həyatını itirib

27 aprel
.

Hava ilə bağlı SON DƏQİQƏ xəbərdarlığı: Sabahdan...

Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında aprelin 27-si gündüzdən 28-i gündüzədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı

26 aprel
.

16 yaşlı oğlanı maşınla vurub öldürdü - Video

Bakıda ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, Murad Müslüm oğlu Abaszadə idarə etdiyi avtomobillə Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsi ilə hərəkətdə olarkən yolu keçən piyadanı vurub. Nəticədə 2010-cu il təvəllüdlü Emil Kamil oğlu Əliyev hadisə yerində ölüb. Məlum olu

27 aprel
.

Azərbaycan toylarında BU QAYDA DƏYİŞİB

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu artıq toylarda bəy və gəlinin "Vağzalı" istəmədiyini deyib. Axşam.az-a istinadən xəbər verir ki, musiqiçi muğam ifaçılarının da buna şərait yaratdığını bildirib:. "Artıq neçə toydur "Vağzalı" ifa etmirik. Müəyyən mahnılar seçilir. Muğam ifaçılarını

26 aprel
.

May ayının istirahət günləri açıqlandı

2026-cı ilin istehsalat təqviminə əsasən, may ayında Azərbaycanda qeyri-iş günlərinin sayı digər aylarla müqayisədə daha çox olacaq. Qaynarinfo xəbər verir ki, 9 Mayın (Faşizm üzərində Qələbə Günü) şənbə gününə düşməsi səbəbindən, Əmək Məcəlləsinə uyğun olaraq 11 may (bazar ertəsi) də qeyri-iş günü ela

27 aprel
.

Şaiq ANAMA əməkdaşı imiş - Yaxın günlərdə ata olacaqdı...-Foto

Ağcabədidə qətlə yetirilən 30 yaşlı Şaiq Mamedov Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib. Bildirilib ki, hadisə rayonun Yuxarı Qiyaməddinli kəndində qeydə alınıb. Nəticədə, kənd sakinləri - 1996-cı il təvəllüdl

27 aprel
.

Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

Dövlət İmtahan Mərkəzi tam orta təhsil səviyyəsində (11 illik) xarici dillər üzrə imtahan modelində dəyişiklik edib və yeni model 2027-ci ildən etibarən tətbiq olunacaq. APA-ya istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyev

27 aprel
.

Evinin həyətində cərəyan vurub öldürdü

Ağstafada ölümlə nəticələnən hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, aprelin 26-sı rayonun Aşağı Kəsəmən kəndində yaşayan 2010-cu il təvəllüdlü Hüseynov Nəsir Ayaz oğlu yaşadığı evin həyətində elektrik naqilinin açıq olan hissəsinə əlini vurarkən cərəyan vurması nəticəsində ölüb. Faktl

27 aprel