Hərbi cani Xaçaturyanın saxlanılması əhəmiyyətli reallıqları bir daha üzə çıxardı

Hərbi cani Xaçaturyanın saxlanılması əhəmiyyətli reallıqları bir daha üzə çıxardıİyirmi beş mülki azərbaycanlını qətlə yetirmiş və 10 ildir ki, beynəlxalq axtarış elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş hərbi cani Vaqif Xaçaturyanın Laçın sərhəd-keçid məntəqəsində saxlanılması əhəmiyyətli reallıqları bir daha üzə çıxardı.

Bunu "Report"a açıqlamasında Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.

"Birincisi, bildiyiniz kimi, Prezident İlham Əliyev də dəfələrlə Xocalı qatilləri başda olmaqla, əli azərbaycanlıların qanına batmış hər kəsin cəzalandırılacağını bəyan etmişdi. Xaçaturyanın yaxalanması ilə Azərbaycan dövləti göstərdi ki, heç nə unudulmur və müharibə cinayətlərinə hüquqi qiymətin verilməsi, o cümlədən 30 illik dövrdə sülh və insanlıq əleyhinə cinayətlər törətmiş hər bir cinayətkarın ifşa olunaraq məsuliyyətə cəlb edilməsində nə qədər qətiyyətlidir. Üstəlik, sərhəd-keçid məntəqəsində "böhran şousu"nun davam etdiyi və əksəriyyəti Qərb təmsilçiləri olan çoxtərkibli təxribatçı missiyanın gözü önündə cinayətkarlıqla mübarizədə tərəddüdsüz davranışla Azərbaycan həm də bu bölgədə son sözün kimə mənsub olduğunu göstərdi", - deputat qeyd edib.

"İkincisi, dünya şahid oldu ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan əraziləri müharibə canilərinin məsuliyyətdən yayınması üçün münbit ekosistemə çevrilib və bu isə bütövlükdə regionun təhlükəsizliyi üçün təhdid yaradır. Sülhməramlı kontingentin komandanlığı isə hansısa maraqlar naminə məsələni görməzdən gəlir. Əks halda beynəlxalq axtarış orderləri rəhbər tutularaq Xaçaturyan və hələ də Qarabağda rahat formada yaşayan digər canilər aidiyyəti üzrə elə sülhməramlı komandanlığının özü tərəfindən təhvil verilməli idi", - Bəhruz Məhərrəmov vurğulayıb.

Üçüncüsü, baş verənlər Beynəlxalq Qırmızı Xaç Komitəsinin növbəti dəfə iç üzünü açıb: "Qısa müddət öncə qaçaqmalçılıq fəaliyyəti təkzibolunmaz faktlarla sübuta yetirilən BQXK bu dəfə müharibə canilərinin himayəçisi qismində ifşa oldu. Beləliklə də, silahlı münaqişə qurbanlarını qorumaq üçün mandat almış Beynəlxalq Qırmızı Xaç Komitəsi, humanitar fəaliyyət adı altında humanitar hüquq pozuntularının məcmusunu törətmiş və beynəlxalq axtarışda olan caniləri himayə etməklə özünə qarşı çoxsaylı şübhələrin əhatəsini bir az da artırdı. Qaçaqmalçılıq qalmaqalından sonra separatçılara silah daşıması ehtimalları güclənən BQXK, artıq humanitar missiya adı altında separatçıların və müharibə canilərinin sərbəst hərəkətinin təminatçısı olması barədə əsaslı şübhələr meydana çıxardı ki, bu da BQXK-nın fəaliyyətinin bazası olan 1949-cu il Cenevrə Konvensiyası, onun 1977-ci il Protokolu və 2005-ci il Əlavə Protokollarının köklü pozuntusudur".

Deputat vurğulayıb ki, caninin yaxalanmasından dərhal sonra İrəvandan ucalan etiraz sədaları, əslində 30 il davam edən müharibə cinayətlərinin dövlət səviyyəsində törədildiyini və Ermənistanın bu gün də öz çirkin əməllərinə haqq qazandırmaqda davam etdiyini göstərir ki, bu da qəbuledilməzdir: "İrəvanın qeyri-adekvat davranışı, 25 nəfəri öldürüb, 14 şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə soyqırım, 358 nəfər azərbaycanlını isə hüquqi əsaslar olmadan qanuni yaşadıqları yerlərdən didərgin salmaqla əhalini deportasiya etmə və ya məcburi köçürmə cinayətləri törətməkdə təqsirləndirilən birini və onun timsalında hərbi cinayətkarlar ordusunu müdafiə etməklə Ermənistan göstərdi ki, beynəlxalq birliyin "müstəqil" üzvü kimi cinayətkarlıqla mübarizədə qlobal əməkdaşlıq və birgə səylərdə nəinki heç bir qatqısı yoxdur, əksinə prosesdə ciddi əngələ çevrilib".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1050   Tarix: 30 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bessent ABŞ və Çinin Sİ üçün məhdudiyyətlərə dair razılaşmalarını mümkün sayır

ABŞ və Çin süni intellekt (Sİ) texnologiyalarının tətbiq edilməməli olduğu sahələr barədə razılığa gələ bilər. "Report" "Axios"a istinadən xəbər verir ki, bu fikri ABŞ-nin maliyyə naziri Skott Bessent ifadə edib. "Düşünürəm ki, biz modellərin məhz nəyi etməməli olduğu barəd

4 oktyabr
.

Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

Meksikada prezidentliyə namizədlərin ikinci vətəndaşlıqdan imtina etməsini nəzərdə tutan konstitusiya islahatının yekun təsdiqi gözlənilir. "Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Təşəbbüs həmçinin ştat qubernatorlarına və Mexiko merinə də şamil ediləcək. Ölk

4 oktyabr
.

Cənubi Koreya Şimali Koreyadan üzr istəməsini tələb edib

Cənubi Koreya sentyabrın 21-də ölkəni Şimali Koreyadan ayıran Silahsızlaşdırılmış Zonada (DMZ) aparılan axtarış işləri zamanı 3 zabitinin yaralanmasına səbəb olan partlayışdan sonra Şimali Koreyanın üzr istəməsini tələb edib. "Yonhap" agentliyinin məlumatına görə, Cənubi Koreya Baş Qərargah

5 oktyabr
.

Kobaxidze: Gürcüstan Aİ qarşısında öhdəliklərinin 90 faizini yerinə yetirib

Gürcüstan Avropa İttifaqı (Aİ) ilə Assosiasiya Gündəliyi və Dərin və Hərtərəfli Azad Ticarət Sazişi (DCFTA) çərçivəsində üzərinə götürdüyü öhdəliklərin təxminən 90 faizini yerinə yetirib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Open Air"

4 oktyabr
.

Pezeşkian: İran yeni iqtisadi plan hazırlayıb

İran yeni iqtisadi plan hazırlayıb. "Report" xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkə hesabında məlumat paylaşıb. "Hökumət xüsusi şəraiti idarə etmək üçün yeni mövqe tutub. Ötən aylarda düşmənin planı, İran xalqına təzyiq göstərmək məqsədil

4 oktyabr
.

Tramp administrasiyası Rusiyada mümkün vəba epidemiyasını izləməyə başlayır

ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiyada şübhəli vəba xəstəliyi və bununla bağlı karantin tədbirləri barədə məlumatları izləyir. xəbər verir ki, bu barədə Ağ Ev sözçüsü Axios-a bildirib. Onun sözlərinə görə, administrasiya hadisələrdən "xəbərdardır" və vəziyyətin inkişafı üçü

5 oktyabr
.

Yəməndə hökumət qüvvələri husilərə qarşı genişmiqyaslı əməliyyata başladı

The Guardian yazır ki, Yəmənin Səudiyyə Ərəbistanının dəstəklədiyi hökuməti ölkədə husilərin nəzarətində olan bütün əraziləri geri almaq məqsədilə yeni hərbi əməliyyata başlayıb. Qərar husilərin Taiz şəhərini hökumətin nəzarətində olan Ədənlə birləşdirən mühüm təchizat yolunu kəsməsindən sonra açıqlanıb

5 oktyabr
.

"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

Kanadanın Baş naziri Mark Karni bu ay Türkiyəyə səfər etməyi və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, bu, Kanada Baş nazirinin Türkiyəyə ilk rəsmi səfəri olacaq

4 oktyabr
.

Əfqanıstanda qızıl mədəninin çökməsi nəticəsində beş nəfər ölüb

Əfqanıstanın şimalındakı Təhar əyalətində qızıl mədəninin çökməsi nəticəsində beş şaxtaçı ölüb. "Report"un "Associated Press"ə istinadən məlumatına görə, bu barədə yerli hakimiyyət orqanları xəbər verib. Hadisə Çah-Ab dairəsinin Şah-Mastan rayonunda qeydə alınıb. Əlavə məlumat verilmir

4 oktyabr