"Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə" Türkiyə Forumu keçirildi - FOTO

"Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə" Türkiyə Forumu keçirildi - FOTOTürkiyənin İstanbul şəhərində "Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə" Türkiyə Forumu keçirilib.

Sonxeber.az Yenicag.az-a istinadla xəbər verir ki, iyulun 29-da Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Qızılbaş" Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən keçirilən forum Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) İstanbul ofisində baş tutub.

Qərbi Azərbaycandan soydaşlarımızın sürgünü, onların öz dədə-baba yurdlarına dönüşünün təşkili və bunun beynəlxalq səviyyədə təmin edilməsi kimi məsələlərin müzakirə olunduğu forumun açılış nitqini söyləyən "Yeni Çağ" Media Qrupunun rəhbəri Aqil Ələsgər 44 günlük Vətən müharibəsindən sonra prezident İlham Əliyevin "Böyük Qayıdış" siyasəti çərçivəsində işğaldan azad edilən torpaqların canlandırılması, orada həyatın yenidən inşa edilməsi işlərinin uğurlu bir şəkildə davam etdiyini vurğulayıb. Aqil Ələsgər işğaldan azad edilən torpaqlara geri dönüşün təmin edilməsi ilə bərabər, Azərbaycanın qarşısında bir sıra mühüm vəzifələrin dayandığını deyib:

"Onlardan biri də Qərbi Azərbaycana geri dönüşün təşkil olunmasıdır. 700 mindən çox soydaşımız XX əsrdə öz ata yurdlarından Sovet Rusiyasının təlimatları ilə zorla deportasiya olunmuşdur. Bu köç siyasət işgəncə və qətliamlarla müşayiət edilmiş, deportasiya olunmuş soydaşlarımızın bir çoxu gəldikləri bölgələrin iqlim şərtlərinə dözməyərək həyatlarını itirmişlər. Bütün bunları nəzərə aldıqda bu gün Qərbi Azərbaycandan sürgün edilmiş azərbaycanlıların qayıdışını təmin etmənin önəmini anlayırıq. Buna görə də yürüdülən siyasəti dəstəkləməklə yanaşı, hər birimiz onun bir hissəsi olmaq istəyirik. Elə bugünkü forumun təşkil olunmasında məqsədimiz də budur".

Aqil Ələsgərin çıxışından sonra protokol çıxışlarına yer verilib. Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəbli Azərbaycan diasporunun qarşısında yeni vəzifənin durduğunu bildirib:

"30 il boyunca biz Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırarkən Qarabağ ilə məhdudlaşırdıq. Ancaq indi yeni Qərbi Azərbaycan səhifəsi açılır. Yüz illər boyu Azərbaycanın önəmli məkanlarından olan İrəvan xanlığı, açıq şəkildə desək, bu gün erməni işğalı altındadır. Artıq Qərbi azərbaycanlılar öz torpaqlarına qayıtmaq istəyirlər".

Azərbaycanın İstanbuldakı konsulu Zaur Allahverdi-zadə çıxış edərək bölgənin tarixi haqqında məlumat verib. Konsul Zəngəzurun Ermənistana verilməsindən sonra Azərbaycanın Türkiyə və bütün türk dünyası ilə quru əlaqəsinin məqsədli şəkildə kəsildiyini və bunun türk dünyasının coğrafi baxımdan parçalanması üçün atılan addım olduğunu söyləyib.

"Bu gün Qərbi Azərbaycan İcması fəaliyyət göstərir. İcma Qərbi Azərbaycanda olan soydaşlarımızın haqlarının bərpa edilməsi, onların deportasiyasından məsul olan şəxslərin məhkəmə qarşısına çıxarılması üçün çoxtərəfli fəaliyyətini davam etdirir. Qərbi Azərbaycandan olan soydaşlarımız ora dönəcəkləri günü səbrsizliklə gözləyirlər. Onların öz ata yurdlarına dönmə haqlarının təmin edilməsi hər hansı dövlətə qarşı torpaq iddiası anlamına gəlmir. Çünki Qərbi azərbaycanlıların ata yurdlarına qayıdışları beynəlxalq anlaşmalarla təsbit edilib", – deyə konsul bildirib.

YTB-nin İstanbul ofisinin koordinatoru Əmrə Oruc, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) İdarə Heyətinin sədr müavini Pərviz Məmmədzadə, TRT İdarə Heyətinin üzvü Hilal Kaplan, TİMBİR-in sədr müavini Adil Koçalan, Türkiyənin iqtidardakı Ədalət və İnkişaf Partiyasının (AKP) Gənclər Təşkilatının xarici əlaqələr üzrə sədri Mustafa Kanyılmaz və Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri Toğrul Allahverdili də çıxışlarında Qərbi Azərbaycan həqiqətlərindən danışaraq insan haqları çərçivəsində yurdlarından didərgin salınmış azərbaycanlıların evlərinə qayıdışının təmin olunmasının önəmindən bəhs ediblər.

Çıxışlardan sonra Qərbi Azərbaycan həqiqətlərindən və Ermənistanın buradakı azərbaycanlı izlərini yox etməsindən bəhs edən sənədli filmin nümayişi baş tutub.

Müxtəlif çıxışlardan sonra akademik panel müzakirəsi təşkil olunub. Rəşid Mustafazadənin moderatorluğu ilə baş tutan paneldə Mehdi Gəncəli, Aynur Hüseynova, Venera Mustafayeva və Dilqəm Əhməd tarixi gerçəklərə işıq tutublar.

Panel müzakirələrindən sonra iştirakçılara plaket təqdim edilib və forum xatirə şəklinin çəkdirilməsi ilə başa çatıb.
"Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə" Türkiyə Forumu keçirildi - FOTO"Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə" Türkiyə Forumu keçirildi - FOTO"Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə" Türkiyə Forumu keçirildi - FOTO"Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə" Türkiyə Forumu keçirildi - FOTO"Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə" Türkiyə Forumu keçirildi - FOTO"Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə" Türkiyə Forumu keçirildi - FOTO"Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə" Türkiyə Forumu keçirildi - FOTO"Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə" Türkiyə Forumu keçirildi - FOTO"Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə" Türkiyə Forumu keçirildi - FOTO"Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə" Türkiyə Forumu keçirildi - FOTO"Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə" Türkiyə Forumu keçirildi - FOTO"Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə" Türkiyə Forumu keçirildi - FOTO"Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə" Türkiyə Forumu keçirildi - FOTO"Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə" Türkiyə Forumu keçirildi - FOTO"Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə" Türkiyə Forumu keçirildi - FOTO"Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə" Türkiyə Forumu keçirildi - FOTO"Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə" Türkiyə Forumu keçirildi - FOTO"Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə" Türkiyə Forumu keçirildi - FOTO"Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə" Türkiyə Forumu keçirildi - FOTO


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 881   Tarix: 30 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bessent ABŞ və Çinin Sİ üçün məhdudiyyətlərə dair razılaşmalarını mümkün sayır

ABŞ və Çin süni intellekt (Sİ) texnologiyalarının tətbiq edilməməli olduğu sahələr barədə razılığa gələ bilər. "Report" "Axios"a istinadən xəbər verir ki, bu fikri ABŞ-nin maliyyə naziri Skott Bessent ifadə edib. "Düşünürəm ki, biz modellərin məhz nəyi etməməli olduğu barəd

4 oktyabr
.

Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

Meksikada prezidentliyə namizədlərin ikinci vətəndaşlıqdan imtina etməsini nəzərdə tutan konstitusiya islahatının yekun təsdiqi gözlənilir. "Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Təşəbbüs həmçinin ştat qubernatorlarına və Mexiko merinə də şamil ediləcək. Ölk

4 oktyabr
.

Cənubi Koreya Şimali Koreyadan üzr istəməsini tələb edib

Cənubi Koreya sentyabrın 21-də ölkəni Şimali Koreyadan ayıran Silahsızlaşdırılmış Zonada (DMZ) aparılan axtarış işləri zamanı 3 zabitinin yaralanmasına səbəb olan partlayışdan sonra Şimali Koreyanın üzr istəməsini tələb edib. "Yonhap" agentliyinin məlumatına görə, Cənubi Koreya Baş Qərargah

5 oktyabr
.

Kobaxidze: Gürcüstan Aİ qarşısında öhdəliklərinin 90 faizini yerinə yetirib

Gürcüstan Avropa İttifaqı (Aİ) ilə Assosiasiya Gündəliyi və Dərin və Hərtərəfli Azad Ticarət Sazişi (DCFTA) çərçivəsində üzərinə götürdüyü öhdəliklərin təxminən 90 faizini yerinə yetirib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Open Air"

4 oktyabr
.

Pezeşkian: İran yeni iqtisadi plan hazırlayıb

İran yeni iqtisadi plan hazırlayıb. "Report" xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkə hesabında məlumat paylaşıb. "Hökumət xüsusi şəraiti idarə etmək üçün yeni mövqe tutub. Ötən aylarda düşmənin planı, İran xalqına təzyiq göstərmək məqsədil

4 oktyabr
.

Tramp administrasiyası Rusiyada mümkün vəba epidemiyasını izləməyə başlayır

ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiyada şübhəli vəba xəstəliyi və bununla bağlı karantin tədbirləri barədə məlumatları izləyir. xəbər verir ki, bu barədə Ağ Ev sözçüsü Axios-a bildirib. Onun sözlərinə görə, administrasiya hadisələrdən "xəbərdardır" və vəziyyətin inkişafı üçü

5 oktyabr
.

Yəməndə hökumət qüvvələri husilərə qarşı genişmiqyaslı əməliyyata başladı

The Guardian yazır ki, Yəmənin Səudiyyə Ərəbistanının dəstəklədiyi hökuməti ölkədə husilərin nəzarətində olan bütün əraziləri geri almaq məqsədilə yeni hərbi əməliyyata başlayıb. Qərar husilərin Taiz şəhərini hökumətin nəzarətində olan Ədənlə birləşdirən mühüm təchizat yolunu kəsməsindən sonra açıqlanıb

5 oktyabr
.

"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

Kanadanın Baş naziri Mark Karni bu ay Türkiyəyə səfər etməyi və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, bu, Kanada Baş nazirinin Türkiyəyə ilk rəsmi səfəri olacaq

4 oktyabr
.

Əfqanıstanda qızıl mədəninin çökməsi nəticəsində beş nəfər ölüb

Əfqanıstanın şimalındakı Təhar əyalətində qızıl mədəninin çökməsi nəticəsində beş şaxtaçı ölüb. "Report"un "Associated Press"ə istinadən məlumatına görə, bu barədə yerli hakimiyyət orqanları xəbər verib. Hadisə Çah-Ab dairəsinin Şah-Mastan rayonunda qeydə alınıb. Əlavə məlumat verilmir

4 oktyabr