"MİDA adını hörmətdən salan elektron mənzil seçimi sistemində israrla davam etməyi bir kənara buraxmalıdır"- İT ekspert

"MİDA adını hörmətdən salan elektron mənzil seçimi sistemində israrla davam etməyi bir kənara buraxmalıdır"- İT ekspert"2018-ci ildə Mənzil İnşaatı Dövlət Agentliyi-nin ilk layihəsində mənzillərin seçimi zamanı sistemin donması ilə başladığı kimi, bu gün də bənzər uğursuzluğun fərqli çalarları ilə öz bildiyi kimi davam edir. 29.07.2023 tarixində saat 11:00-da başlayan mənzil seçimi də başqa bir uğursuzluq çaları idi".

Bu sözləri informasiya texnologiyaları üzrə mühəndis-ekspert, tədqiqatçı Bəhruz Əliyev Sonxeber.az-a deyib.
"MİDA adını hörmətdən salan elektron mənzil seçimi sistemində israrla davam etməyi bir kənara buraxmalıdır"- İT ekspertO qeyd edib ki, MİDA-ya kifayət qədər uğursuzluq qazandıran və adını hörmətdən salan elektron mənzil seçimi sistemində israrla davam etməyi bir kənara buraxmalıdır:

"Sahə üzrə bəzi həmkarlarım öz sosial şəbəkələrində mənzil seçimin indiki kimi aparılması üçün, qurulan elektron sistemə, kifayət qədər pul ayrıldığını qeyd ediblər, rəqəmlər göstəriblər. Bəlkə də son rəqəmləri MİDA özü açıqlasa, daha yaxşı olardı.
Axı sizin nəyiniz çatmır ki, hələ də bu sistemin tam əlçatan, etibarlı və güvənilən olmasına 7 il ərzində çata bilmədiniz?!
1. Sistemlərin qurulması üçün, lazımı pul ayrılmadı?! Əsla inanmıram!
2. Ölkədə kefiyyətli mütəxəssis yoxdur?! Əsla belə deyil!
3. Kimsə kömək əlini uzatmadı?! Ölkədə sosial şəbəkələrdən kömək təklifini edən peşəkarlarımız var.
Fikrimcə ölkədə kifayət qədər savadlı mütəxəsisslərimiz var. Onların potensialından çətinlik çəkilən nöqtələrdə istifadə etmək və heç olmasa seçimlərin 5-ci ilində insanların bir çoxunun üzündə təbəssüm yaratmaq olardı. Gözünü güzəştli evlərə tikib, başqa imkanı olmayan, 100-lərlə insanın bir qismini qəhərə salmamaq olardı. Heç olmasa, ümidlərini qırmamaq olardı ki, gələn seçimlərdə daha istəkli iştirak etsinlər. İllərdir İT sahəsində fəaliyyət göstərən biri kimi deyərdim ki, İT bacarıqları zəif olan və əsasən də yaşlı insanlar bizlərə kömək üçün müraciətlər edirlər. Müraciətlər o qədər çoxdur ki, bu vətəndaşların seçimdə bərabər hüquqlu olmasını istisna edir. Diskriminasiya yaradır. Təbii ki, bəzi fürsətçi İT mütəxəssisləri vəziyyətdən maddi maraq üçün, istifadə edir. Daha öncəki seçimlərdə baş verən hadisələr də hamıya bəllidir. Amazon, Aliexpress, E-bay kimi saatlıq endirim kompaniyası keçirən və yüz minlərlə istifadəçisi olan bu və digər platformalarda donmalar olmadığı halda bu gün donmaların olması çox absurddur. Özü də bir neçə min iştirakçı ilə. Logların canlı yox bir neçə gün sonra təqdim olunması da etibarlılığı pozan məqamdır. Halbuki monitoring mərkəzini canlı yayında göstərmək və real vaxt rejimində logların təqdim edilməsi şübhələri bir qədər aradan qaldıra bilərdi. Düşünürəm ki, İT texnologiyaların imkanları arxasında gizlənərək, şübhəli işlərin görülmə riski daha böyükdür. Nəzarətin hansı səviyyədə və kimlər tərərfindən olmasına baxmayaraq, MİDA-nın şübhələrdən qurtulacağı inandırıcı görsənmir. Hər sahədə İT-nin imkanlarının tətbiq edilməsinin tərəfdarıyam, amma aşağıdakı qaydalara uyğun olmalıdır. Əks halda səmərəsiz iş olmaqdan o tərəfə keçə bilməyəcək.
1. İşin səmərəliliyini artırmalıdır.
2. Etibarlılığı və şəffaflığı artırmalıdır.
3. Xərclər zaman intervalında azalmalıdır.
4. İnsanların işə xərclədiyi zamanı, əməyi və stresi azalatmalıdır.
Fikrimcə MİDA-ya kifayət qədər uğursuzluq qazandıran və adını hörmətdən salan, elektron mənzil seçimi sistemində israrla davam etməyi bir kənara buraxmalıdır. "Loteriya" vəya "Puşk atmaq" dediyimiz üsul ilə, yeni və şəffaf bir elektron sistem qurulmalıdır. Hər anın və gedişin canlı, göz qabağında olan bir sistem olmalıdır. Təbii ki, MİDA öz imicini qurtarmaqda maraqlıdırsa. Hər dəfə necəsə vəziyyətdən çıxmaq yolu seçmirsə və məsələlərə peşəkar yanaşmaq istəyirsə. Mən 5 il əvvəl sosial şəbəkələrdən MİDA-ya müracət edərək, bəzi təkliflər etmişdim. Bu təkliflərimi təkminləşdirib, yenidən verməyə hazıram. Təki bu gözəl layihə daha uyğun, daha şübhəsiz, daha şəffaf, daha səmərəli, lazımı hədəf və məqsədə daha uyğun işləməsi üçün cəhdlər olsun".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1680   Tarix: 31 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi

Zəngəzurun Şəki kəndində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayev insidentdən sonrakı gecə Sisyan xəstəxanasından İrəvandakı tibb mərkəzlərindən birinə aparılıb. "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə nəşrə mənbələr məlumat verib. Müvafiq dövlət qurumları isə Azərbayca

5 oktyabr
.

İnsanlar niyə qəddarlaşır? Hamilə iti pəncərədən atan şəxsin hərəkəti nəyi göstərir? - PSİXOLOQDAN AÇIQLAMA

Bakıda hamilə itin hündürmərtəbəli binanın pəncərəsindən aşağı atılması cəmiyyətdə ciddi narazılıq yaradıb. Heyvana qarşı bu cür amansız davranışın görüntülərinin yayılması bir daha insanlarda aqressiya və zorakılığın hansı həddə çata bildiyi sualını gündəmə gətirib. Bəs insanı heyvana qarşı bu qədə

5 oktyabr
.

Azərbaycan banklarına depozit qoyuluşu il ərzində 11 %-dən çox artıb

Bu il sentyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 46 milyard 053 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,5 % çox, ilin əvvəli ilə müqayisədə 10,4 % çox, ötən il sentyabrın 1-nə nisbətən isə 11,1 % çoxdur

3 oktyabr
.

"Neptun"dakı endirim narazılıq yaratdı - Foto

"Neptun" marketlərindəki endirim alıcıları narazı salıb. xəbər verir ki, bu barədə sosial şəbəkədə Emil Rəhimov yazıb. O bildirib ki, marketin satıcıları və kassirləri endirim barədə məlumatlı deyil:. "Market çölündə yazılı və həmçinin içində səsli elan olaraq 1kq" Valio" yağlarını

5 oktyabr
.

Bu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR

Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen

4 oktyabr
.

Azərbaycanda tauna yoluxan var?

Rusiyanın İrkutsk vilayətində taun xəstəliyi ilə bağlı yayılan məlumatlar Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi tərəfindən izlənilir. Hazırda Azərbaycan ərazisində taunla bağlı əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə zərurət yoxdur. APA-ya istinadən xəbər verir ki, b

5 oktyabr
.

"Bu o deməkdir ki, biz öz işimizi başa düşməmişik"

"Bu gün bizim məktəbimizin ən vacib müzakirə mövzusu şagirdlərimizin öyrənib-öyrənməməsidir. Şagirdlər öyrənirsə, deməli, hər şey yaxşıdır". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda çıxışı zamanı bildirib

5 oktyabr
.

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinləri

4 oktyabr
.

Azərbaycanda əlavə iş yerləri yaradılacaq

Qanunvericiliyə "paraleqal" anlayışı daxil edilir. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Pulsuz hüquqi yardım haqqında" Qanunda əksini tapıb. Paraleqal dövlət büdcəsindən ayrılmış vəsai

5 oktyabr