"Vaqif Xaçaturyanın həbsi bir daha göstərdi ki, ilahi ədalət gec-tec öz yerini tapır" - DEPUTAT
Xəbər verdiyimiz kimi Azərbaycan sərhədçiləri "Laçın" sərhəd-buraxılış məntəqəsində Birinci Qarabağ müharibəsində Ermənistanın etnik təmizləmə siyasətinin icraçılarından biri olmuş şəxsi - Vaqif Xaçaturyanı saxlayıblar.
Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, Vaqif Xaçaturyan kimi əlləri azərbaycanlıların qanına boyanan digər erməni cəlladları da saxlanılaraq öz layiqli cəzalarını alacaqlar:
"Tarix boyu Azərbaycan xalqı erməni vandallarının vəhşiliklərinə və soyqırımına məruz qalıb. Vaqif Xaçaturyan həmin erməni vandallarından biridir. Bu cəlladın işgəncə verdiyi soydaşlarımızın müsahibələri onun necə vəhşi və barbar insan olduğunu sübut edir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun yaydığı məlumatda qeyd olunur ki, Xaçaturyan bir qrup erməni hərbi birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib. Qırğın zamanı 25 nəfər azərbaycanlı öldürülüb, 14-ü yaralanıb, 358-i isə didərgin salınıb. Törətdiyi kütləvi qırğın ilə əlaqədar aparılan cinayət işi üzrə Xaçaturyan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələr ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib, ona məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İyulun 29-da Ermənistana gedərkən Vaqif Xaçaturyan Laçın sərhəd-buraxılış məntəqəsində həbs edilib. Vaqif Xaçaturyanın həbsi bir daha göstərdi ki, ilahi ədalət gec-tec öz yerini tapır".
Deputat vurğulayıb ki, Vaqif Xaçaturyana qanunla ən ağır cəza verilməlidir:
"Əminəm ki, Vaqif Xaçaturyan kimi əli günahsız azərbaycanlıların qanına boyamış digər cinəyətkarlar da tezliklə tapılıb cəzalandırılacaqlar".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1625 Tarix: 31 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan banklarına depozit qoyuluşu il ərzində 11 %-dən çox artıb
Bu il sentyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 46 milyard 053 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,5 % çox, ilin əvvəli ilə müqayisədə 10,4 % çox, ötən il sentyabrın 1-nə nisbətən isə 11,1 % çoxdur
3 oktyabr"Neptun"dakı endirim narazılıq yaratdı - Foto
"Neptun" marketlərindəki endirim alıcıları narazı salıb. xəbər verir ki, bu barədə sosial şəbəkədə Emil Rəhimov yazıb. O bildirib ki, marketin satıcıları və kassirləri endirim barədə məlumatlı deyil:. "Market çölündə yazılı və həmçinin içində səsli elan olaraq 1kq" Valio" yağlarını
5 oktyabrBu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR
Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen
4 oktyabrAzərbaycanda tauna yoluxan var?
Rusiyanın İrkutsk vilayətində taun xəstəliyi ilə bağlı yayılan məlumatlar Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi tərəfindən izlənilir. Hazırda Azərbaycan ərazisində taunla bağlı əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə zərurət yoxdur. APA-ya istinadən xəbər verir ki, b
5 oktyabr"Bu o deməkdir ki, biz öz işimizi başa düşməmişik"
"Bu gün bizim məktəbimizin ən vacib müzakirə mövzusu şagirdlərimizin öyrənib-öyrənməməsidir. Şagirdlər öyrənirsə, deməli, hər şey yaxşıdır". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda çıxışı zamanı bildirib
5 oktyabrErmənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinləri
4 oktyabrAzərbaycanda əlavə iş yerləri yaradılacaq
Qanunvericiliyə "paraleqal" anlayışı daxil edilir. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Pulsuz hüquqi yardım haqqında" Qanunda əksini tapıb. Paraleqal dövlət büdcəsindən ayrılmış vəsai
5 oktyabr