Vaqif Xaçatryanın Meşəlidə törətdiyi qırğının təfərrüatı açıqlanıb - ŞAHİD DANIŞIR + FOTO

Vaqif Xaçatryanın Meşəlidə törətdiyi qırğının təfərrüatı açıqlanıb - ŞAHİD DANIŞIR + FOTO"Əminik ki, Xocalı, Meşəli və digər yerlərdə azərbaycanlılara qarşı soyqırımı törədənlərin hər biri mütləq cəzalandırılacaq".

Bunu "Report"un Qərb bürosuna açıqlamasında Xocalı rayonunun Meşəli kənd icra nümayəndəsi İlham Kazımov deyib.

O, Birinci Qarabağ müharibəsi dövründə kəndlərinə ermənilərin dəfələrlə hücum etdiklərini bildirib:

"Kənd sakinləri hər dəfə düşmənə layiqli cavab verirdilər, ancaq sonuncu hücumun qarşısını ala bilmədik. Çünki düşmənin sayı-hesabı yox idi və çox ağır silahlardan atəş açırdılar. Xatirimdədir ki, 1991-ci il dekabrın 23-ü erməni alayının Meşəliyə hücumu zamanı göydən sanki od yağırdı. Meşəlidə həmin vaxt 360 nəfərdən ibarət 81 ailə yaşayırdı. Düşmən kəndi mühasirəyə almışdı, yalnız bir istiqamətdə mövqe tuta bilməmişdi. Camaat oradan çıxmaq istəyirdi, elə həmin vaxt oranı da gülləyə tutmuşdular. Kənd sakinlərindən çoxu çıxmaq istəmirdi. Erməni quldurlar onları elə öz evlərinin içində güllələmişdilər. Sağ qalanlar gecə saat 3-də çətinliklə də olsa kənddən çıxa bildilər".
Vaqif Xaçatryanın Meşəlidə törətdiyi qırğının təfərrüatı açıqlanıb - ŞAHİD DANIŞIR + FOTOİlham Kazımov

İcra nümayəndəsi vurğulayıb ki, nə qədər müqavimət göstərsələr də, düşmənin hücumunun qarşısını ala bilməyiblər:

"Bizdə 10 nəfər Milli Ordudan gəlmişdi, beş nəfər də polisimiz vardı. Silahlarımız məhdud sayda idi. Amma onlar güclü silahlanmışdılar. Tankları da vardı. Sadəcə, yol bağlı olduğundan tank Meşəliyə daxil ola bilməmişdi. Buna qədər çox hücumlar olmuşdu, ancaq qarşısını almışdıq. Sadəcə, sonuncu dəfə hücum edəndə erməni quldurlar sanki quduzlaşmışdılar. Həmin döyüşdə 25 şəhid verdik, 14 nəfər yaralandı. Şəhidlərdən 20-si Meşəli kənd sakini idi. Şəhidlik zirvəsinə ucalanlardan bir nəfər Ağdamdan gələn polis, üç nəfər Milli Ordunun əsgəri idi. Yevlaxdan bizim kəndə köməyə gələn Tahir adlı şəxs də şəhid oldu. Döyüşlər elə gedirdi ki, insanlar istəyirdilər yaba ilə düşmənin qabağına çıxıb vuruşsunlar. Ancaq silahımız olmadığından Xocalıdan, Kosalıdan və digər yerlərdən bizə kömək gəldi. Biz yenidən kəndə daxil olduq. Elə şəhidlərimizin sayını da onda bildik. Həmin vaxt mənim atam, xalamın ailəsi və digər qohumlarımız şəhid oldular".

İ.Kazımov bildirib ki, Xocalı rayonunun Meşəli kənd sakinləri artıq 14 ildir Goranboy rayonunun eyniadlı qəsəbəsində məskunlaşıblar və hazırda orada 430 nəfərdən ibarət 100 ailə yaşayır:

"Mən Prezident İlham Əliyevə bizə göstərdiyi diqqət və qayğıya görə təşəkkür edirəm. Burada bizim üçün hər cür şərait yaradılıb. Məktəbimiz, uşaq bağçamız çox gözəl formada fəaliyyət göstərir. Burada hər şey öz qaydasındadır.

Bu günlərdə cinayətdə əli olanlardan biri - Vaqif Xaçatryanın həbs edilməsi xəbərini eşitdik. O anda yaşadığımız sevinci sözlə ifadə edə bilmərəm. Bütün kənd sakinləri sevincindən az qala uçurdular. Hamı bir-birini təbrik edirdi. Sağ olsun dövlətimiz, sağ olsun Ali Baş Komandanımız, sağ olsun Ordumuz. Bu gün bizim qisasımız alınıb. Əminik ki, Xocalı, Meşəli və digər yerlərdə azərbaycanlılara qarşı soyqırımı törədənlərin hər biri mütləq şəkildə cəzalandırılacaq".
Vaqif Xaçatryanın Meşəlidə törətdiyi qırğının təfərrüatı açıqlanıb - ŞAHİD DANIŞIR + FOTOQeyd edək ki, Vaqif Xaçatryan erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib.

Qırğın zamanı 25 azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb, 358 nəfər azərbaycanlı isə didərgin salınıb. Qeyd edilən kütləvi qırğın ilə əlaqədar aparılan cinayət işi üzrə Vaqif Çerkezoviç Xaçatryanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (Soyqırımı) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib.

Ona məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, məhz bu cinayət işi çərçivəsində iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin "Laçın" sərhəd-buraxılış məntəqəsində saxlanılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1187   Tarix: 31 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi

Zəngəzurun Şəki kəndində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayev insidentdən sonrakı gecə Sisyan xəstəxanasından İrəvandakı tibb mərkəzlərindən birinə aparılıb. "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə nəşrə mənbələr məlumat verib. Müvafiq dövlət qurumları isə Azərbayca

5 oktyabr
.

İnsanlar niyə qəddarlaşır? Hamilə iti pəncərədən atan şəxsin hərəkəti nəyi göstərir? - PSİXOLOQDAN AÇIQLAMA

Bakıda hamilə itin hündürmərtəbəli binanın pəncərəsindən aşağı atılması cəmiyyətdə ciddi narazılıq yaradıb. Heyvana qarşı bu cür amansız davranışın görüntülərinin yayılması bir daha insanlarda aqressiya və zorakılığın hansı həddə çata bildiyi sualını gündəmə gətirib. Bəs insanı heyvana qarşı bu qədə

5 oktyabr
.

Azərbaycan banklarına depozit qoyuluşu il ərzində 11 %-dən çox artıb

Bu il sentyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 46 milyard 053 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,5 % çox, ilin əvvəli ilə müqayisədə 10,4 % çox, ötən il sentyabrın 1-nə nisbətən isə 11,1 % çoxdur

3 oktyabr
.

"Neptun"dakı endirim narazılıq yaratdı - Foto

"Neptun" marketlərindəki endirim alıcıları narazı salıb. xəbər verir ki, bu barədə sosial şəbəkədə Emil Rəhimov yazıb. O bildirib ki, marketin satıcıları və kassirləri endirim barədə məlumatlı deyil:. "Market çölündə yazılı və həmçinin içində səsli elan olaraq 1kq" Valio" yağlarını

5 oktyabr
.

Bu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR

Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen

4 oktyabr
.

Azərbaycanda tauna yoluxan var?

Rusiyanın İrkutsk vilayətində taun xəstəliyi ilə bağlı yayılan məlumatlar Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi tərəfindən izlənilir. Hazırda Azərbaycan ərazisində taunla bağlı əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə zərurət yoxdur. APA-ya istinadən xəbər verir ki, b

5 oktyabr
.

"Bu o deməkdir ki, biz öz işimizi başa düşməmişik"

"Bu gün bizim məktəbimizin ən vacib müzakirə mövzusu şagirdlərimizin öyrənib-öyrənməməsidir. Şagirdlər öyrənirsə, deməli, hər şey yaxşıdır". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda çıxışı zamanı bildirib

5 oktyabr
.

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinləri

4 oktyabr
.

Azərbaycanda əlavə iş yerləri yaradılacaq

Qanunvericiliyə "paraleqal" anlayışı daxil edilir. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Pulsuz hüquqi yardım haqqında" Qanunda əksini tapıb. Paraleqal dövlət büdcəsindən ayrılmış vəsai

5 oktyabr