Eldar Mahmudovun dostunun iki milyon vergi borcu var

Eldar Mahmudovun dostunun iki milyon vergi borcu varLəğv prosesində olan "AGBank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) külli miqdarda vergi borcu var.

"Qaynarinfo" xəbər verir ki, bankın bu günə olan vergi borcu 2 milyon 465 min 208.84 manatdır.

Qeyd edək ki, "AGBank" ASC 9 noyabr 1992-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 103 milyon 400 min manat olan ASC-nin qanuni təmsilçisi Piriyev Tural Qüdrət oğludur.

Tural Piriyev hazırda Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsində çalışır. O, bu vəzifəyə 2020-ci ildə təyin edilib.

"AGBank"ın sahibinə gəlincə, uzun illər bankın keçmiş deputat Çingiz Əsədullayevə məxsus olduğu bildirilib. Bankın səhmlərinin 33 faizi Əsədullayev və ailəsinə məxsus olub.

Çingiz Əsədullayevin keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla dost olması "AGBank"ın keçmiş MTN şefinin nəzarətində olması barədə mülahizələrə səbəb olub. "MTN işi" zamanı bu mülahizələr demək olar ki, təsdiqini tapıb. Məlum olub ki, Eldar Mahmudov bank əməliyyatlarını "AGBank"la həyata keçirirmiş. Onun Çingiz Əsədullayevlə başqa işbirlikləri barədə də iddialar səsləndirilib.

Eldar Mahmudov vəzifəsindən azad edildikdən sonra Çingiz Əsədullayevin də həbs ediləcəyi xəbəri yayıldı. Lakin bu gözlənti özünü doğrultmadı.

Yeri gəlmişkən, "MTN işi" zamanı Çingiz Əsədullayev deputat həmkarlarından fərqli olaraq, Eldar Mahmudovu "asıb-kəsməyib". Əksinə, onunla dost olduğunu bəyan edib.

"Bəli, biz Eldar Mahmudovla dost olmuşuq. Amma üzr istəyirəm, ölkənin yarısı onunla salamlaşmağı özünə şərəf bilirdi. Bu adam dövlətin düşməni deyildi, sadəcə olaraq milli təhlükəsizlik naziri postunu tuturdu", - deyə o vurğulayıb.

Eldar Mahmudov "arzuolunmaz şəxs" hesab edildikdən sonra Çingiz Əsədullayevin karyerası da "axsamağa" başladı. 2015-ci ildə keçirilən parlament seçkilərində o, 90 saylı Ağdaş seçki dairəsindən mandat qazansa da, Milli Məclisə seçilmiş deputatların təsdiqlənməsinə bir neçə gün qalmış Mərkəzi Seçki Komissiyası (MSK) həmin dairədə nəticələri ləğv etdi.

Həmin vaxt bu, Çingiz Əsədullayevin Eldar Mahmudovun adamı olması ilə əlaqələndirilirdi.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1275   Tarix: 31 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Uşaqpulu ilə bağlı mühüm YENİLİK - Tezliklə iki qərar verilə bilər

Demoqrafik göstəricilərlə bağlı müzakirələrin artdığı bir dövrdə Azərbaycanda uşaqpulunun bərpası məsələsi yenidən gündəmə gəlib. Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu ödənişin yenidən verilməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. -a danışan Sosial-strateji Tədqiqatlar və Analiti

4 oktyabr
.

Sürücülər üçün sığorta haqları ARTACAQ? - Ekspertdən AÇIQLAMA

Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin icbari sığortası üzrə yığımların 10,7 faiz, sığorta ödənişlərinin isə 20,2 faiz artması avtomobil sığortası bazarında ödənişlərin daha sürətli yüksəldiyini göstərir. Ödənişlərin yığımlardan daha sürətlə artması sığorta şirkətlərinin maliyyə yükünə və gələcəkd

5 oktyabr
.

Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Alman-Azərbaycan Cəmiyyətinin dəstəyi ilə Şəmkir rayonunda yerləşən tarixi Alman Lüteran kilsəsində Fidan Hacıyeva Vokal Musiqi Məktəbinin II Beynəlxalq Opera Festivalı keçirilib. Tədbirin əvvəlində Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingi

5 oktyabr
.

Bakıda iti pəncərədən atan şəxsə - 25 sutka verildi

Paytaxtın Qaradağ rayonunda itə qarşı zorakılıq edən şəxs məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, heyvanla rəhmsiz rəftar etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılan Ağakişiyev soyadlı şəxs 25 sutka inzibati qaydada həbs olunub. Qeyd edək ki, yayıla

5 oktyabr
.

Toylarda MENYU DƏYİŞİR: Qutab, kabab, plov, ləvəngi, balıq, tort...

"XX əsrin toy adət-ənənələri ilə XXI əsrdə keçirilən toylar arasında ciddi fərqlər var. Əvvəllər məclislərdə şabaş atmaq və pul nümayiş etdirmək geniş yayılmışdı. İndi isə bu ənənə, demək olar ki, aradan qalxıb. Hazırda isə insanlar öz imkanlarını başqa formada nümayiş etdirməyə çalışırlar"

4 oktyabr
.

Gürcüstanda 35 yaşlı azərbaycanlı qətlə yetirildi

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Qardabani rayonunda 35 yaşlı həmvətənimiz qətlə yetirilib. "Qafqazinfo" yerli mediaya istinadən xəbər verir ki, hadisə dünən rayonun Nəzərli kəndində qeydə alınıb. 35 yaşlı Araz Yusubov soyuq silahla öldürülüb. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatın

5 oktyabr
.

Elgiz bağ evini nümayiş etdirdi - (Video)

Tele-aparıcı Elgiz Əkbər bağ evindən çəkdiyi görüntüləri sosial media hesabında paylaşıb. Bizim.Media xəbər verir ki, videoda aparıcının bağda suvarma işləri apardığı görünür. Elgiz çəkdiyi və qulluq etdiyi ağacları da izləyicilərinə nümayiş etdirib. Aparıcı paylaşım zamanı izləyicilərinə sual ünvanlayara

5 oktyabr
.

Oktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ

"Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir". Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Ölkə.az-a verilə

4 oktyabr
.

Oktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR

Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftənin bütün günlərini əhatə edəcək. bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, mobilliyin artırılması, piyadaları

4 oktyabr