Şəhidlər Məscidində "Şəhidləri anma, xətm və dua" tədbiri keçirilib - FOTOLAR
Bakıdakı Şəhidlər Məscidində Türkiyə Diyanət İşləri Başqanlığı, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığıyla "Şəhidləri Anma, Xətm və Dua" adlı tədbir keçirilib.
Tədbirdə Diyanət İşləri Başqanının müavini, dosent Selim Arqun, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev, Diyanət İşləri Başqanlığının Müshəfləri İncələmə və Qiraət Şurası Başqanı Dr. Hafiz Osman Şahin, Ayasofya Məscidi İmamı Ferruh Muştuer, Fatih Məscidi İmamı Metin Çakar, Türkiyə Səfirliyinin Din Xidmətləri Müşaviri İhsan Açık, şəhid anaları, şəhidlərin ailə üzvləri və çox sayda qonaq iştirak edib.
Azərbaycan ilə Türkiyənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən bütün şəhidlərin ruhlarına ithafən Türkiyə və Azərbaycanlı qarilər tərəfindən Qur`ani-Kərim oxunub. Daha sonra Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev oxunan xətmlərin duasını edib və şəhidlər üçün dualar edilib. Tədbirin sonunda şəhid ailələrinə Qur`ani-Kərim hədiyyə olunub.
Türkiyə Diyanət İşləri Başqanının müavini, dosent Selim Arqun, Qafqaz İslam Ordusu, Qarabağ müharibəsi, Vətən Müharibəsi və bütün şəhidləri yad etmək üçün bu tədbirin təşkil edilməsindən vurğulayaraq tədbirin keçirilməsinə görə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinə təşəkkürünü bildirib.
Arqun "100 il əvvəl Nuri Paşanın rəhbərliyindəki Qafqaz İslam Ordusu əsgərləri bu coğrafiyanın düşmən işğalından azad edilməsi üçün döyüşdülər, can verib can aldılar, şəhid oldularsa, 100 il sonra da Türkiyə və Azərbaycanın qardaşlığı ilə birlikdə Qarabağ uğrunda zəfər qazanıldı.", - deyə bildirib.
Şəhidləri rəhmətlə yad etdiklərini vurğulayan Arqun sözlərinə belə davam edib:
"İstər buradakı şəhidliyimizi ziyarət etdiyimizdə, istərsə də Çanaqqala şəhidliyimizi ziyarət etdiyimizdə, bu coğrafiyanın bütün yerlərindən hərbçilərimizin iki cəbhədə də şəhid olduğunu görürük. Bu isə bizim Anadolu torpağı ilə Azərbaycan torpağının sanki ətlə dırnaq kimi bir-birindən ayrılmadığını, ayrılmayacağını, ortaq bir keçmişə və ortaq bir gələcəyə sahib olduğunu göstərir."



Cebhe.info
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 782 Tarix: 01 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Uşaqpulu ilə bağlı mühüm YENİLİK - Tezliklə iki qərar verilə bilər
Demoqrafik göstəricilərlə bağlı müzakirələrin artdığı bir dövrdə Azərbaycanda uşaqpulunun bərpası məsələsi yenidən gündəmə gəlib. Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu ödənişin yenidən verilməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. -a danışan Sosial-strateji Tədqiqatlar və Analiti
4 oktyabrSürücülər üçün sığorta haqları ARTACAQ? - Ekspertdən AÇIQLAMA
Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin icbari sığortası üzrə yığımların 10,7 faiz, sığorta ödənişlərinin isə 20,2 faiz artması avtomobil sığortası bazarında ödənişlərin daha sürətli yüksəldiyini göstərir. Ödənişlərin yığımlardan daha sürətlə artması sığorta şirkətlərinin maliyyə yükünə və gələcəkd
5 oktyabrTarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Alman-Azərbaycan Cəmiyyətinin dəstəyi ilə Şəmkir rayonunda yerləşən tarixi Alman Lüteran kilsəsində Fidan Hacıyeva Vokal Musiqi Məktəbinin II Beynəlxalq Opera Festivalı keçirilib. Tədbirin əvvəlində Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingi
5 oktyabrBakıda iti pəncərədən atan şəxsə - 25 sutka verildi
Paytaxtın Qaradağ rayonunda itə qarşı zorakılıq edən şəxs məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, heyvanla rəhmsiz rəftar etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılan Ağakişiyev soyadlı şəxs 25 sutka inzibati qaydada həbs olunub. Qeyd edək ki, yayıla
5 oktyabrToylarda MENYU DƏYİŞİR: Qutab, kabab, plov, ləvəngi, balıq, tort...
"XX əsrin toy adət-ənənələri ilə XXI əsrdə keçirilən toylar arasında ciddi fərqlər var. Əvvəllər məclislərdə şabaş atmaq və pul nümayiş etdirmək geniş yayılmışdı. İndi isə bu ənənə, demək olar ki, aradan qalxıb. Hazırda isə insanlar öz imkanlarını başqa formada nümayiş etdirməyə çalışırlar"
4 oktyabrGürcüstanda 35 yaşlı azərbaycanlı qətlə yetirildi
Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Qardabani rayonunda 35 yaşlı həmvətənimiz qətlə yetirilib. "Qafqazinfo" yerli mediaya istinadən xəbər verir ki, hadisə dünən rayonun Nəzərli kəndində qeydə alınıb. 35 yaşlı Araz Yusubov soyuq silahla öldürülüb. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatın
5 oktyabrElgiz bağ evini nümayiş etdirdi - (Video)
Tele-aparıcı Elgiz Əkbər bağ evindən çəkdiyi görüntüləri sosial media hesabında paylaşıb. Bizim.Media xəbər verir ki, videoda aparıcının bağda suvarma işləri apardığı görünür. Elgiz çəkdiyi və qulluq etdiyi ağacları da izləyicilərinə nümayiş etdirib. Aparıcı paylaşım zamanı izləyicilərinə sual ünvanlayara
5 oktyabrOktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ
"Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir". Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Ölkə.az-a verilə
4 oktyabrOktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR
Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftənin bütün günlərini əhatə edəcək. bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, mobilliyin artırılması, piyadaları
4 oktyabr